Butkov Pyotr Qriqoryeviç

Butkov Pyotr Qriqoryeviç (17 (28) dekabr 177512 (24) dekabr 1857[1]) — rus tarixçisi, hərbi və dövlət xadimi, senator, Peterburq Elmlər Akademiyasının akademiki.

Butkov Pyotr Qriqoryeviç
Doğum tarixi 17 (28) dekabr 1775
Vəfat tarixi 12 (24) dekabr 1857[1] (82 yaşında)
Dəfn yeri
  • Literatorski mostki[d]
Elm sahəsi tarix
Üzvlüyü
Mükafatları Müqəddəs Aleksandr Nevski ordeni Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni Order of Saint John of Jerusalem

Butkov Pyotr Qriqoryeviç 17 dekabr 1775-ci ildə Xarkov quberniyasında anadan olmuşdur. O, gənc yaşlarında Vladimir draqun alayına daxil olmuş, 16 yaşında Anapa yürüşündə (1791) iştirak etmişdir. Butkov 1794-cü ildə general adyutantlığına layiq görülmüşdür. 1796-cı ildə Butkov qraf Zubovun İran yürüşündə iştirak etmiş, sonra kapitan rütbəsində Tiflisə göndərilmişdir. O, Gürcüstanın Rusiyaya birləşdirildiyi dövrdə (1801–1803) Qafqazdakı rus qoşunlarının Baş komandanı general Knorinqin dəftərxanasını idarə edirdi. Burada bir neçə il qulluq etdikdən sonra 1803-cü ildə istefaya çıxıb, Qafqazı tərk etmiş, lakin iki il sonra yenidən hərbi xidmətə çağrılmış, general-leytenant rütbəsində Moldaviyaya göndərilmişdir. Butkov 1811-ci ildə xəstəliyə görə həmişəlik istefaya çıxaraq elmi işlə məşğul olmağa başlamışdır. O, 1841-ci ildə akademik, 1849-cu ildə senator seçilmişdir. Butkov 1865-ci ildə Dövlət Şurasının və Nazirlər Kabinetinin üzvü təyin edilmişdir.

Butkov Pyotr Qriqoryeviç 12 dekabr 1857-ci ildə Peterburq şəhərində vəfat etmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Butkov bədii əsərlər — povest, hekayəoçerklər yazmışdır. İki cildlik "Peterburq zirvələri" və "Çöl idelliyası" onun məşhur əsəslarıdır. Lakin onun yaradıcılığının ən əhəmiyyətli hissəsi üç cildlik "Qafqazın yeni tarixi üçün materiallar" adlı tarixi — etnoqrafik tədqiqatıdır. Əsər 1722–1803-cü illərin hadisələrin əks etdirir. Əsərdə Azərbaycan tarixinin böyük bir dövrü, Rusiya-Azərbaycan, Azərbaycan-Rusiya-erməni münasibətləri, rusların Azərbaycana sistematik yürüşləri, Rusiya-İran, Rusiya-Türkiyə münasibətləri geniş əks olunmuşdur. Bu əsər faktik tarixi, etnoqrafik materiallarla zəngindir. Əsərin ən dəyərli xüsusiyyətlərindən biri çarizmin müstəmləkə siyasətinin Qafqazda cinayətkar yerdəyişmələr barədə verdiyi məlumatlardır. Xüsusilə, ruslar tərəfindən ermənilərin tədricən Azərbaycanın müxtəlif ərazilərinə yerləşdirilməsini əks etdirən faktlar ibrətamizdir. Bu əsər müasir dövrdə də tariximizin dərindən araşdırılması üçün xüsusi əhəmiyyət kəsb edir.

  1. 1 2 Petr Grigorʹevič Butkov // NUKAT. 2002.
  • Əlisa Nicat. Dünya tarixçiəri. Bakı,1998.