Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi.
Cəlal Məmmədov | |
---|---|
30 aprel 1975 – 4 fevral 1983 | |
Sədr | Marat Allahverdiyev Nazim İbrahimov |
1966 – 1975 | |
Əvvəlki | Qılman Musayev |
Sonrakı | İsmayıl Şıxlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 dekabr 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 4 fevral 1983 (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | İkinci Fəxri xiyaban |
Fəaliyyəti | yazıçı, tərcüməçi, bürokrat |
Atası | Mirzə Cabbar Məmmədzadə |
|
|
Təltifləri |
Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dili mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi.[1]
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də ədəbiyyata meyil etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.[2]
Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etmişdir.[1]