Brey adası (ing. Bray Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Brey adası | |
---|---|
ing. Bray Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 689 km² |
Uzunluğu |
|
Eni | 25 km |
Hündür nöqtəsi | 20 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°20′ şm. e. 77°00′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Adanın sahəsi 689 km²-dir. Sahil xəttinin uzunluğu 166 km-dir[1].
Nisbətən kiçik olan Brey adası Foxs körfəzinin şimal hissəsində yerləşir. Onu Baffin Torpağı adasının cənub sahilindən yalnız 10 kilometrlik ensiz boğaz ayırır. Bu nəhəng adanın Berd yarımadası və Brey adası kiçik İkpik buxtasını təşkil edir. Kox adası Brey adasının şimal-qərbində və Rouli adasının cənub-qərbində yerləşir.
Brey adasının uzunluğu 36 km (şimaldan cənuba) və eni 26 km-dir. Adanın landşaftı alçaqdır, dəniz səviyyəsindən maksimum hündürlüyü nadir hallarda 20 metrdən çox olur. Adanın çox hissəsi şirin su gölləri şəbəkəsi ilə örtülüdür[2].
Soyuq müharibə zamanı adada Alyaskadan Qrenlandiyaya qədər 4800 km uzanan Uzaq Erkən Xəbərdarlıq Xəttinin FOX-A radarı quraşdırılmışdır. Adada yaşayış olmamasına baxmayaraq, Şimal Xəbərdarlıq Sisteminin və Avtomatik Meteoroloji Stansiyasının bir hissəsi olan avtomatik erkən xəbərdarlıq radar stansiyası yerləşir[3].