Cırtdan (film, 1969)

“Cırtdan” — rejissor Yalçın Əfəndiyevin animasiya filmi.

Cırtdan
Janr komediya
macəra
uşaq
Rejissor Yalçın Əfəndiyev
Ssenari müəllifi Alla Axundova
Operator Aleksandr Milov
Bəstəkar Oqtay Zülfüqarov
Rəssam Elçin Aslanov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 17 fevral 1969
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 10 dəq.
Ölkələr SSRİ SSRİ
İl 1969
Texniki məlumatlar 1 hissə
274 metr
35 mm
Rəng rəngli
"Cırtdan" 50 il

Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb.[1]

Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.[1]

Bu multiplikasiya filmində balaca Cırtdanın başına gələn sərgüzəştlərdən, ağlı və tədbirliyi sayəsində güclü, lakin axmaq divə qalib gəlməsindən, özünü və qardaşlarını bəladan xilas etməsindən danışılır.

Applikasiya filmidir.

Film eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.

2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib.[2][3] Forumda rəssam assistenti Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.[4][5]

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Yalçın Əfəndiyev
Ssenari müəllifi: Alla Axundova
Operator: Aleksandr Milov
Quruluşçu rəssam: Elçin Aslanov
Quruluşçu rəssamın assistenti: Elçin Axundov
Multiplikasiya rəssamları: Bəhmən Əliyev, Lev Jdanov, Nazim Məmmədov
Bəstəkar: Oqtay Zülfüqarov
Səs operatoru: Ələkbər Həsənzadə

2022-ci ildə Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel BirdPolşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə Azərbaycanın bu ilk uşaq animasiya filmini müasir üsullarla restavrasiya edib. Bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci Animafilm Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb. Bərpa edilmiş versiya 4 dekabr 2022-ci ildə “Azərbaycanfilm” kinostudiyasının yutub kanalında da yayımlanıb.[1]

  1. 1 2 3 "Bərpa edilmiş Azərbaycanın ilk animasiya filmi beynəlxalq festivalların diqqət mərkəzində". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-05. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Azərbaycan animasiya filmləri Özbəkistanda - FOTO". Sputnik Azərbaycan (az.). 20220420T1539+0400. İstifadə tarixi: 2024-07-10.
  3. "Azərbaycan animasiya filmləri Özbəkistanda təqdim olunacaq". Azərtac.
  4. "Özbəkistanda keçirilən birinci Daşkənd Beynəlxalq Animasiya Forumu başa çatıb". anima.az (az.). 2022-07-17. İstifadə tarixi: 2024-07-10.
  5. "Animasiyanın inkişafına verdiyi töhfəyə görə". medeniyyet.az (ingilis). İstifadə tarixi: 2024-07-10.
  • "Ədəbiyyat və incəsənət" qəzeti. 20 may 1967-ci il.
  • "Ədəbiyyat və incəsənət" qəzeti. 6 iyun 1970-ci il.
  • "Ədəbiyyat və incəsənət" qəzeti. 13 yanvar 1973-cü il.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • “Həccə gedən tülkü ilə Cırtdanın yaradıcısı” [Onun ən böyük arzusu balacaları sevindirmək idi] //7 gün.- 2001.
  • "Cizgi filmi — "Cırtdan" (1969)". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 166-169.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
  • Jirtdan (1969)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]