Cırtdan–"pəhləvan" (rus. Про Джыртдана "Великана") — Azərbaycan cizgi filmi.
Cırtdan-"pəhləvan" | |
---|---|
Janr |
komediya macəra musiqili uşaq |
Rejissor | Bəhmən Əliyev |
Ssenari müəllifləri |
Tofiq Ağayev Aleksandr Timofeyevski |
Operator | Antonina Korotnitskaya |
Bəstəkar | Rauf Əliyev |
Rəssam | Elçin Axundov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1981 |
Filmin növü | qısametrajlı cizgi filmi |
Müddət | 10 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1981 |
Texniki məlumatlar |
1 hissə 274 metr 35 mm |
Rəng | rəngli |
Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur.
Film Cırtdan Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.
Applikasiya filmidir.
Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib.[1]
2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[2][3] Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[4][5]