Siçovul adaları

Siçovul adaları  (ing. Rat Islands, aleut. Qax̂um tanangis[1]) — Aleut arxipelaqında yerləşən bir qrup ada. Şərqində Near adaları, qərbində isə ondan Amçitka boğazı ilə ayrılan Andreyanov adaları qrupu yerləşir. Adaların heç birində yaşayış yoxdur.

Siçovul adaları
ing. Rat Islands
Ümumi məlumatlar
Ümumi sahəsi 934,594 km²
Hündür nöqtəsi 1221 m
Əhalisi 0 nəfər (2000-ci il)
Yerləşməsi
51°46′ şm. e. 178°34′ q. u.
Ölkə  ABŞ
Akvatoriya
Siçovul adaları xəritədə
Siçovul adaları
Siçovul adaları
Siçovul adaları xəritədə
Siçovul adaları
Siçovul adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrupun qərbdən şərqə adaları: Buldır, Kiska, Kiçik Kiska, Sequla, Sıçovul, Xvostov, Piramida, Davıdova (şimalında Lopi adacığı yerləşir), Kiçik Sitkin, AmçitkaSemisopoçnı. Arxipelaqın ümumi sahəsi təxminən 934,594 km²-dir. Adalar əsasən dağlıqdır (hündürlüyü 1221 m-ə qədər, Semisopoçnı adasında). Aktiv vulkanları vardır. Amçitkada Dəniz samurlarının qoruğu vardır[2].

Siçovul adaları seysmik aktiv bölgədə yerləşir. Sakit okeanŞimali Amerika plitələrinin sərhəddində yerləşir. 1965-ci ildə adalarda 8,7 bal gücündə güclü zəlzələ baş verir.

Adalar 18-ci əsrdə rus sənayeçiləri tərəfindən kəşf edilmişdir. 1827-ci ildə dünyanı gəzərkən Aleut adalarını ziyarət edən Fyodor Litke tərəfindən sıçovul adlandırılır.

  1. Bergsland, K Aleut Dictionary Fairbanks: Alaska Native Language Center, 1994
  2. "Большая советская энциклопедия. Крысьи острова". 2011-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-23.