Cəlal Mirzəyev (tam adı: Cəlal Sabir oğlu Mirzəyev; 17 oktyabr 1977, Masallı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.
Cəlal Mirzəyev | |
---|---|
Cəlal Sabir oğlu Mirzəyev | |
27 sentyabr 2019 – indiyə kimi | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Tamerlan Qarayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Masallı, Azərbaycan SSR, SSRİ |
Partiya | bitərəf |
Təhsili | Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi |
Fəaliyyəti | diplomatiya |
Atası | Sabir Mirzəyev |
Uşağı | 3 övlad |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq |
Tanınır | diplomat |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1999-cu ildə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsində referent vəzifəsində işə başlamışdır.[1]
2001–2003-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib vəzifələrində, 2003–2005-ci illərdə ölkəmizin Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib, 2005–2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci Qərb Ərazi İdarəsində birinci katib vəzifəsində çalışıb.[1]
2007–2009-cu ildə Azərbaycanın Malayziyadakı Səfirliyində birinci katib, 2009–2011-ci illərdə AR XİN Avropa İdarəsində (Böyük Britaniya və Skandinaviya ölkələri) şöbə müdiri, 2011–2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015–2017-ci illərdə AR XİN-də Amerika İdarəsinin rəis müavini, 2017–2019-cu il sentyabrın 27-nə qədər Azərbaycanın Niderlandda, habelə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.[1][2]
27 sentyabr 2019-cu ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[1][3][4]
Xarici dil bilikləri ingilis, fransız və rus dilləridir.[1]