Bu sevgi (mahnı)

Bu sevgi — bəstəkar Eldar Mansurovun mahnısı. Sözləri şair Vahid Əzizə məxsusdur. Aygün Kazımova 1989-cu ildə Latviyada keçirilən "Yurmala" mahnı müsabiqəsində "Bu sevgi" mahnısı ilə çıxış etmişdir. Mahnını 1989-cu ildə İlqar Muradov solo, daha sonra İlqar Muradov Almaz Ələsgərli ilə duet şəklində ifa etmişdir. 1990-cı ildə Firəngiz Rəhimbəyli, 1995-ci ildə Faiq Ağayev, 2013-cü ildə Günay İbrahimli, 2016-cı ildə Samirə Əfəndiyevada ifa etmişdir. Mahnıdan 1991-ci ildə Firəngiz Rəhimbəyovanın ifasında Azərbaycanın ən məşhur komediya filmlərindən olan "Bəxt üzüyü" filminin soundtrekti kimi istifadə olunmuşdur. Mahnı 2016-cı ildə Eldar Mansurovun prodüsserliyi ilə satışa çıxarılan "Aygün Kazımovanın ifaları" albomuna daxil edilmişdir.[1] Qeyd etmək lazımdır ki, "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "Melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan ən gənc ifaçı kimi tarixə düşüb. Xatırladaq ki, şirkətin buraxdığı plastinkaya hər ifaçının mahnısı daxil edilmir. "Melodiya" firması SSRİ-nin plastinka istehsal edən yeganə böyük ciddi şirkəti olub. Qeyd olunan plastinkada Aygün Kazımovanın "Bu sevgi" və "Uzaqlıq" mahnıları yer alıb.[2]

sinql
Bu sevgi
İfaçı Aygün Kazımova
Albom Eldar Mansurovun mahnıları
Yayımlanıb 1989
Janr pop
Dil azərbaycanca
Müddət 03:17
Bəstəkar Eldar Mansurov
Sözlərin müəllifi Vahid Əziz

Videoklip
 Bu sevgi (Aygün Kazımova)
Videoklip
 Bu sevgi (Firəngiz Rəhimbəyova)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://itunes.apple.com/us/album/aygün-kazımovanın-i-faları/id1168698495
  2. "Arxivlənmiş surət". 2020-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]