Cəmşidpur

Cəmşidpur, TatanaqarHindistanın şimalında Charkhand ştatında şəhər.[1]

şəhər
Cəmşidpur
ing. Jamshedpur
[[File:|frameless|274x400px]]
22°48′00″ şm. e. 86°11′00″ ş. u.
Ölkə  Hindistan
Tabesində Charkhand ştatı
Region Şərqi Sinqhbhum
Tarixi və coğrafiyası
Əsası qoyulub 1919
Sahəsi 209 km²
Mərkəzin hündürlüyü 159 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.558.000 nəf. (2019)
Sıxlığı 6,400 nəf./km²
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +91 657
Poçt indeksi 831001
Nəqliyyat kodları JH 05,
Digər
jamshedpur.nic.in
Xəritəni göstər/gizlə
Cəmşidpur xəritədə
Cəmşidpur
Cəmşidpur
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisi 1,3 milyon (2011) nəfərdir.[1]

Çhota-Naqpur yastıdağlığının cənub şərqində, Suvarnarekha çayı sahilindədir. Nəqliyyat qovşağı.[1]

20-ci əsrin əvvəllərində sənayeçi Cəmşidci Tata tərəfindən salınmış və onun şərəfinə adlandırılmışdır. Dəmir filizləri, manqandaş kömürün yerli yataqları əsasında metallurqiya mərkəzi kimi inkişaf etmişdir.[1]

Keenan stadionu

Hindistan Milli metallurgiya laboratoriyası, Milli Texnologiya İnstitutu (1960), biznes-məktəb (ölkənin ən yaxşı mək təblərindən biri), kolleclər (o cümlədən tibb) var.[1]

Cəmşidpur ağır sənaye mərkəzidir: nəqliyyat və kənd təsərrüfatı maşınqayırması müəssisələri fəaliyyət göstərir; energetika avadanlığı, elektrotexnika məmulatları və s. istehsal olunur. Kimya, sement sənayesi, polad borular istehsalı inkişaf etmişdir. Cəmşidpur ölkənin inkişaf etmiş infrastruktura malik, ən yaxşı planlaşdırılmış və yaşıllaşdırılmış şəhərlərindən biridir.[1]  

Qolmuri qolf kursu
  1. 1 2 3 4 5 6 Cəmşidpur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 278. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]