Cəbəlpur — Hindistanın mərkəzi hissəsində, Madhya-Pradeş ştatında şəhər.[1]
metropolis | |
Cəbəlpur | |
---|---|
ing. Cəbəlpur | |
23°10′ şm. e. 79°56′ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Tabesində | Madhya-Pradeş ştatı |
Tarixi və coğrafiyası | |
Sahəsi | 374 km² |
Mərkəzin hündürlüyü | 412 m |
Əhalisi | |
Əhalisi | 1,081,677 nəfər (2011) |
Sıxlığı | 478 nəf./km² |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91-761 |
Poçt indeksi | 482001 to 482011 |
Digər | |
jabalpur.nic.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 1,05 mln. (2011; aqlomerasiyada 1,27 mln) nəfərdir.[1]
Narmada çayı vadisində yerləşir. İri nəqliyyat qovşağıdır.[1]
9–10-cu əsrlərdə Tripura racəliyinin paytaxtı olmuşdur. 1781-ci ildən Cəbəlpurda marathaların mənzil-qərargahı, 1818-ci ildən Britaniyanın hərbi bazası, Sauqor və Narmada ərazilərindəki Britaniya canişininin mənzil-qərargahı yerləşirdi.[1]
1864-cü ildə şəhər statusunu almışdır. Rani Durqavati Universiteti (1836-cı ildə tarix kolleci kimi əsası qoyulmuş, 1957-ci ildən universitetdir; 1983-cü ildən indiki adını daşıyır), C.Nehru adına kənd təsərrüfatı universiteti (1964), mühəndislik, tibb, hüquq və s. kollecləri var. Ştatın Ali məhkəməsi, Tropik meşə ETİ burada yerləşir.[1]
Cəbəlpur sənaye-ticarət mərkəzidir. Döyüş sursatları (4 fabrik) istehsal olunur. Maşınqayırma (yük avtomobilləri, elektrotexnika məmulatları, telekommunikasiya avadanlığı və s.) və metal emalı inkişaf etmişdir; kimya (o cümlədən texniki rezin məmulatları), sement, şüşə, pambıq parça sənayesi müəssisələri fəaliyyət göstərir; saxsı, tikiş məmulatları və s. istehsal olunur. Oduncaq ticarəti aparılır. Kənd təsərrüfatı xammalı (buğda, çəltik, darı, manqo) emal edilir. Cəbəlpur yaxınlığında, şəhəri əhatə edən çox saylı təpələrin birində Madan-Mahal (12-ci əsr) qədim qond qəsri yerləşir. Şəhərətrafı mərmər dərələri və Bhedaqhat şəlaləsi var. Yaxınlığında boksit çıxarılır.[1]