ABŞ fentezi-dram teleserialı olan Taxt oyunlarının birinci mövsümünün premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında baş tutmuş, mövsümün final seriyası isə 19 iyun 2011-ci ildə yayımlanmışdır. Serialın birinci mövsümü 10 seriyadan, hər seriyası isə təxminən 55 dəqiqədən ibarət olmuşdur. Birinci mövsüm Corc Martin tərəfindən yazılmış “Buz və alovun nəğməsi” seriyasından ilk roman olan “Taxt oyunları” əsəri əsasında çəkilmişdir. Devid Benioff və D.B. Vays tərəfindən roman televiziyaya uyğunlaşdırılmışdır. HBO telekanalı, 2008-ci ilin noyabrında pilot seriyanı sifariş etsə də, çəkilişlərə yalnız növbəti il başlanılmışdır. Lakin, pilot seriya qeyri-qənaətbəxş hesab olunmuş və HBO serialda bəzi rolları yenidən işlədikdən sonra serialı təkrar çəkmək qərarına gəlmişdir. 2010-cu ilin martında HBO ilk mövsümün çəkilməsini sifariş etdi. 2010-cu ilin iyul ayında serialın çəkilişlərinə ilk növbədə Şimali İrlandiyanın Belfast şəhərində başlanılmış, bundan əlavə olaraq çəkilişlər Maltada davam etdirilmişdir.
I Mövsüm | |
---|---|
Ölkə | ABŞ |
Seriya sayı | 10 |
Ekranlaşdırma | |
Orijinal kanal | HBO |
Orijinal efir | 17 aprel 2011 | – 19 iyun 2011
Mövsüm xronologiyası | |
← Əvvəlki - Sonrakı → II mövsüm | |
Taxt oyunları teleserialının seriyaları |
Serialın hekayəsi uydurma dünyada, ilk növbədə Vesteros adlanan qitədə, daha sonra isə Esteros adlanan digər qitədə bir hekayənin meydana gəlməsi ilə orada baş verir. Serialın ilk mövsümündə zadəgan Eddard Starkın ailəsi, kralının və uzunmüddətli dostunun baş məsləhətçisi olmaq istəyən Robert Barateon diqqət mərkəzindədir. Ned, kralın əvvəlki baş məsləhətçisi Con Arrini kimin öldürüldüyünü tapmağa çalışmalı və onun ailəsini onların rəqibi Lannisterlərdən qorumalıdır. O, Lannisterlər barədə qaranlıq sirlər, onun sələfinin ölümə məruz qaldığının üstünü açır. Eyni zamanda Essosdan sürgün edilmiş keçmiş kralın oğlu Vizeris Taqaryan hələ də hesab edir ki, onun taxt-taca layiqli iddiası var.
Birinci mövsümdə serialın əsas aktyor heyətinə, Şon Bin, Mark Eddi, Piter Dinkleyc, Lina Hidi, Nikolay Koster-Valdau, Mişel Feyrli, İen Qlen daxildir. Kit Harinqton, Sofi Törner, Meysi Vilyams kimi aktyorlar personajların gənc nəsli kimi serialda rol alıblar.
Tənqidçilər serialın istehsal dəyərlərini və çəkilişini yüksək qiymətləndirmişdir. Piter Dinkleyc Tirion Lannister obrazını ifa etdiyi üçün xüsusi mükafatlara layiq görülmüşdür. Serialın ilk mövsümü "Dram serialında əlamətdar ikinci plan aktyoru" və "Əlamətdar əsas titr dizaynı" nominasiyalarında on üç Emmi mükafatından iksini qazanmışdır. Serial həmçinin “Əlamətdar dram serialı” nominasiyasına mükafata namizəd göstərilmişdir. Aktyorluqda Şon Bin və Emiliya Klark, musiqi sahəsində isə Ramin Cavadi fərdi mükafatlar qazanmışdır. ABŞ tamaşaçı auditoriyası mövsüm ərzində təqribən 33% artaraq, final seriyaları zamanı isə 2,2 milyondan 3 milyona yüksəlmişdir.
Serialda No. |
Mövsümdə No. |
Başlıq | Rejissor | Ssenari müəllifi | Orijinal efir vaxtı | ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|---|
1 | 1 | Qış yaxınlaşır | Tim Van Patten | Devid Benioff & D. B. Veys | 17 aprel 2011 | 2.22[1] |
Divarın arxasında Gecə keşikçilərinin kəşfiyyatçıları fövqəltəbii varlıqlarla - Vayt Volkerlər və canlı ölülərlə qarşılaşırlar. Onlardan biri qaçsa da, lord Eddard Starkla qarşılaşır və boynu vurularaq edam edilir. Vinterfelldə lord Eddarda kral Robert Barateonun ailəsi ilə birlikdə onun qalasına qonaq gələcəyi xəbər verilir. Robert Eddarda kralın baş məsləhətçisi olmağı təklif edir. Pentos şəhərində Vizeris Tarqaryan, bacısı Deyenerisi kxal (köçərilərin başçısı) Droqoya ərə verir və gələcəkdə Vesterosun işğal edilməsi üçün ordu qazanmağa ümid edir. Vinterfelldə Keytlin Starkın bacısı Lizadan aldığı məktubda deyilir ki, onun əri və kralın keçmiş məsləhətçisi Con Arren zəhərlənərək öldürülmüşdür. Bran Star təsadüfən kraliça Serseyanın əkiz qardaşı Ceymi ilə cinsi əlaqəsinin şahidi olur və buna görə də qüllənin pəncərəsindən aşağı atılır. | ||||||
2 | 2 | Kral yolu | Tim Van Patten | Devid Benioff & D. B. Veys | 24 aprel 2011 | 2.20[2] |
Eddard Stark kralın təklifini qəbul edir və qızları ilə birlikdə paytaxta gəlir. Con Snou və Tirion Lannister divara gedirlər; birinci Gecə keşikçilərinin sırasına qoşulmaq üçün, ikinci isə sadəcə gəzmək üçün. Dənizin digər tərəfində Deyeneris Tarqaryan sevgi sənətini öyrənir. Vinterfelldə xəncərlə silahlanmış cani, komada olan Bran Starkı öldürməyə çalışır. Kral yolunda Aryanın canavarı şahzadə Coffrini dişləyir və kraliça Serseya ledi Sansaya canavrın öldürülməsini əmr edir. Eddard Stark bunu özü qərara verir. Vinterfelldə Bran komadan çıxır. | ||||||
3 | 3 | Lord Snou | Brayan Kirk | Devid Benioff & D. B. Veys | 1 may 2011 | 2.44[3] |
Eddard Stark müşayətçiləri ilə birlikdə Kral limanına çatır və Kiçik şuranın yığıncağında öyrənir ki, krallığın böyük borcları var. Divarda, Con Snou keşikçilər dəstəsinin digər üzvləri ilə mübahisə edir; Tirion onu xilas edir. Keşikçilərin lord-sərkərdəsi Mormont, Tiriona dəstənin bərbad vəziyyəti haqqında məlumat verir. Əvvəlki kral məsləhətçisinin zəhərlənməsi və Branın qüllədən atılmasını bir zəncirin halqaları hesab edən Keytlin, ərinin ardınca paytaxta yola düşür. Burada onu uşaqlıq dostu - krallıq xəzinədarı Petir Beyliş (Çəçələ) qarşılayır. Dənizin digər tərəfində Deyeneris ilk dəfə qardaşının sözünə tabe olmamağa qərar verir. Eddard Arya üçün qılıncoynatma müəllimi tutur. | ||||||
4 | 4 | Şikəstlər, bastardlar və sınmışlar | Brayan Kirk | Brayan Koqman | 8 may 2011 | 2.45[4] |
Eddard, özündən əvvəl Con Arrenin oxuduğu kitabı oxumağa başlayır və kralın bastardlarını tapır. Kral və onun saray xadimləri yeni məsləhətçinin şərəfinə təşkil edilmiş turnirdə iştirak edirlər. Keşikçilər sırasında kök və qorxaq Sem Tarli qatılır və Con onu, öz müdafiəsi altına alır. Dənizin digər tərəfində Deyeneris hamilə olmasını öyrənir. Eddard, keçmiş məsləhətçinin silahdaşıyanı ser Hyu ilə danışmağa çalışsa da, turnir zamanı onun rəqibi "təsadüfən" nizəni Hyunun boğazına soxur və o, ölür. Kral yolunda Keytlin təsadüfən Tirion Lannisterlə qarşılaşır və onu, Brana qarşı sui-qəsddə ittiham edərək həbs edir. | ||||||
5 | 5 | Canavar və şir | Brayan Kirk | Devid Benioff & D. B. Veys | 15 may 2011 | 2.58[5] |
Kral Robert özü turnirdə iştirak etməyə qərar verir; Eddard onu fikrindən daşındırmağa çalışır. Qriqor Kliqan final döyüş zamanı az qala ikinci rəqibi ser Loras Tirelli öldürür, lakin, döyüşə onun qardaşı Sandor Kliqan girir və təkbətək döyüşdə qalib gəlir. Vadiyə gedən yolda Keytlin və Tiriona dağlı quldurlar hcum etsələr də, onları dəf etmək mümkün olur; yolçular Qartal yuvası qəsrinə gəlirlər və Tirion qəsrdə həbsə atılır. Paytaxtda Eddard kralın Deyeneris Tarqaryanı öldürmək planına açıq şəkildə qarşı çıxır və məsləhətçi kürsüsündən imtina edir. Arya, atasına qarşı hazırlanan planlara qulaq asır. Eddard, Ceymi və onun döyüşçüləri ilə qarşılaşır; Eddardın cangüdənlərini öldürür, özünü isə nizə ilə ayağından yaralayırlar. | ||||||
6 | 6 | Qızıl tac | Daniel Minahan | Süjet:Devid Benioff & D. B. Veys Ssenari:Ceyn Espenson Espenson və Devid Benioff & D. B. Veys | 22 may 2011 | 2.44[6] |
Robert, Eddardı məsləhətçi kürsüsünə bərpa edir və özü ova çıxır. Vinterfell meşələrində köçərilər Brana hücum edirlər. Robb Stark və Teon Qreycoy onları öldürürlər; hücumçulardan biri - Oşa əsir düşür. Dənizin digər tərəfində Vizeris əjdaha yumurtalarını götürərək qaçmağa çalışsa da, Corax Mormont onun qarşısını kəsir. Qartal yuvası qəsrində Tirion təkbətək döyüş şəklində məhkəmə tələb edir; muzdlu Bronn onun yerinə döyüşərək qalib gəlir. Paytaxtda kralı əvəz edən Eddard əhalinin şikayətlərini dinləyərək Qriqor Kliqanın törətdiklərindən xəbər tutur və onu cəzalandırmaq üçün ordu göndərir, süzereni Tayvin Lannisterə isə paytaxta gəlməyi əmr edir. Dənizin digər təərəfində Vizeris bacısını hədələyərək, ona vəd edilmiş ordu və tacı tələb edir. Droqo Vizerisin başına əridilmiş qaynar qızıl tökərək onu öldürür. | ||||||
7 | 7 | Ya qalib gələcəksən, ya öləcəksən | Daniel Minahan | Devid Benioff & D. B. Veys | 29 may 2011 | 2.40[7] |
Lannisterlərin hərbi düşərgəsində Tayvin Ceymiyə izah edir ki, başladılmış müharibə onlar üçün şərəf məsələsidir. Eddard kraliça Serseyaya deyir ki, onun xəyanəətindən xəbəri var və paytaxtdan qaçmağı təklif edir. Kral Robert ov zamanı ölümcül yaralanır və Eddarda vəsiyyətini deyir. Dənizin digər tərəfindən Corax Mormont şərab alverçisinin Deyenerisə sui-qəsdinin qarşısını alır; Droqo Yeddi Krallığa yürüşə çıxacağına and içir. Divarın arxasında Con Snou keşikçilərə qoşulmaq üçün and içir. Robertin qardaşı Renlinin xeyrinə hakimiyyət çevrilişində iştirak etməkdən imtina etmiş Eddard, Lannisterlərə tabe olmaqdan da boyun qaçırır və Coffrinin taxtını ələ keçirmiş Serseyanın həbs olunmasına göstəriş verir. Çəçələ və satqın keşikçilər kraliçanın tərəfini tutaraq, məsləhətçinin qvardiyasını qırırlar və Eddardı ələ keçirirlər. | ||||||
8 | 8 | Kəskin son | Daniel Minahan | Corc Martin | 5 iyun 2011 | 2.72[8] |
Kraliçanın adamları məsləhətçinin qülləsində qırğın törədirlər. Sirio Forel Aryaya qaçmağa imkan yaradır. Serseya və onun məsləhətçiləri Sansanı Robba məktub yazaraq təslim olaraq yeni krala tabeliyini bildirməyi tələb etməyə məcbur edirlər. Robb Stark Lannisterlərlə döyüş üçün sərkərdələrini çağırır. Aylı dağılarda Tirion dağlı quldurlarla toqquşaraq onlara silah vəd edir və öz tərəfinə çəkir. Bacısından kömək ala bilməyən Keytlin oğlunun yanına qayıdır. Dənizin digər tərəfində dotrakiyalılar, lxazaryalıların şəhərini qarət edirlər; təbəələri ilə qarşıdurma zamanı Droqo yaralanır. Divara Bencen Starkın iki yol yoldaşının cəsədini gətirirlər; gecə cəsədlər dirilərək Mormontu öldürməyə çalışırlar, lakin, Con Snou lordu müdafiə edir. Qırmızı qəsrin taxt zalında meyster Pitsel yeni kralın ilk əmrlərini oxuyur; Sansa, Coffridən atasını bağışlamağı xahiş edir. | ||||||
9 | 9 | Beyelor | Alan Teylor | Devid Benioff & D. B. Veys | 12 iyun 2011 | 2.66[9] |
Varis, Eddardla danışaraq, kraliça qarşısında geri çəkilməyə və müharibənin qarşısını almağa çağırır. Şimallıların ordusu Üçdiş çağı qarşısında dayanır. Keytlin Stark yaşlı lord Uolder Freylə danışıqlara çağırılır. Lord Cior Mormont valiriya poladından hazırlanmış Uzun caynaq adlı qədim qılıncı Con Snouya bağışlayır. Con, qardaşı Robbun ordu ilə cənuba yollanmasını öyrənir; meyster Eymon, Conu, düşünülməmiş addımlar atmaqdan çəkkindirməyə çalışır. Dənizin digər tərəfində kxal Droqonun vəziyyəti daha da pisləşir. Meyeqa Mirri Maz Durr, Deyenerisə kxalı xilas edəcəyini söz verir və qara magiyadan istifadə etməyə çalışır. Döyüş gecəsi Tirion gecəni Şaya adlı fahişə ilə keçirir. Döyüşün əvvəlində Tirion özündən gedir və bir də döyüşün sonunda ayılır. Başqa bir yerdə Robb qələbə və əsir götürülmüş Ceymi Lannisterlə qayıdır. Paytaxtda, qəsrdən qaça bilmiş Arya, Eddard Starkın ictimai şəkildə "günahlarını" etiraf etməsinin şahidi olur. Kral Coffri Eddardın səhvləri qarşısında onun boynunun vurulmasını əmr edir. | ||||||
10 | 10 | Alov və qan | Alan Teylor | Devid Benioff & D. B. Veys | 19 iyun 2011 | 3.04[10] |
Eddard Starkın edam xəbəri Vinterfellə, Divara və Robb Starkın hərbi düşərgəsinə çatır. Şimal torpaqları və Çaylı torpaqların lordları Robbu, Şimalın Kralı elan edirlər. Tayvin Lannister Ceynin əsir düşməsini öyrəndikdən sonra, geri çəkilməyə hazırlaşaraq, hakimiyyəti öz əlinə alması, gənc kral və onun anasını nəzarətdə saxlaması üçün Tirionu paytaxta göndərməyə hazırlaşır. Atasının öldürülməsini eşidən Con Snou keşikçilərdən qaçsa da, dostları onun qabağını kəsərək qayıtmağa məcbur edirlər. Lord-sərkərdə Cior Mormont bildirir ki, keşikçilər naməlum əraziləri öyrənmək üçün divarın digər tərəfinə yürüşə çəxacaqlar. Gecə keşikçilərinin əks-kəşfiyyatçı Yoren, Aryanı oğlan Arri adı ilə şəhərdən qaçırır. Dənizin digər tərəfində Deyeneris Tarqaryan özünə gələrək öyrənir ki, uşağı ölü doğulub; qara magiyanın həyata qaytardığı Droqonun vegetativ vəziyyətə düşdüyünü, onun kxalasarının isə dağıldığını görür. Deyeneris ərini döşəklə boğur və onun dəfn alovu üzərində yüksəlir. Səhər düşərgədə qalmış azsaylı adam Deyenerisin alovlar arasından sağ çıxmasının və əlində yumurtadan yeni çıxmış əjdahaları tutmasının şahidi olurlar. |
|
|
HBO telekanalı "Buz və alovun nəğməsi" romanlar seriyasının ekranlaşdırılması hüququnu 2007-ci ildə almış və elə həmin vaxt da, Devid Benioff və D.B. Veys layihənin yazarları və icraçı prodüserləri təyin edilmişdi.[36] Pilot seriyasının Benioff və Veys tərəfindən işlənmiş birinci və ikinci qaralama versiyaları müvafiq olaraq 2007-ci ilin avqustunda[37] və 2008-ci ilin iyununda[38] təqdim edilmişdir. Telekanal hər iki versiyanı bəyənsə də[38][39], pilotun çəkilişi 2008-ci ilin noyabrına[40] kimi sifariş edilməmişdir və ehtimal ki, bunda Amerika Yazıçılar Gildiyasının 2007-2008-ci illərdə keçirdiyi etiraz aksiyaları da rol oynamışdır.[39]
Benioff və Veys birinci mövsümün əsas yazarları və şourannerləri olmuşlar. Onlar on seriyadan səkkizinin ssenarisini yazmış, bir seriyanın ssenarisinin yazılmasında isə Ceyn Espensonla birlikdə iştirak etmişdilər. Digər iki seriya isə Brayan Koqman və "Buz və alovun nəğməsi" seriyasının müəllifi Corc Martin tərəfindən yazılmışdır.[12]
Tom MakKarti orijinal pilot seriyasının rejissoru olsa da, sonradan həmin seriyanın əksər səhnələri Rim Van Patten tərəfindən yenidən çəkilmişdir.[41] Van Patten həm də ikinci seriyanın rejissoru kimi çıxış etmişdir. MakKarti birinci seriyanın məsləhətçi prodüseri kimi göstərilmişdir. Brayan Kirk və Deniel Minahan hər biri üç seriyanın rejissoru olmuş, Alan Teylor isə iki final seriyasını çəkmişdir.[12]
"Taxt oyunları" teleserialı üzərində işə başlamazdan əvvəl, həm Benioff, həm də Veys müstəsna olaraq kino sahəsində fəaliyyət göstərdiklərinə görə, televiziya şousu istehsalı prosesi ilə tanış deyildirlər. Buna görə də, onların işlədikləri ssenari, HBO üçün hər seriyada ən azı 10 dəqiqə az olmuş, telekanal müəllifləri iki həftə ərzində əlavə 100 səhifə ssenari yazmağa məcbur etmişdir. Büdcə çatışmazlığına görə, yeni səhnələr yazılarkən çəkilişin ucuz başa gəlməsi üçün, iki aktyorun bir otaqda danışması kimi ucuz səhnələr nəzərdə tutulmuşdur. Benioff və Veys deyirlər ki, buna görə də, Robert və Serseya Barateonların nigahlarını müzakirə etmələri səhnəsi kimi onların bir çox sevimli səhnələri dilemmaya səbəb olmuşdur.[42]
5 may 2009-cu ildə Piter Dinkleyclə Tirion Lannister rolunu canlandırmaq, Tom MakKartinin isə pilot seriyasının rejissorluğunu etməsi üçün müqavilə bağlanması elan edilmişdir.[43] 19 iyul 2009-cu ildə bir sıra digər aktyorların rolları təsdiq edilmiş, o cümlədən Şon Binin Ned Starkı canlandıracağı elan edilmişdir.[44] Pilot üçün müqavilə imzalanmış aktyorlardan Kit Harinqton Con Snou, Cek Qlison Coffri Barateon, Harri Lloyd Vizeris Tarqaryan və Mark Eddi Robert Barateon rollarını ifa etmişlər.[44][45]
2009-cu il avqustun əvvəllərində Keytlin Stark rolunun Cennifer Eli tərəfindən canlandırılacağı elan edildi.[46] 20 avqustda edilmiş açıqlamadan Nikolay Koster-Valdaunun Ceymi Lannister, Tamzin Merçantın Deyeneris Tarqaryan, Riçard Meddenin Robb Stark, Iain Qlenin Ser Corax Mormont, Elfi Allenin Teon Qreycoy, Sofi Törnerin Sansa Stark və Meysi Vilyamsın Arya Stark rollarını canlandıracaqları məlum olmuşdur.[47] 1 sentyabrda aktrisa Lina Hidinin Serseya Lannisteri canlandıracağı bildirilmişdir.[48] 23 sentyabrda Corc Martin, Rori MakKennin Sandor Kliqanı canlandıracağını təsdiqləyir.[49] 14 oktyabrda Ayzek Hempsted-Raytın Bran Starkı, üç gün sonra Ceyson Mamoanın Kxal Droqonu canlandıracağı bildirilir.[50]
Pilotun çəkilməsindən sonra Keytlin Stark rolunu Cennifer Elinin yerinə Mişel Feyrlinin canlandıracağı bildirilir.[51] Daha sonra isə Emiliya Kların, Tamzin Merçantın yerinə Deyeneris Tarqaryanı canlandıracağı deyilir.[52][53] Aktyor heyətinin digər hissəsi ilin ikinci yarısında elan edilir, o cümlədən Çarlz Densin Tayvin Lannister, Eyden Gillenin Petir "Çəçələ" Beyliş və Konlet Hillin Varisi canlandıracağı xəbər verilir.[11]
Pilot seriyasının çəkilişləri 24 oktyabr - 19 noyabr 2009-cu ildə Tom MakKarti tərəfindən Şimali İrlandiya, Şotlandiya və Mərakeşdə həyata keçirilmişdir.[41] Lakin, pilot seriyası bəyənilməmiş və həmin seriyanın əksər səhnələri sonradan başqa rejissor tərəfindən Şimali İrlandiya və Maltada yenidən çəkilmişdir.[41]
Birinci mövsümün əsas çəkilişləri Şimali İrlandiyada və İrlandiya Respublikasının sərhəd əyalətlərində həyata keçirilmişdir. Plan üzrə əsas çəkilişlər 26 iyul 2010-cu ildə başladılmış[54], əsas studiya olaraq Şimali İrlandiyanın Belfast şəhərinin Titanik məhəlləsində yerləşən "Paint Hall Studio" seçilmişdir.[55] 2009-cu ildə[50] əsas Vinterfell səhnələri, o cümlədən böyük zal səhnəsi[56] (böyük zal sonradan Şimali irlandiyada səs saundsteyc kimi yenidən qurulmuşdur) mərkəzi Şotlandiyadakı Dun qəsrində çəkilmişdir.[57] Bundan əlavə Şimali İrlandiya ərazisindəki Larn şəhərinin Karnkasl kəndində[58], Şeyn qəsrində[59] və Tollimor Meşə Parkında[59] da çəkilişlər aparılmışdır. 2010-cu il çəkilişləri zamanı Vinterfell səhnələri Dun qəsri ilə yanaşı Uard qəsrində də həyata keçirilmiş[60], bəzi eksteryer səhnələrinin çəkilməsi üçün isə Karnkasl kəndi istifadə edilmişdir. Qara qəsr dekorasiyası Şimali irlandiyanın Antrim qraflığının Maqeramorn kəndində qurulmuşdur.[61][62] Şounun çəkilişlərinin Şimali İrlandiyada həyata keçirilməsi ölkədə yüzlərlə yeni iş yerinin yaranmasına səbəb olmuş və ərazini "film və televiziya istehsalı üçün mərkəz" halına gətirmişdir.[63]
Kral limanının eksteryer səhnələri Maltanın müxtəlif ərazilərində, o cümlədən Mdina şəhəri və Qozo adasında çəkilmişdir.[64] Müdafiə olunan ekosistemə submüqaviləçi tərəfindən zərər yetirilməsindən sonra, Maltadakı çəkilişlər qalmaqalla yekunlaşdırılmışdır.[65]
Taxt oyunlarının orijinal film musiqisinin bəstəkar Stiven Uorbek tərəfindən yazılması planlaşdırılmışdı. 2 fevral 2011-ci ildə, serialın premyerasına cəmi 10 həftə qalmış telekanal Uorbekin layihədən uzaqlaşdığını və Ramin Cavadiyə film musiqisinin yazılmasının sifariş edildiyini elan edir.[66] Taxt oyunlarının musiqi supervayzeri Evyen Klin əvvəlcə Cavadinin namizədliyini Benioff və Veysə təklif etsə də, bəstəkar, başqa sifarişləri olduğuna görə iş üçün o qədər də həvəsli görünmür, lakin, sonradan onu razı salmaq mümkün olur.[67]
Cavadinin sözlərinə görə, seriala özünəməxsus musiqi identikliyi bəxş etmək üçün, prodüserlər ondan digər məşhur fentezi layihələrinin uğurla istifadə etdiyi fleyta kimi musiqi alətləri və ya solo vokal partiyaları yazmamağı xahiş etmişdilər. Cavadinin sözlərinə görə, serial üçün musiqi yazılmasına çətinlik törədən əsasə səbəblərdən biri dialoqların çoxluğu ilə əlaqədar idi; belə ki, bəzi səhnələrdə artıq ifasına başlanılmış musiqi parçası dialoqa mane olmamaq üçün qəfildən kəsilməli idi.[68]
Cavadi bildirir ki, serialın əsas musiqi mövzusunun yazılması zamanı o, kompüter animasiyası vasitəsiylə hazırlanmış erkən açılış titrlərindən ilhamlanmışdır. Açılış titrləri üçün yazılmış musiqi sonradan serialın ümumi musiqi mövzusu kimi istifadə edilmiş və individual personaj musiqi mövzularının yazılmasına təsir etmiş, birinci mövsüm boyunca mühüm səhnələrdə təkrarlanmışdır.[68]
Serialın istehsal prosesini diqqətlə izləyən fanat bazasına əsaslanan bir çox nüfuzlu nəşrlər, onun ən çox gözlənilən layihələrdən biri olduğunu yazmışdılar.[69][70] 2011-ci ilin aprelinə kimi bir çox əyləncə xəbər agentlikləri serialın premyerasını 2011-ci ilin ən çox gözlənilən televiziya hadisələri sıralamasında birinci yerdə yerləşdirmişdilər.[71][72]
Birinci mövsüm üçün səsləndirilən rəylərin mütləq əksəriyyəti müsbət olmaqla, yüksək istehsalat keyfiyyəti, yaxşı işlənilmiş dünya, personajların xarakterinin ətraflı təsviri və uşaq aktyorların güclü aktyorluq bacarığı xüsusi qeyd edilmişdir.[73][74] Tim Qudman "The Hollywood Reporter" üçün yazdığı rəydə qeyd edir ki, "HBO-nun epik "Taxt oyunları" serialının bir neçə dəqiqəsinə baxdıqdan sonra başa düşmək olur ki, serial, ətrafında yaradılmış haypa və bu qədər gözlənilməsinə dəyərdi."[75] "Los Angeles Times"dan Meri MakNamara serialı "Heyranedici süset xəttləri ilə vurğulanmış və fantaziya qığılcımları ilə tamamlanmış parlaq personajlarla zəngin, siyasi və psixoloji intriqalar seriyası" adlandırır.[76] "New York Post"dan Linda Stasi Taxt oyunlarına 3.5/4 ulduzla qiymət verərək deyir ki, "Bədii xüsusiyyətləri, aktyorların peşəkarlığı və inanılmaz dekorlar da, serialın özü kimi valehedici və genişmiqyaslıdır."[77] Bir çox tənqidçilər Piter Dinkleycin Tirion Lannister rolunu canlandırmasını dəyərləndirmişlər, "Entertainment Weekly"dən Ken Taker isə deyir ki, "...əgər Dinkleyc, ağıllı və kobud Tirion Lannister personajına görə Emmi mükafatı almasa mən çox təəccüblənəcəm."[74] "Los Angeles Times"dan Meri Maknamara isə deyir ki, "əgər bu adam Emmi almasa, çox başlat gedəcək."[76]
Taxt oyunlarının birinci mövsümü, Metacriticdə 28 tənqidçinin rəyi əsasında 80/100 balla qiymətləndirilmiş və rəylərin "əsasən müsbət" olması qeyd edilmişdir.[78] "Rotten Tomatoes" rəy aqqreqatorunda birinci mövsüm, 36 tənqidçinin rəyi əsasında 90% təravətli 8.39/10 balla qiymətləndirilmişdir. Saytın konsesusunda deyilir ki, "Qarışıq nəql üslubu və toxunulan qaranlıq mövzular bəzi istifadəilərin təəccüblənməsinə səbəb olsa da, "Taxt oyunları" transportiv, yaxşı oynanılmış və ağılla yazılmış dramadır və ona hətta janrın həvəskarı olmayanlar da baxa bilərlər." Bu mövsümdə seriyalar orta hesabla 97% təravətli göstərilmişdir ki, bu da mövsüm göstəricilərini seriya nəticəsinin yüksəkliyinə görə dördüncü mövsümlə əlaqələndirir.[79]
|
Birinci seriya ABŞ-də ilk yayımı zamanı 2.2 milyon[81], Bazar günü və Bazar ertəsi təkrar yayımları ilə birlikdə isə 5.4 milyon izləyici kütləsi toplaya bilmişdir.[82] Böyük Britaniya və İrlandiyada 18 aprel premyera günü bu göstərici 743,000 olmuş və daha sonra 823,000 -ə kimi yüksəlmişdir.[83][84] HBO birinci seriyanın necə qarşılanmasından asılı olaraq ikinci mövsümün sifariş edilməsini müzakirə edəcəyini bildirmişdi.[85] 20 iyunda yayımlanan final seriyası zamanı ilk baxış sayı 3 milyonu keçmişdir.[86]
Taxt oyunlarının birinci mövsümü, "Əlamətdar dram serialı", "Dram serialında əlamətdar rejissor işi" (Tim Van Patten "Qış gəlir" seriyasına görə) və "Dram serialında əlamətdar ssenari yazımı" (Devid Benioff və D.B. Veys "Beylor" seriyasına görə) nominasiyaları da daxil olmaqla, ümimilikdə on üç nominasiyada Emmi mükafatına namizəd göstərilmişdir. I mövsümdə, "Dram serialında əlamətdar ikinci plan aktyoru" nominasinda Piter Dinkleyc və "Əlamətdar açılış titri" nominasiyasında serial Emmi mükafatına layiq görülmüşdür.[87] Tirion Lannister roluna görə Dinkleyc həm də, Qızıl qlobus, Skrim və Peyk mükafatlarına layiq görülmüşdür.
İl | Mükafat | Kateqoriya | Nominant(lar) | Nəticə | İst. |
---|---|---|---|---|---|
2011 | AFİ mükafatı | AFI TV mükafatı | Taxt oyunları | Qazandı | [88] |
Artios mükafat | Aktyor seçimində əlamətdar uğur – Televiziya pilotu, Dram | Nina Qold | Namizəd | [89] | |
Aktyor seçimində əlamətdar uğur – Televiziya pilotu, Dram | Namizəd | ||||
Portal mükafatı | Ən yaxşı aktyor | Şon Bin | Qazandı | [90] | |
Ən yaxşı aktrisa | Lina Hidi | Namizəd | |||
Ən yaxşı ikinci plan aktyoru | Piter Dinkleyc | Namizəd | |||
Ən yaxşı seriya | Winter Is Coming | Qazandı | |||
Ən yaxşı teleserial | Taxt oyunları | Qazandı | |||
Ən yaxşı gənc aktyor | Ayzek Hempsted-Rayt | Namizəd | |||
Meysi Vilyams | Namizəd | ||||
EWwy mükafatı | Ən yaxşı ikinci plan aktrisası, Dram | Emiliya Klark | Qazandı | [91] [92] | |
Ən yaxşı aktyor, Dram | Şon Bin | Namizəd | |||
63-cü Praym-taym Emmi mükafatı | Dram teleserialında əlamətdar rejissor | Tim Van Patten "Winter Is Coming" seriyasına görə | Namizəd | [87] | |
Əlamətdar dram serialı | Vins Gerardis, Frenk Doelger, Ral Viçinanza, Mark Huffam, Devid Benioff, Kerolin Ştrauss, Corc Martin, Qaymon Kesedi və D. B. Veys | Namizəd | |||
Dram serialında əlamətdar ikinci plan aktyoru | Piter Dinkleyc | Qazandı | |||
Dram serialında əlamətdar ssenari | Devid Benioff və D. B. Veys "Beylor" seriyasına görə | Namizəd | |||
63-cü Yaradıcı sənətlər Emmi mükafatı | Dram serialı üçün əlamətdar aktyor seçimi | Nina Qold və Robert Stern | Namizəd | ||
Teleserial üçün əlamətdar kostyumlar | Mişel Klepton və Reyçel Uebb-Krozye "The Pointy End" seriyasına görə | Namizəd | |||
Tək kamerialı serial üçün əlamətdar saç düzümü | Kevin Aleksandr və Kendis Benks "A Golden Crown" seriyasına görə | Namizəd | |||
Əlamətdar açılış titrləri | Anqus Uoll, Həmid Şauqat, Kirk Şintani və Robert Fenq | Qazandı | |||
Tək kamerialı serial üçün əlamətdar makiyaj (protez olmayan) | Pol Engelen və Melissa Lakerstin "Winter Is Coming" seriyasına görə | Namizəd | |||
Teleserial, Mini serial, Film və ya Xüsusi buraxılışda əlamətdar protez makiyaj | Pol Engelen və Konor O'Sullivan "A Golden Crown" seriyasına görə | Namizəd | |||
Teleserialda əlamətdar səs montajı | Robin Kuinn, Stiv Fanaqan, Eoqan MakDonnell, Con Stivenson, Tim Hends, Stefan Henrix, Çaoim Doyl, Mişel MakKormak və Endi Kennedi "A Golden Crown" seriyasına görə | Namizəd | |||
Əlamətdar vizual effektlər | Rafael Morant, Adam Makİnnes, Qreham Hills, Lüsi Ainsuort-Teylor, Stüart Brisdon, Demyen Meys, Henri Badcett və Ancela Barson "Fire and Blood" seriyasına görə | Namizəd | |||
Əlamətdar tryuk koordinantı | Pol Cenninqs "The Wolf and the Lion" seriyasına görə | Namizəd | |||
Women's Image Network Awards | Dram serialında aktrisa | Lina Hidi | Namizəd | [93] | |
Beynəlxalq Film Musiqisi Tənqidçiləri Assosasiyası | Teleserial üçün ən yaxşı musiqi | Ramin Cavadi | Namizəd | [94] | |
1-ci Tənqidçilərin Seçimi Televiziya Mükafatı | Ən yaxşı dram serialı | Taxt oyunları | Namizəd | [95] | |
69-cu Qızıl qlobus mükafatı | Teleserial, mini serial və ya televiziya filmində Ən yaxşı ikinci plan aktyoru | Piter Dinkleyc | Qazandı | [96] | |
Ən yaxşı teleserial - Dram | Taxt oyunları | Namizəd | |||
Pibodi mükafatı | Taxt oyunları | Qazandı | [97] | ||
16-cı Peyk mükafatı | Teleserial, mini serial və ya televiziya filmində Ən yaxşı ikinci plan aktyoru | Piter Dinkleyc | Qazandı | [98] | |
Ən yaxşı teleserial - Janr | Taxt oyunları | Namizəd | |||
Skrim mükafatı | Ən yaxşı heyət | Taxt oyunları | Namizəd | [99] | |
Ən yaxşı fentezi aktyoru | Şon Bin | Namizəd | |||
Ən yaxşı fentezi aktrisası | Lina Hidi | Namizəd | |||
Ən yaxşı ikinci plan aktyoru | Piter Dinkleyc | Qazandı | |||
Ən yaxşı televiziya şousu | Taxt oyunları | Qazandı | |||
Əlamətdar performans - Qadın | Emiliya Klark | Qazandı | |||
Ən yaddaqalan şikəstetmə | "A Golden Crown" seriyasında "Başa ərinmiş qızıl tökülməsi" | Namizəd | |||
The Ultimate Scream | Taxt oyunları | Namizəd | |||
27-ci TCA mükafatı | Dramda individual uğur | Piter Dinkleyc | Namizəd | [100] | |
Dramda əlamətdar uğur | Taxt oyunları | Namizəd | |||
Əlamətdar yeni proqram | Taxt oyunları | Qazandı | |||
İlin proqramı | Taxt oyunları | Namizəd | |||
Qızıl Derbi televiziya mükafatı 2011 | Ən yaxşı dram serialı | Taxt oyunları | Namizəd | [101] | |
Dramda Ən yaxşı ikinxi plan aktyoru | Piter Dinkleyc | Namizəd | |||
IGN mükafatı | Ən yaxşı TV qəhrəmanı | Şon Binin canlandırdığı Ned Stark | Qazandı | [102] | |
Ən yaxşı TV tvisti | Off with his head! | Qazandı | |||
Ən yaxşı televiziya seriyası | Beylor | Qazandı | |||
Ən yaxşı teleserial | Taxt oyunları | Namizəd | |||
Ən yaxşı dram serialı | Taxt oyunları | Namizəd | |||
Ən yaxşı televiziya aktyoru | Piter Dinkleyc | Namizəd | |||
Ən yaxşı televiziya aktrisası | Emiliya Klark | Namizəd | |||
Ən yaxşı televiziya qəhrəmanı | Kit Harinqton Con Snou roluna görə | Namizəd | |||
Ən yaxşı televiziya canisi | Cek Qlison Coffri Barateon roluna görə | Namizəd | |||
IGN Xalqın Seçimi Mükafatı | Ən yaxşı teleserial | Taxt oyunları | Qazandı | ||
Ən yaxşı dram serialı | Taxt oyunları | Qazandı | |||
Ən yaxşı televiziya qəhrəmanı | Şon Bin Ned Stark roluna görə | Qazandı | |||
Ən yaxşı TV tvist | Off with his head! | Qazandı | |||
Ən yaxşı televiziya seriyası | Beylor | Namizəd | |||
Ən yaxşı televiziya qəhrəmanı | Kit Harinqton Con Snou roluna görə | Namizəd | |||
Ən yaxşı televiziya aktyoru | Piter Dinkleyc | Namizəd | |||
Ən yaxşı televiziya aktrisası | Emiliya Klark | Namizəd | |||
Ən yaxşı televiziya canisi | Cek Qlison Ceffri Barateon | Namizəd | |||
Amerika Yazıçılar Gildiyasının mükafatı | Yeni serial | Devid Benioff, Brayan Koqman, Ceyn Espenson], Corc Martin, D. B. Veys | Namizəd | [103] | |
Dram serialı | Devid Benioff, Brayan Koqman, Ceyn Espenson, Corc Martin, D. B. Veys | Namizəd | |||
2012 | Xalqın seçimi mükafatı | Sevilən Kabel televiziyası dramı | Taxt oyunlar | Namizəd | [104] |
ADG Excellence in Production Design Award | Tək kamera ilə çəkilmiş bir saatlıq teleserial | Gemma Cekson "A Golden Crown" seriyasına görə | Namizəd | [105] | |
Gracie Allen Awards | Dram serialı və ya xüsusi buraxılışda əlamətdar gənc qadın ulduz | Emiliya Klark | Qazandı | [106] | |
SFX mükafatı | Ən yaxşı yeni televiziya şousu | Devid Benioff və D. B. Veys | Qazandı | [107] | |
Ən yaxşı yeni televiziya şousu | Devid Benioff və D. B. Veys | Namizəd | |||
Ən yaxşı aktrisa | Meysi Vilyams | Namizəd | |||
Ən yaxşı aktyor | Piter Dinkleyc | Namizəd | |||
NewNowNext mükafatı | TV You Betta Watch | Taxt oyunları | Namizəd | [108] | |
Golden Reel Awards | Ən yaxşı səs montajı – Qısa film dialoqu və televiziyada ADR | Taxt oyunları "Cripples, Bastards, and Broken Things" seriyasına görə | Qazandı | [109] | |
Ən yaxşı səs montajı – Short Form Sound Effects və Foley in Television | Taxt oyunları "Winter Is Coming" seriyasına görə | Qazandı | |||
Kostyum Dizayenerləri Gildiyasınnın mükafatı | Əlamətdar Dövr/Fentezi teleserialı | Taxt oyunları | Namizəd | [110] | |
64-cü Amerika Rejissorlar Gildiyası mükafatı | Dram serialı | Tim Van Patten "Winter Is Coming" seriyasına görə | Namizəd | [111] | |
Amerika Film Montajçıları | Qeyri-kommersiya telekanalında ən yaxşı montaj edilmiş bir saatlıq serial | Frensis Parker "Baelor" seriyasına görə | Namizəd | [112] | |
Kino audio Cəmiyyətinin mükafatı | Saund-miksinq sahəsində əlamətdər uğru – Teleserial – Bir saat | Ronan Hill, Mark Teylor "Baelor" seriyasına görə | Namizəd | [113] | |
9-cu İrland Film və Televiziya mükafatı | Ən yaxşı televiziya dramı | Mark Huffam | Namizəd | [114] | |
Televiziya dramında Ən yaxşı rejissor | Brayan Kirk | Namizəd | |||
Ən yaxşı aktrisa - Televiziya | Mişel Fayrli | Namizəd | |||
Ən yaxşı ikinci plan aktyoru - Televiziya | Eyden Gillen | Namizəd | |||
Ən yaxşı səs (Film/Televiziya dramı) | Ronan Hill | Namizəd | |||
Ən yaxşı səs | Ronan Hill | Namizəd | |||
Astra mükafatı | Sevilən proqram – Beynəlxalq dram | Taxt oyunları | Qazandı | [115] | |
Hüqo mükafatı | Ən yaxşı dramatik təqdimat, Uzun forma | Taxt oyunları I mövsüm | Qazandı | [116] | |
Kerrang! mükafatı | Ən yaxşı televiziya şousu | Taxt oyunları | Qazandı | [117] | |
Prodüserlər Gildiyasının mükafatı | "The Norman Felton Award for Outstanding Producer of Episodic Television, Drama" | Devid Benioff, Feank Doelcer, Mark Huffam, Karolin Ştrauss, D. B. Veys | Namizəd | [118] | |
Saturn mükafatı | Ən yaxşı televiziya təqdimatı | Taxt oyunları | Namizəd | [119] | |
Ən yaxşı televiziya aktyoru | Şon Bin | Namizəd | |||
Ən yaxşı televiziya aktrisası | Lina Hidi | Namizəd | |||
Ən yaxşı ikinci plan televiziya aktyoru | Kit Harinqton | Namizəd | |||
18-ci Ekran Aktyorları Gildiyası mükafatı | Dram serialında əlamətdar aktyor heyəti işi | Taxt oyunları aktyor heyəti | Namizəd | [120] | |
Teleserialda tam aktyor heyətinin mükəmməl ifası | Taxt oyunları | Qazandı | |||
IGN Xalqın Seçimi Mükafatı | Ən yaxşı TV DVD və ya Blu-ray | I mövsümün Blu-ray nəşrinə görə | Qazandı | [121] | |
Vizual Effektlər Cəmiyyəti | Reklam və ya yayım proqramında əlamətdar animasiya personajı | Henry Badcett, Mark Broun, Rafael Morant, James Sutton "Fire and Blood" seriyasına görə | Namizəd | [122] | |
Reklam və ya yayım proqramında əlamətdar yaradılmış ətraf-mühit | Markus Kuha, Demyen Meys, Dante Harbric Robinson, Fani Vassiadi "The Icewall" seriyasına görə | Qazandı | |||
Yayım proqramında əlamətdar ikinci plan vizual effektləri | Lüsi Eynsuort-Teylor, Ancela Barson, Ed Brüs, Adam Makİnnes "Winter Is Coming" seriyasına görə | Qazandı |
Taxt oyunlarının ABŞ və Kanada premyerası 17 aprel 2011-ci ildə HBO telekanalında[123][124], Böyük Britaniya və İrlandiya premyerası isə 18 aprel 2011-ci ildə Sky Atlantic telekanalında baş tutmuşdur.[125] Həmin gün, HBO Central Europe telekanalında serialın Avropa premyerası baş tutmuşdur.[126] 17 iyul 2011-ci ildə Showcase telekanalı serialı Avstraliya auditoriyasına təqdim etmişdir.[127]
Taxt oyunlarının I mövsümü DVD və Blu-ray formatlarında 6 mart 2012-ci ildə satışa çıxarılmışdır.[128] Dəstə, əlavə olaraq səhnə arxası çəkiliş kadrları daxil olsa da, kəsilmiş materiallar verilməmişdir. Bunun səbəbi kimi isə çəkilmiş bütün materialların serialda istifadə edildiyi göstərilmişdir.[129]
HBO, I mövsümün DVD/Blu-ray birlikdə kolleksiya nəşrini də yayımlamışdır ki, həmin dəstə, həm də rezin əjdaha yumurtası əlavə edilmişdir. Dəst, Kanada və ABŞ-də 20 noyabr 2012-ci ildə satışa çıxarılmışdır.[130] Birinci mövsüm 5 iyun 2018-ci ildə 4K UHD Blu-ray versiyada satışa çıxarılmışdır.[131]
| |||||
Dəst detalları | Əlavələr | ||||
|
Blu-ray exclusive:
| ||||
Çıxış tarixləri | |||||
Region 1 | Region 2 | Region 4 | |||
6 mart 2012[132] | 5 mart 2012[133] | 10 avqust 2012[134] |