Cümhuriyyət (zirvə)

CümhuriyyətAzərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə.

Cümhuriyyət
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 3740 m
İlk fəthi 2018
Yerləşməsi
41°12′12″ şm. e. 47°57′53″ ş. u.HGYO
Ölkələr
Rayon
Cümhuriyyət xəritədə
Cümhuriyyət
Cümhuriyyət

Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub.

İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib.

Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb.[1][2][3]

Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır.

İdeya və layihə rəhbərləri

[redaktə | mənbəni redaktə et]
  1. Sirxan Məmmədov
  2. Elçin Quliyev
  3. Mürsəl Qasımov

Büsdü hazırlayan

[redaktə | mənbəni redaktə et]

Azad Əliyev - əməkdar rəssam

Layihədə iştirak edənlər

[redaktə | mənbəni redaktə et]
  1. Nərgiz Qurbani (RİİB)
  2. Zaur Mirzəyev, fotoqraf (BMM)
  3. Elman Məmmədov. operator (BMM)
  4. Nərmin Carçalova (PA)

Azərbaycan alpinistləri

[redaktə | mənbəni redaktə et]
  1. İlqar İsrafilov
  2. Sima Səfərova
  3. Babək İsgəndərov
  4. Sirxan Məmmədov

Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.

  1. "3740 metrlik zirvəyə "Cümhuriyyətin 100 illik zirvəsi" adı verildi - moderator.az". 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - Trend". 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yeni zirvə fəth olunub - Lent.az". 2018-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-28. (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]