Rouli adası (ing. Rowley Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Rouli adası | |
---|---|
ing. Rowley Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 1090 km² |
Uzunluğu |
|
Eni | 22 km |
Hündür nöqtəsi | 67 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°06′ şm. e. 78°52′ q. u.HGYO | |
Ölkə | Kanada |
Vilayət | |
Akvatoriya | |
|
Adanın sahəsi 1090 km²-dir. Sahil xəttinin uzunluğu 219 km-dir[1]. Ada uzunsovdur, uzunluğu 70 km (cənub-qərbdən şimal-şərqə) və eni isə 7-20 km-dir. Qumlu sahil zonasından ada tədricən adanın mərkəzi hissəsində hündürlüyü 67 m-ə qədər olan dar və düz yaylaya yüksəlir.
Rouli adası Foks Körfəzində Baffin Torpağından 48 km cənub-qərbdə yerləşir. Ən yaxın adalar: Kox adası 10 km şimalda, Brey adası şərqdə[2] yerləşir.
Adada yaşayış olmamasına baxmayaraq, Şimal Xəbərdarlıq Sisteminin və Avtomatik Meteoroloji Stansiyasının bir hissəsi olan avtomatik erkən xəbərdarlıq radar stansiyası yerləşir[3].
Ada qütb tədqiqatçısı Qrexem Roulinin şərəfinə adlandırılıb.