Buğa əl-Kəbir, Böyük Buğa[4] – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi.
Buğa əl-Kəbir | |
---|---|
Digər adı | Böyük Buğa |
Doğum tarixi | 770-ci illər |
Vəfat tarixi | [1],[2] 868[3] |
Fəaliyyəti | hərbi lider[d] |
Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868[3]-ci ildə ərəblər tərəfindən edam edilmişdir).
836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir. Başqa bir dəfə seçilən ərəb sərkərdəsi Buğa əl-Kəbirə Afşinin dediyindən çıxaraq, Babəklə özü döyüşmək qərarına gəlir. İlk qarşılaşmada uğur Babəkin üzünə gülür. Lakin bu da özündən müştəbeh Buğaya dərs olmur və Babəklə yenidən üzləşmək ümidi ilə qala ətrafında hərəkətini davam etdirir. Babəki axtarmaqdan yorulan Buğa bir dəfə yolda gecələməli olur. Bir neçə minlik dəstəsini bir yerdə yerləşdirə bilməyən Buğa qoşunu iki hissəyə bölür. Babək isə bu zaman onları müşahidə edirdi. Səhərə yaxın Buğanın yorğun qoşunu yatışandan sonra o, iki tərəfdən hücuma keçir. Yarıyuxulu ərəb döyüşçüləri vahiməyə düşür, çoxları qorxudan özlərini qayalardan atır. Afşinin qardaşı ağır yaralanır, Buğa isə özünü dağın ətəyində dayanmış atına güclə çatdırır.
Əvvəl Xürrəmilər hərəkatının başçısı Babəkə Abbasilər xilafətinə qarşı mübarizəsində yardım göstərən Səhl ibn Sunbat, daha sonra xəlifə əl-Mütasimin türk-mənşəli sərkərdəsi olan Afşinin tərəfinə keçmiş və ona Babəki ələ keçirməkdə yardımçı olmuşdur. 853-cü ildə xəlifə əl-Mütəvəkkilin türk əsilli sərkərdəsi olan Buğa əl-Kəbir əl-Şərabi tərəfindən həbs edilmişdir.
Xilafətin zəifliyindən istifadə edən yüksək rütbəli türk əmirləri isə xəlifələrlə istədikləri kimi rəftar etməyə başladılar. Bunlardan Böyük Buğa (Buğa əl-Kəbir), Kiçik Buğa (Buğa əs-Səğir), Böyük Buğanın oğlu Musa, Vasif və onun oğlu Salih, Bayıkbak və başqaları Abbasilər sülaləsinin bu və ya digər nümayəndələrini bir-birinə qarşı qoyub, xəlifələri tez-tez taxtdan salır, onların yerinə isə daha itaətkarını seçirdilər. Beləki, onlar 861-ci ildən 871-ci ilə qədərki on il müddətində 6 xəlifə dəyişdirdilər. Onlar 861-ci ildə Mütəvəkkili, 862-ci ildə Müntəsiri, 866-cı ildə Müstəini, 869-cu ildə Mütəzzi, 870-ci ildə Mühtədini öldürdülər. Türklərin nüfuzu özünü xilafətin bütün idarə işlərində göstərirdi. Xilafətin yüksək rütbəli sərkərdə, əmir və məmurları türklərdən ibarət idi. Hələ 868-ci ildə Xəlifə Mütəzz Misri pay torpağı olaraq, öz himayədarı sərkərdə Bayıkbaka vermişdi. Bayıkbak isə Misrin idarəsini oğulluğu Əhməd ibn Tuluna tapşırır. Əhməd ibn Tulun Misirdə müstəqil Tulunilər dövlətinin (868–905) əsasını qoyub, xilafət xəzinəsinə xərac verməkdən imtina etdi və çox çəkmədi ki, Şamı (Suriya və Livan), Urdunu, Fələstini, Mesopotamiyanın bir hissəsini, Antakiya və Tarsusu xilafətdən qoparıb öz dövlətinə qatdı. O, bütün islam tarixində öz adına sikkə kəsdirən ilk canişin idi ki, bu da o zamanlar tam müstəqilliyin ilkin və qabarıq nişanələrindən biri hesab edilirdi.
Buğanın Musa, Məhəmməd adlı oğlanları vardı.
Şəxs və ya bioqrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |