Məhəmməd ibn Bəis ibn Halbas (fars. محمدبنبعیث; IX əsr, Mərənd) — Abbasilər dövründə Mərəndin hakimi, Babəkin müttəfiqi, şair.
Məhəmməd ibn Bəis | |
---|---|
Doğum tarixi | IX əsr |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Məhəmməd ibn Bəis şeybanilərin Azərbaycanda yerləşmiş olan Rəbiə qoluna mənsubdur. Babası Halbas xilafət dönəmində Mərənd şəhərində məskunlaşmışdı. Atası Bəis ibn Halbas şəhərin məşhur şəxslərindən idi. Məhəmməd də bu şəhərdə doğulmuşdu. Mükəmməl dini təhsil almışdı.
Babək və onun başçiliq etdiyi xürrəmilər ərəblərə qarşi Məhəmməd ibn Bəisin göstərdiyi maddi və hərbi yardimdan istifadə edirdilər. Məhəmməd ibn Bəis xürrəmilərə ərzaq, pul, silah yardımlarıyla bərabər, özünə məxsus Təbriz və Şahi qalalarını onların ixtiyarina vermişdi.
Məhəmməd ibn Bəis Babəkin cəsur sərkərdəsi İsma əl-Kurdinin qaynatası idi. İsma əl-Kurdi tez-tez Bəisin mülkünə gedərdi.Belə görüşlərin birində ibn Bəis kürəkəni İsma əl-Kurdini sərxoş etdikdən sonra, onu və yoldaşlarını tutdu. İsmanı xəlifənin sarayına göndərdi.Onunla gələn əsgərləri isə öldürtdürdü. Ağir işgəncələr verilən İsma əl-Kurdi Babəkin bütün hərbi sirrlərini və planlarını açıb-tökdü. Bu xürrəmilərə vurulan ən ağir zərbələrdən biri idi.
Babəklə iş birliyi qurduğu üçün Samərrada həbs edilən Rəbiə qəbiləsinə mənsub Məhəmməd bin Bəis 848-ci ildən həbsdən qaçıb Mərənd qalasına sığınınca Mütəvəkkil-billah onu yaxalamaq üçün əvvəlcə Zirək ət-Türkün, sonra Əmr ibn Seysel bin Kalın, daha sonra Buğa əs-Səğirin (Kiçik Buğanın) başçılığında bir ordunu Mərəndə göndərdi. Abbasi sərkərdəsi İsa ibn Şeyx də bu orduda vardı. Buğa əş-Şərabi, İbn Bəis ilə eyni qəbiləyə mənsub İsanı ona elçi olaraq göndərdi. İsa ibn Şeyx, İbn Bəisin adamlarının bir çoxunun onlara aman verilməsi qarşısında təslim olmasına şərait yaratdı. Təslim olmayıb qaçan İbn Bəis yaxalanaraq Samərraya götürüldü.
850-ci ildə əl-Mütəvəkkilin əmri ilə edama məhkum edildi.Məhəmməd ibn Bəis bu fərmanı eşidən kimi bəlağətlə ərəb dilində xəlifəyə bir qəsidə söylədi. əl-Mütəvəkkil bu qəsidədən vəcdə gəlib, Məhəmməd ibn Bəisi bağışladı.
ət-Təbərinin məlumatına görə Məhəmməd ibn Bəis bütün yerli xüsusiyyətləri əxz edib, ərəblikdən uzaqlaşmışdı. Marağa şeyxləri onun şərəfinə mədhiyyələr yağdırırdılar.
Məhəmməd ibn Bəis şair idi. Ərəb və Fars dillərində klassik üslubda şeirlər yazırdı.
Məhəmməd qardaşı Hüseyn ibn Bəis Ərməniyyə valisinin müavini vəzifəsində çalışmışdı.