Cüli Delpi (ing. Julie Delpy; 21 dekabr 1969[1][2], XIV arondisman[3]) — fransız-amerikalı aktrisa, rejissor, bəstəkar və müğənni. O, Nyu-York Universitetinin nəzdində olan Tiş İncəsənət Məktəbində kino təhsili alıb. Cüli o vaxtdan bəri 30-dan çox filmə çəkilib. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Europa Europa", "Voyager", "Three Colours: White", "Əvvəl" trilogiyası, "An American Werewolf in Paris" və "2 Days in Paris" filmləridir.
Cüli Delpi | |
---|---|
| |
Doğum tarixi | 21 dekabr 1969[1][2] (55 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 1 |
Fəaliyyəti | kino aktrisası, ssenarist, müğənni-mahnı yazarı, bəstəkar, kinorejissor, müğənni, montajçı[d], film prodüseri, televiziya aktrisası |
Fəaliyyət illəri | 1978-ci ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0000365 |
Vikianbarda əlaqəli mediafayllar |
Cüli üç "Sezar", iki "Onlayn Film Tənqidçiləri Cəmiyyəti" və iki "Oskar" mükafatına namizəd olub. O, 1990-cı ildə ABŞ-a köçmüşdür. 2001-ci ildə ABŞ vətəndaşı olmuşdur.[4]
Cüli Delpi Parisdə anadan olub. Albert Delpi və Mari Pilletin yeganə övladıdır. Atası əslən Vyetnamdan olan fransız aktyoru və teatr rejissoru idi. Anası isə bədii filmlər və avanqard teatrdakı işi ilə tanınan fransız aktrisası idi. Onun anası 1971-ci ildə 343-cü Manifesti (fr. Manifeste des 343) imzalamışdı. Bu manifest öz bədənləri, xüsusən də reproduktiv hüquqlarla bağlı seçim etmək hüquqlarını tələb edən qadınların imzaladığı sənəd idi. O zaman Fransada abort etmək qeyri-qanuni idi. Cülinin 2007-ci ildə ekranlara çıxan "2 Days in Paris" filmində personajın anası onun öz anası tərəfindən canlandırılmışdır. Bu filmdə həmin hadisəyə yer verilmişdir. Anası Mari Pilett 2009-cu ildə dünyasını dəyişib.