Səməd Vurğunun heykəli — Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) Səməd Vurğunun xatirəsinə ucaldılmış abidə.
Səməd Vurğunun heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraş | Fuad Əbdürəhmanov |
Memar | Mikayıl Useynov |
Tikilib | 1961 |
Material | Bürünc |
1960-cı ildə heykəltaraş Fuad Əbdürəhmanov tərəfindən hazırlanan heykəl o dövrdə Oktyabr meydanı adlanan parkda qoyulmuşdur. Heykəlin memarı Mikayıl Useynovdur[1]. Heykəlin qoyulduğu park hazırda Səməd Vurğun bağı və ya Səməd Vurğun parkı adlanır.