Azərbaycan–İndoneziya münasibətləri — Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-İndoneziya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 24-də qurulmuşdur.[1]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.[2] Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Kərim Kərimov olmuşdur.[3] 4 mart 2016-cı il tarixindən Bəxtiyar Əliyev işçi qrupunun rəhbəridir.[2]
28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan dövləti humanitar məqsədlə İndoneziyaya 50 min ABŞ dolları məbləğində yardım edib.[4]
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |