"Bu cütlüyü Allah yaradıb" (hind. रब ने बना दी जोड़ी) — rejissor Aditya Çopranın filmi.
Bu cütlüyü Allah yaradıb | |
---|---|
ing. Rab Ne Bana Di Jodi hind. रब ने बना दी जोड़ी | |
Janr |
komediya melodram musiqili |
Rejissor | Aditya Çopra |
Prodüserlər |
Aditya Çopra Yaş Çopra |
Ssenari müəllifi | Aditya Çopra |
Baş rollarda |
Şahrux Xan Anuşka Şarma |
Operator | Ravi K. Çandran |
Bəstəkarlar |
Səlim Merçant Süleyman Merçant |
İstehsalçı | Yash Raj Films |
Distribütor | Netflix |
İlk baxış tarixi | 12 dekabr 2008 |
Filmin növü | bədii film |
Müddət | 167 dəqiqə |
Ölkə | Hindistan |
Dil | hind dili |
İl | 2008 |
Rəng | rəngli |
IMDb | ID1182937 |
İlk görüşdə eşq. Surinder bir vaxtlar ona dərs demiş müəlliminin qızını görəndə məhz bu hissi keçirir. Aşiq olduğu qız – Tani gəncdir, lakin artıq nişanlıdır. Taninin atası ölüm ayağında Surinderdən Tanini himayə etməsini və onunla ailə qurmasını istəyir. Çünki Taninin nişanlısı yol qəzasında həlak olur. Çox utancaq və subay olan Surinder Tani ilə evlənir. Amma Tani atasının və keçmiş nişanlısının ölümündən sonra həmişə qəmgin görünür. Surinder Taninin xoşbəxtliyini geri qaytara bilmir. Onlar ər-arvad kimi yox, bir evə salınmış iki yad adam kimi yaşayırlar. Lakin Surinder Tanini dəlicəsinə sevir.
İş elə gətirir ki, Tani rəqs kursuna yazılır. Surinder özünü yeni bir imicə salaraq birdən-birə tamamilə başqa bir adama – "Rac"a çevrilir. Bu işdə ona dostu Bobbi yarım edir. Rəqs kursunda tərəfdaş bölgüsü aparılarkən Rac (Surinder) Tani ilə düşür. Tani öz ərini tanımır və getdikcə bu "Rac"a aşiq olur. Sonda yalnız bir problem qalır: Tani əslində kimi sevir – komik və səmimi Racı, yoxsa monoton və utancaq əri Surinderi?
Aktyor | Rol |
---|---|
Şahrux Xan | Surinder (Suri) Sahni Rac Kapur |
Anuşka Şarma | Taniya (Taani) Qupta |
Vinay Patak | Balvinder (Bobbi) Khosla |
Manhmet Sinh | qarajın sahibi Raca |
Kacol | kameo |
Priti Zinta | kameo |
Bipaşa Basu | kameo |
Lara Dutta | kameo |
Rani Mukherci | kameo |