Kox adası

Kox adası (ing. Koch Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).

Kox adası
ing. Koch Island
Ümumi məlumatlar
Sahəsi 458 km²
Hündür nöqtəsi 40 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
69°38′ şm. e. 78°20′ q. u.HGYO
Ölkə  Kanada
Vilayət
Akvatoriya
Kox adası xəritədə
Kox adası
Kox adası

Adanın sahəsi 458 km², sahil xəttinin uzunluğu isə 130 km-dir[1].

O qədərdə kiçik olmayan ada Foxs körfəzinin şimal hissəsində, Baffin Torpağının qərb sahilində yerləşir. Bu nəhəng adanın Nunavut yarımadasından 14 km cənub-qərbdə Stensbi körfəzinin girişi ilə üzbəüz qərarlaşır. Ən yaxın adalar: Rouli adası 10 km cənubda (Labrador boğazı boyunca), Brey adası 33 km cənub-şərqdə, Yens Munk adası 28 km qərbdə yerləşir.

Kox adasının uzunluğu 41,5 km (şimal-şərqdən cənub-qərbə) və eni şimalda 15,5 km-dən cənubda 5 km-ə qədərdir. Ərazi alçaq və ifadəsizdir. Adanın çox hissəsi dəniz səviyyəsindən cəmi 10–20 metr yüksəklikdədir. Hündürlüyün dəniz səviyyəsindən 40 metrə qədər çatdığı uzaq cənub-qərbdə relyef bir qədər yüksəkdir. Düz səth və kiçik göllər adanın şimal hissəsinin xarakterik xüsusiyyətidir[2].

  1. "Atlas of Canada. List of Islands". 2013-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-10.
  2. "The Island Encyclopedia. Koch Island". 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-10.