Buenos-Ayresdə terror hücumu (1994)

Argentina – İsrail Birgə Assosiasiyasının partladılması (isp. Atentado a la AMIAAİBA-ya hücum) — 18 iyul 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdəki yəhudi icması mərkəzinə qarşı həyata keçirilən intihar hücumu. Partlayıcı yüklənmiş mikroavtobusun AİBA binasının önündə partladılması nəticədə 85 nəfər həlak oldu və 300-dən çox insan yaralandı.[1] Bu günə qədər bu partlayış Argentina tarixində ən ölümcül terror aktı olaraq qalır.[2] 1994-cü ildə Argentinada 200 000 nəfərlik yəhudi icması yaşayırdı ki, bu da Latın Amerikasında ən böyük, İsraildən kənarda isə dünya üzrə altıncı böyük yəhudi icması idi.[3]

Buenos-Ayresdə terror hücumu
Ümumi məlumatlar
34°36′07″ c. e. 58°23′58″ q. u.HGYO
Yeri
Tarix 18 iyul 1994
Silah(lar) Bombalı maşın
Ölü sayı
  • 85
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ötən illər ərzində AİBA-nın bombalanması ört-basdır edilmə ittihamları ilə yadda qalıb. Hadisə ilə "daxili əlaqə"si olduğu iddia edilən bütün şübhəlilərin, o cümlədən, Buenos-Ayres Əyalət Polisinin üzvlərinin 2004-cü ilin sentyabrında günahkar olmadıqlarına qərar verildi. 2005-ci ilin avqustunda işə rəhbərlik edən federal hakim Xuan Xose Qaleanoya istintaqa düzgün yanaşmadığı və "ciddi qanun pozuntuları"na yol verməsi ittihamı ilə impiçment elan edildi və vəzifəsindən uzaqlaşdırıldı.[4] 2013-cü ildə Fransisk adı ilə Roma papası seçilən kardinal Xorxe Mario Berqolio 2005-ci ildə AMIA-nın bombalanması işində ədalət mühakiməsi üçün petisiya imzalayan ilk ictimai şəxs idi. O, partlayışın 11-ci ildönümü çərçivəsində "85 qurban, 85 imza" adlı sənədi imzalayanlardan biri olub.[5]

25 oktyabr 2006-cı ildə Argentina prokurorları Alberto Nisman və Marselo Martines Burqos rəsmi olaraq İran hökumətini partlayışı idarə etməkdə və Livan İslamçı silahlı qruplaşması Hizbullahı hadisəni törətməkdə günahlandırdılar.[6][7] Prokurorluğun 2006-cı ildəki iddialarına görə, Buenos-Ayresin Tehrana nüvə texnologiyası transferi müqaviləsini dayandırmaq qərarından sonra Argentina İranın hədəfinə çevrilmişdi.[8] Müqaviləyə xitam verilmədiyi üçün bu iddia mübahisəyə səbəb oldu. Belə ki, İran və Argentina 1992-ci ilin əvvəlindən bomba partlayışının baş verdiyi 1994-cü ilə qədər bütün ikitərəfli sazişlər üzrə tam əməkdaşlığın bərpası barədə danışıqlar aparırdılar.[9]

2024-cü ildə Argentina məhkəməsi hücumu İranın idarə etdiyinə və Hizbullah tərəfindən həyata keçirildiyinə qərar verdi. Qərarda həmçinin İran terror dövləti kimi səciyyələndirilib.[10]

18 iyul 1994-cü ildə kamikadze təxminən 275 kq partlayıcı-yanıcı maddələrlə dolu Renault Trafic furqonunu Buenos-Ayresin sıx tikilmiş ticarət məhəlləsində yerləşən Yəhudi İcma Mərkəzinin binasına çırpdı.[11][12] Beş mərtəbəli binanın kərpicdən olan xarici divarları dərhal dağıldı və yükdaşıyan divarların zərbə dalğasına birbaşa məruz qalması onların da tamamilə dağımasına səbəb oldu. Bu da öz növbəsində binanın çökməsinə səbəb oldu.[13]

Digər partlayışlar

[redaktə | mənbəni redaktə et]

Bombalama 17 mart 1992-ci ildə İsrailin Buenos-Ayresdəki səfirliyinin 29 nəfərin ölümü və 242 nəfərin yaralanması ilə nəticələnən partlayışından iki il sonra baş verdi və AMİA-nın partladılmasına qədər Argentinada ən çox insan tələfatı ilə nəticələnən hücum idi. Robert Baerin sözlərinə görə, Hizbullah çətiri altında fəaliyyət göstərən və İranla əlaqəsi olan İslami Cihad Təşkilatı[14] həmin partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.[15] AMİA-da baş verən partlayışın səfirliyə hücumla əlaqəli olduğu ehtimal edilirdi.[16] Bu günə qədər iki partlayışdan hər hansı birinə görə məsuliyyət daşıyanlar tapılmayıb.

AİBA hücumundan bir gün sonra, Panamada daxili uçuş yerinə yetirən təyyarədə intiharçının bomba partlatması nəticəsində 12-si yəhudi olmaqla 21 sərnişinin hamısı həlak oldu. Müstəntiqlər müəyyən ediblər ki, partlayış qeyri-qanuni yolla əldə edilmiş Kolumbiya pasportundan istifadə edərək "Lya Camal" adı ilə səyahət edən və ərəb olduğu güman edilən şəxs tərəfindən törədilib.

AİBA-ya hücumdan səkkiz gün sonra İsrailin Londondakı səfirliyinin yanında avtomobil partladılmış, 13 saat sonra isə oxşar avtomobil Londondakı yəhudi icma mərkəzinin qarşısında partladılmışdır. Bu hadisələr nəticəsində heç kim ölməyib, lakin 22 nəfər yaralanıb və "milyonlarla funt-sterlinq zərər" dəyib.[17] Partlayışlarla bağlı Londonda beş fələstinli həbs edilib, onlardan ikisi təqsirli bilinərək 20 il həbsə məhkum edilib.[18]

İstintaq və məsuliyyət

[redaktə | mənbəni redaktə et]
Argentina İran prezidenti Əkbər Haşimi Rəfsəncanini axtarışda olanlar siyahısına salmaq üçün İnterpola müraciət edib

2018-ci ildə ədliyyə orqanları keçmiş prezident Kristina Fernandes-de-Kirşnerin partlayışda iranlıların rolunu ört-basdır etmək ittihamı ilə mühakimə olunacağını açıqladı. Federal hakim Klaudio Bonadio bildirib ki, daha 11 keçmiş məmur və Kirşner hökumətinə yaxın adamlar da cinayəti ört-basdır etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə mühakimə olunacaqlar. Kirşner ittihamları rədd edib.

Partlayışa görə heç bir şübhəli mühakimə olunmayıb və bir sıra iddialar irəli sürülüb, sonrakı araşdırmalar İran hökumətini ittiham edib. 1999-cu ildə hücumla bağlı Hizbullah üzvü İmad Muğniyə haqqında həbs qərarı çıxarılıb.[16] Argentina 2006-cı ildə Tehranı hücumların arxasında durmaqda günahlandırdı və Haşimi Rəfsəncani, Əhməd Vahidi, həmçinin Hizbullahdan İmad Muğniyə də daxil olmaqla bir neçə yüksəkvəzifəli iranlını ittiham etdi. 2007-ci ildə ittiham olunanlardan bir neçəsi İnterpolun ən çox axtarılanlar siyahısına salındı, baxmayaraq ki, əsasnaməsinə görə İnterpolun Rəfsəncani kimi yüksəkvəzifəli şəxsi siyahıya salmaq səlahiyyəti yox idi. 2021-ci ilin avqustunda ittiham olunan şübhəlilərdən ikisi Əhməd Vahidi və Möhsün Rezai İbrahim Rəisi hökumətində, müvafiq olaraq, daxili işlər naziri və iqtisadi məsələlər üzrə vitse-prezident vəzifələrinə təyin ediliblər.[19][20][21]

Məsuliyyət iddiası

[redaktə | mənbəni redaktə et]

Hücumdan qısa müddət sonra Hizbullahın əməliyyatlarını pərdələmək üçün istifadə edilən cihadçı Ənsarullah təşkilatının Sidonda payladığı vərəqələrdə və Livanın Ən-Nahar qəzetindəki bildirişdə Buenos-Ayresdəki hücuma və Alas Chiricanas 901 nömrəli reysin partladılmasına görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirdiyi iddia olunur.

Anlaşma memorandumu

[redaktə | mənbəni redaktə et]
Argentina və İran arasında anlaşma memorandumunun birinci səhifəsi.

27 yanvar 2013-cü ildə Argentina hökuməti AİBA-ya hücumu araşdırmaq üçün "həqiqət komissiyası" yaratmaq məqsədilə İranla anlaşma memorandumu imzaladığını elan etdi. Prezident Kirşnerin sözlərinə görə, komissiya "Argentina və İranın məhkəmə orqanları tərəfindən bu günə qədər təqdim edilmiş bütün sənədləri təhlil etmək və işin hüquqi və tənzimləyici çərçivədə necə davam edəcəyinə dair hər iki tərəfin baxışını bildirmək və tövsiyələr təqdim etmək üçün yaradılıb."[22]

28 fevral 2013-cü ildə Argentina Deputatlar Palatası İranla anlaşma memorandumunu lehinə 131, əleyhinə 113 səslə təsdiqləyib. İsrail bundan məyus olduğunu bildirib.[23] AMİA sədri Gilyermo Borger memorandumun hüquqa zidd olduğunu və onu Argentina Ali Məhkəməsinə verəcəyini bildirdi.[24]

2014-cü ilin mayında memorandum məhkəmə tərəfindən konstitusiyaya zidd elan edildi.[25][26][27] Maurisio Makri Argentinanın prezidenti olduqdan sonra Kirşner hökumətinin məhkəməyə verdiyi apelyasiyanı geri götürdüyü üçün memorandum qüvvədən düşdü.[28]

Digər rəylər

[redaktə | mənbəni redaktə et]

"The Nation" qəzetində dərc olunan xəbərə görə, müəllif iddia edir ki, bomba partlayışının baş verdiyi dövrdə ABŞ-ın Argentinada səfiri olmuş Ceyms Çik ona "Mənim bildiyimə görə, [İranın rolu ilə bağlı] heç vaxt heç bir real sübut olmayıb. Onlar heç bir sübut təqdim edə bilməyiblər." O qeyd edib ki, işdə ən vacib ipucu "guya bütün məlumatlara malik olan" Manuçer Mötəmər adlı iranlı informator olub. Lakin Mötəmərin, iddia etdiyi kimi, hökumət qərarlarından xəbəri olmayan aşağı rütbəli narazı məmur olduğu müəyyən edilib. "Nəticədə, onun etibarlı mənbə olmadığına qərar verdik" deyə Çik bildirib.[29]

Mədəniyyətdə təsviri

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Markos Karneval anası AİBA-ya hücumda öldürüldükdən sonra Buenos-Ayresdə itən daun sindromlu gənc qadını (Alexandra Mantso) təsvir edən tammetrajlı Anita filmini çəkdi.[30]

  1. "AMIA Bombing Commemorated", Dateline World Jewry, World Jewish Congress, September 2007
  2. "Argentinian lawyer Alberto Nisman was murdered, police report finds". The Guardian. 2017-11-06. 2017-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-30.
  3. "Argentina marks 1994 bomb attacks". BBC News. 18 July 2006. 20 July 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  4. "AMIA: destituyeron a Galeano". Clarín (ispan). 3 August 2005. 27 June 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2006.
  5. "New pope has history of good relations with Jewish community". The Times of Israel. 12 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  6. "Iran, Hezbollah charged in 1994 Argentine bombing". Daily Jang. 25 October 2006. 1 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2006.
  7. Richard Horowitz. "What Nisman Said About Iran – World Policy Institute" (PDF). World Policy. 26 August 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 September 2017.
  8. "Acusan a Irán por el ataque a la AMIA". La Nación. 26 October 2006. 22 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  9. Porter, Gareth. "Middle East News, Iraq, Iran current affairs". Asia Times Online. Archived from the original on 29 September 2018. İstifadə tarixi: 12 September 2017.
  10. Politi, Daniel. "Argentine Court Says Iran Was Behind Israeli Embassy and Jewish Center Attacks". The New York Times. 12 April 2024. 13 April 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2024.
  11. "AMIA Attack in Argentina". 28 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2015.
  12. "Discursos". OAS. August 2009. 9 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2008.
  13. Front Matter – Protecting Buildings from Bomb Damage: Transfer of Blast-Effects Mitigation Technologies from Military to Civilian Applications. The National Academies Press. 1995. doi:10.17226/5021. ISBN 978-0-309-05375-4. 19 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 January 2016.
  14. "Interviews – Robert Baer – Terror And Tehran". Frontline/PBS. 2 May 2002. 4 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2017.
  15. "1992 Global Terrorism: The Year in Review". Federation of American Scientists. 8 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  16. 1 2 Norton, Augustus Richard, Hezbollah: A Short History, Princeton University Press, 2007, p.79
  17. "Two guilty of embassy bombing". The Independent. 12 December 1996. 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  18. "Palestinians jailed for Israel embassy blasts". The Independent. 17 December 1996. 2012-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  19. "Iran's new president presents conservative Cabinet list". AP NEWS (ingilis). 2021-08-11. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  20. AP and TOI staff. "Iran's Raisi taps minister wanted for role in Buenos Aires Jewish Center bombing". www.timesofisrael.com (ingilis). 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  21. "Foreign Ministry condemns appointment of new Iranian interior minister". The Jerusalem Post | Jpost.com (ingilis). 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
  22. Herb Keinon. "AMIA attack: Israel shocked at Argentina-Iran probe". The Jerusalem Post. 28 January 2013. 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  23. "Argentina's Congress okays probe with Iran into 1994 Jewish center bombing". Haaretz. Reuters. 28 February 2013. 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  24. "Jewish organization pledges to take Argentina/Iran accord to the Supreme Court". MercoPress. 28 February 2013. 13 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  25. "La Cámara Federal declaró inconstitucional el memorándum con Iran" [The Federal Court declared Iranian memorandum unconstitutional]. La Nación. 15 May 2014. 20 June 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  26. "Un fracaso que no sorprendió a nadie" [A failure that did not surprise anyone]. La Nación. 16 May 2014. 12 September 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  27. Judicial, CIJ – Centro de Información. "La Cámara Federal declaró la inconstitucionalidad del Memorándum con Irán". 12 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  28. "New Argentina government voids pact with Iran on AMIA bombing". The Times of Israel. Jewish Telegraphic Agency. 14 December 2015. 25 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2016.
  29. "Bush's Iran/Argentina Terror Frame-Up". The Nation. 6 August 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 September 2017.
  30. "Anita". IMDb. 27 August 2009. 3 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 July 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]