Bulon-Sür-Mer


Bulon-sür-Mer (fr. Boulogne-sur-Mer) — Fransanın şimalında şəhər.[5]

Bulon-sür-Mer
Boulogne-sur-Mer
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
50°43′32″ şm. e. 1°36′50″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 110 m[2], 0 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 40.910 nəf. (1 yanvar 2021)[3]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 62200[4]
Digər
ville-boulogne-sur-mer.fr
Xəritəni göstər/gizlə
Bulon-sür-Mer xəritədə
Bulon-sür-Mer
Bulon-sür-Mer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 43,3 min (2010) nəfərdir.

Pa-de-Kale boğazı sahilində, Lyan çayının mənsəbindədir. Sürətli dəmiryolları vasitəsilə Parislə əlaqəsi var. Fransanın ikinci (Kaledən sonra) sərnişin dəniz portu (ildə təqribən 3 mln. nəfər; Böyük Britaniyanın Duvr və Folkston portlarına müntəzəm reyslər işləyir).[5]

Bononiya (Bononia) və Gezoriak (Gesoriacum) kelt məskənlərinin yerində, təqribən e.ə. 1-ci əsrdə meydana gəlmişdir; Qalliyanın şimalında və Britaniyada Roma ağalığının qorunub saxlanılmasında mühüm rolu olmuşdur. Eramızın 5-ci əsrində sakslar tərəfindən işğal edilmişdir. Yeni yüksəliş dövrü 10-cu əsrin əvvəllərindən başlamışdır; Bulon (Bulonne) qraflığının mərkəzi olmuşdur. 1419-cu ildən Burqundiya hersoqlarının mülklərinin tərkibində, 1477-ci ildən isə Fransa kralının hakimiyyəti altında idi.[5]

Memarlıq abidələri: qəsr (13-cü əsr; içərisində 1825-ci ildən rəssamlıq muzeyi fəaliyyət göstərir), meriya binasının yanında gözətçi qülləsi (13-cü əsr; Qədim Roma qalasının yerində tikilmişdir), Müqəddəs Nikolay kilsəsi (1208, fasad və nef 18-ci əsrin 2-ci yarısına aiddir, memar J. Sanye) və Notr-Dam baş kilsəsi (1827–66, bünövrəsi 7-ci əsrdə qoyulmuşdur, orta əsrlərə aid kripta var), Müqəddəs Qan kapellası (1859–60), Ədliyyə sarayı (1852), yaşayış binaları (hotellər: Kruassan, 16-cı əsr; Desandruen, 1777).[5]

Ölkənin əsas balıqçılıq portlarından (ildə 800 min t-dan çox balıq) biridir. Balıqdəniz məhsullarının emalı; balıqbalıq məhsulları ticarəti. Gəmiqayırma; ferromanqan ərintiləri; telefon və ofis avadanlığı; sement istehsalı inkişaf etmişdir.[5]

  1. répertoire géographique des communes. Institut national de l'information géographique et forestière.
  2. 1 2 répertoire géographique des communes. Institut national de l'information géographique et forestière, 2015.
  3. Populations légales 2021. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu, 2023.
  4. Base officielle des codes postaux. La Poste, 2018.
  5. 1 2 3 4 5  Bulon-sür-Mer// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 72. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]