Cəbi Bəhramov

Cəbi Əmirvar oğlu Bəhramov (16 iyul 1959, Qafan) — tarix üzrə fəlsəfə doktoru, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri [1], Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimi.

Cəbi Bəhramov
Doğum tarixi 16 iyul 1959(1959-07-16) (65 yaş)
Doğum yeri
Elmi dərəcəsi
  • tarix üzrə fəlsəfə doktoru[d]
İş yerləri
Təhsili
  • Özbəkistan Milli Universiteti[d] (19771982)
Üzvlüyü

Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur.[2] 1966–1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S. Vurğun adına orta məktəbdə təhsil alıb.

1977-ci ildə Ümummilli lider H. Ə. Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə № 33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1984-cü ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1982–1987-ci illərdə İnstitutda baş laborant, 1998–2000-ci illərdə kiçik elmi işçi, 2000–2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır.

2003–2010-cu illərdə ictimai əsaslarla İnstitutun "Azərbaycan Respublikası tarixi" şöbəsinə rəhbərlik etmişdir.

1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990–1993-cü illərdə ATU və Aİ və MU-də "Azərbaycan tarixi" fənnindən mühazirələr oxuyub.

2009-cu ildə Qərbi Kaspi Universitetinin Elmi Şurasının qərarı ilə ona fəxri professor elmi adı verilmişdir. Hazırda Qərb Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimidir. İndiyə qədər 44 elmi əsərin o cümlədən "Azərbaycan tarixi" (VII cild. Bakı, 2003), "Исторические факты о деяниях армян на азербайджанской земле" (rus və ingilis lillərində), "Azərbaycan" adlı Azərbaycan MEA Milli Ensiklopediyasının nəşr etdiyi xüsusi cildin "Tarix" bölməsinin 1941–2007-ci illər dövrünü əhatə edən fəsillərin və 2010-cu ildə ARDNŞ-in sifarişi ilə nəşr olunan "Azərbaycan nefti" kitabının müəlliflərindəndir.

2010–2011-ci illərdə İsveçdə ingilis dilində Nobel qardaşlarının 1873–1920-ci illərdə Azərbaycan neft sənayesində göstərdikləri fəaliyyətlə bağlı 3, Argentinada isə ispan dilində Azərbaycan tarixinə dair 3 məqaləsi nəşr edilib.

"Aztelefilm" studiyasının çəkdiyi "Odlu məmləkət" (1998), Lider TV-nin çəkdiyi "Dəmir atlı cəngavər" (2003), İTV-nin çəkdiyi "Fətəli Xan Xoyski" (2005), Space TV-nin çəkdiyi "Azərbaycan neftinin tarixi" (rejissor Vaqif Mustafayev, 2010, 4 seriyalı) adlı sənədli filmlərin çəkilib hazırlanmasında bilavasitə iştirak edib.

2007–2009-cu illərdə Türkiyə Cümhuriyyəti, QazaxıstanUkrayna Respublikalarında keçirilən beynəlxalq elmi konfrans, sessiya və simpoziumlarda iştirak edib.

Xarici ölkələrdə ondan artıq elmi məqaləsi çap olunmuşdur.

Hazırda, "Azərbaycanın Xəzər nefti XX əsrin II yarısı – XXI əsrin əvvəlində" adlı doktorluq dissertasiyası üzərində apardığı işi başa çatdırıb.

Ailəlidir. İki övladı var.

  1. Azərbaycan generalları 1941–1945-ci illər müharibəsi illərində. Bakı, Elm, 2008.
  2. Azərbaycan nefti. Bakı, 2010, 352 səh. (Azərbaycan və ingilis dillərində)
  3. Bakı nefti və Nobellər. Bakı, 2009, 188 s. (Azərbaycan və ingilis dillərində).
  4. Generalı xatırlayarkən. Akim Abbasov 100. Bakı. Elm, 2011.
  5. Heydər Əliyev. I cild. Bakı 2013, səh. 114–132 (həmmüəllif).
  6. Heydər Əliyev. II cild. Bakı 2013, səh.72; 83–100; 119–135; 299–311 (həmmüəllif).
  7. Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bakı, 2013, səh. (həmmüəllif)
  8. Gubadly the ancient Azerbaijani land Zangazurs gateway. Baku, Turxan, 2013 (həmmüəllif).
  9. Губадлы. Ворота древней Азербайджанской земли Зангезура. Баку, Турхан, 2013 (həmmüəllif)
  1. Azərbaycanın dəniz neft sənayesinin yaranması və inkişafı tarixindən (1949–1958-ci illər) // Тезисы научной конференции молодых ученых Института истории АН Азербайджанской ССР и исторического факультета АГУ им. С.М.Кирова, посвященной 65-летию образования ВЛКСМ. Bakı, Elm, 1987, s. 35.
  2. Борьба рабочих Азербайджана за создание и развитие морской нефтедобывающей промышленности // Материалы научной конференции посвященной 70-летию Великой Октябрьской Социалистической революции. Баку, Элм, 1987, с. 112–116.
  3. Azərbaycan dəniz neft mədənlərinin fəhlələrinin sosializm yarışı (1949–1958-ci illər) // Материалы научной конференции, посвященной 70-летию Великой Октябрьской Социалистической революции. Bakı, Elm, 1988, s. 31.
  4. Сотрудничество работников науки и производства в освоении морских нефтяных месторождений (1949–1960 гг.) // Труды научной конференции, посвященной дню восстановления Азербайджанской государственности. Баку, Элм, 1991, с. 173–175.
  5. Из истории создания морской нефтяной промышленности в Азербайджане и за рубежом // Azərbaycan tarixinin problemləri. Məqalələr toplusu. Bakı, Elm, 1993, s. 274–279.
  6. Xəzər, neft və onların Azərbaycanın siyasi tarixində rolu (Azərbaycan, rus və ingilis dillərində) // Azərbaycan neft sənayesinin tarixinə dair I Beynəlxalq konfrans, Bakı, 7 iyun 1996. ABŞ, 1997, s. 68–75.
  7. Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranmasının naməlum səhifələri // Tarix və onun problemləri, 1998, № 1 (3), s.111–118.
  8. Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər) // Tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. Bakı, 1999.
  9. Жизнь, посвященная Родине // "Azərbaycan dünyası" jurnalı, Bakı, 2007, № 82, s. 34–35.
  10. Каспийская нефть-основа экономического развития и региональной безопасности на Кавказе (история и современность) // Yeni Geostrateji Münasibətlərdə Cənubi Qafqaz Regionun yeri. Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 80 illik yubileyinə həsr olunur. İşçi Materiallar. Bakı, 2003, s.100–105.
  11. Azərbaycan tarixi. VII cild: Bakı, 2003. ̶ I bölmə, Azərbaycan İkinci dünya müharibəsi dövründə. I fəsil, Böyük Vətən müharibəsinin başlanması. Azərbaycan SSR-də hərbi, iqtisadi və mənəvi səfərbərlik. s.11–17; ̶ II bölmə, Azərbaycan SSR dinc quruculuq dövründə və müstəqillik ərəfəsində. I fəsil, Respublikanın sosial –iqtisadi inkişafı (1946–1960-cı illər), s.103–133, ̶ II fəsil, İctimai-siyasi həyat (1945–1960-cı illəri). s.142–146, 152.
  12. Неизвестные страницы истории Азербайджанской нефтедобывающей промышленности // Исторические факты о деяниях армян на азербайджанской земле. Баку. Elm, 2003, с. 171–183.
  13. Obscure pages of Azerbaijan oilextracting industru // Historical facts of Armenians actions in Azerbaijan land. Baku, Elm. 2003, с.334–346.
  14. Azərbaycan Xəzər nefti XX əsrin II yarısı XXI əsrin əvvəlində. Bakı, 2008.
  15. Azərbaycan SSR İkinci dünya müharibəsi illərində. Azərbaycan SSR müharibə edən dövlətlərin planlarında // Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı, 2007. s.308–318.
  16. Müstəqil Azərbaycan Respublikası // Azərbaycan Milli Ensiklopediyası. Azərbaycan. Bakı, 2007. s. 325–338.
  17. Jnexcusable Bitter Reusults of a Politikal Error // Azerbaijan of Azerbaijanis. 2008. № 5–8, s. 30–35.
  18. Buraxılmış bir siyasi səhvin bağışlanılmaz acı nəticələri // "Elm" qəzeti. 19 sentyabr, 2008, 31–32.
  19. Saxtakarlıq və böhtanla doğru-düzgün tarix yazmaq olmaz // "Xalq qəzeti". 2006, 7 fevral.
  20. Человек века // http://Etnoglobus[ölü keçid] com/indeks.php?page=full-id=248
  21. Федерализация новая болезнь Кавказа // http://Etnoglobus[ölü keçid] com/indeks.php?page=full-id=178
  22. Вклад азербайджанского народа в победу под Сталинградом // Сталинградская энциклопедия. Волгоград. 2008 г.
  23. Уметь возвращаться к истокам // "Бакинский рабочий" 4 декабря 2003 г.
  24. Возмездие необратимо. Геноцид, совершенный в Ходжалы, как и любое преступление против человечности, срока давности не имеет // "Азербайджанское известие", 2005, 26 февраля, № 37.
  25. Azərbaycan xalqına qarşı soyqırımı siyasəti // "Naxçıvan" qəzeti, 2005,11 mart № 10.
  26. Somenotes on history against Azerbaijani people // Azerbaijan & Azerbaijanis. Baku 2005. № 1–6, S. 9–15.
  27. О чём говорится в справке прокурора Эчмиадзинского Синода А.Френкеля от 1907 года святейшему Синоду русской православной церкви для передачи царю Николаю II // Азербайджан и азербайджанцы. Баку, 2005, № 1–6. с. 128–133.
  28. With what deals reference compiled in 1907 by Echmiadzin Synod Prosecutor A. Frenkel, addressed to Russian Orthodox Church Saint Syunod For submitting to Nikolai the second // Azerbaijan’s & Azerbaijanis’. Баку, 2005, № 1–6. s. 137–141.
  29. Азербайджан (исторический очерк) // Большая Российская энциклопедия. Москва, 2006, с. 260–262 (в соавторстве).
  30. Heçdir vətənsiz can, Azərbaycan! Bakı, 2003, (qısa tarixi oçerk), s.4–11.
  31. "Любовь" южнокавказского форпоста России к талышскому народу
  32. Россия продолжает аннексию Кавказа, 2008 г.
  33. Azərbaycanlıların öz tarixi etnik torpaqlardan deportasiya olunmaları, etnik təmizləmə və soyqırıma məruz qalmaları haqqında qısa tarixi arayış // "Zəngəzurun səsi" qəzeti, № 15–16 (52–53). 15–21 oktyabr, 2008.
  34. Qanlı deportasiya: tarixin üz yarası // "Bütöv Azərbaycan" qəzeti, s.6–7, 11 oktyabr, № 2, 2008.
  35. Человек века, 2009 г.
  36. Heydər Əliyevin Neft Strategiyası və Azərbaycan Respublikanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi // "Heydər Əliyev və Azərbaycan" kitabı. Bakı, 2008, s.608–615.
  37. Вклад азербайджанского народа в победу под Сталинградом // "Elm", dekabr 2009.
  38. Azərbaycan oğulları Qafqaz uğrunda döyüşlərdə: general-mayor A. Ə. Abbaso // "Elm", aprel 2010.
  39. Azərbaycan torpağında dünyaya göz açmış cəsur kəşfiyyatçı: Rixard Zorqe // "Elm", fevral 2010.
  40. Batı Azerbaycan topraklarında Ermenistan devletinin kurulması ve bölgesel sonuçları // Bağımsız Azerbaycan (1918–20). İstanbul, 2010, s. 193–202.
  41. Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası və Şamaxı rayonu // AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun əsərləri, № 28, s. 193–200.
  42. Azərbaycanın Gədəbəy rayonu XX əsrin II yarısı XXI əsrin əvvəlində (1941–2009). AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun əsərləri, № 29, s. 118–138.
  1. "Bəhramov Cəbi Əmirvar oğlu". 2017-08-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24. (#redundant_parameters); (#redundant_parameters)
  2. Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 157. ISBN 978-9952-553-66-6.