Buldır adası (ing. Buldir Island, aleut. Идмааҳ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada.
Buldır adası | |
---|---|
ing. Buldir Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 19,291 km² |
Uzunluğu |
|
Eni | 4 km |
Hündür nöqtəsi | 656 m |
Əhalisi |
|
Yerləşməsi | |
52°21′16″ şm. e. 175°55′13″ q. u. | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada su üstü bir qayalığı təşkil edur. Uzunluğu 7 km, eni 3–4 km təşkil edir. Ərazisi dağlıqdır. Əsasən tundra bitkiləri ilə örtülmüşdür. Adada iki vulkan vardır: Buldır (656 m) və Vostoçnı (580 m).
Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
1760-cı ildə "Müqəddəs Yohann Ustyujski" gəmisində rus sahibkarlar adaya yan alırlar. Ac kütlənin rəhbəri olan Vasili Şoninin rəhbərliyi altında ruslar yerlilərin ikisini öldürərək onların ehtiyatlarını ələ keçirirlər. Bu qətliyamlardan sonra yerli aleutlar ruslardan gizlənərək çılpaq qayalara sığınırlar. Aclıq və susuzluqdan əziyyət çəkən aleutlar ruslardan bağışlanmalarını və əvəzində onlara dəniz samurlarını ovlamaqda yardım edəcəklərini bildirirlər. Ancaq Şonin rus işğalları tarixində ilk dəfə olaraq adada yaşayan bütün aleutları məhv etmək qərarına gəlir[1].
1867-ci ildə Alyaskanın satın alınması zamanı adalarda ABŞ-yə satılır.