«Buzovnaneft»in binası — Azərbaycanın paytaxtı Bakı şəhərində, Səməd Vurğun və Nizami küçələrinin kəsişdiyi nöqtədə yerləşən bina. Bina Nəsimi meydanının qarşısında yerləşir. Tikinti prosesi 1945-ci ildə başa çatmış binanın memarları Sadıq Dadaşov və Mikayıl Hüseynovdur.[1]
Buzovnaneftin binası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 40°22′25″ şm. e. 49°50′31″ ş. u.HGYO |
Dizayn və konstruksiya | |
Memar | Sadıq Dadaşov, Mikayıl Hüseynov |
Vikianbarda əlaqəli mediafayllar |
«Buzovnaneft»in binasının tikinti prosesi 1945-ci ildə, Sadıq Dadaşovun ölümündən qısa bir müddət əvvəl başa çatmışdır. Bina yalnız iki il ərzində inşa edilmişdir.[2] Bir qədər sonra binanın qarşısında bir meydan təsis edilmişdir. Bu meydanın mərkəzində fəvvarələr yerləşirdi. 1980-ci ildə bu fəvvarələr sökülmüş, yerlərində isə İmadəddin Nəsiminin heykəli tikilmişdir.[3] Parkın hər iki tərəfində bənzər memarlıq dizaynına malik evlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu.[4][5]
4 noyabr 1955-ci ildə Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "dizayn və tikinti həddlərinin aradan qaldırılması haqqında" qərar qəbul etmişdir. Sərəncamda Mikayıl Hüseynovun Bakı şəhərində memarlıq etdiyi binaların "həddindən çox lazımsız strukturlar"a malik olduğu yazılmışdır. Tənqid edilən binalardan biri də «Buzovnaneft»in binası idi. Onların fikirlərinə görə, binada çoxlu "lüzumsüz, mürəkkəb qövslər və lociyalar" var idi.[6] Mikayıl Hüseynov bu tənqidlərə məhəl qoymadan öz fəaliyyətinə davam etmişdir.[7]
Bina U-şəkilli və beş mərtəbəli bir evdir. Evin qarşısında Nəsimi meydanı yerləşir. Evin üzərində bir-birlərinə simmetrik olan iki qüllə var. Bu qüllələr taca bənzəyir və belvederdirlər.[1] Memar Rəna Əfəndizadənin sözlərinə görə, mənzilin fasadları plastik maddələrdən hazırlanıb və memar Aleksandr Ryabuşinin qeyd etdiyi kimi, mənzilin fasadında istifadə edilən maddələr çox bahalı və keyfiyyətli idi. Binanın cənuba doğru baxan hissəsində çoxlu pəncərələr və balkonlar var.[5] Ryabuşin dizaynerlərin binadakı pəncərələrin dizaynında Mərakeş memarlığından ilhamlandığını etiraf etmişdir.[1]
Binanın mənzillərində havalandırma sistemi mövcuddur.[5] Binanın cəmi səksən altı mənzili var.[8][9]