Cəvzə

Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbaprəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza)[1]Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır.[2] Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var.

Rəbab
Hornbostel–Zaks təsnifatı 321.321-71
Əlaqəli alətlər Rübab
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alətin Bizans lirasıKrit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır.[3] Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniyaPortuqaliyada məşhurlaşmışdır.[4]

Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı). Ərəb dünyasında rəbab yerinə daha çox skripkakamançadan istifadə edilir. Alətin İraqda yayılmış variantı (cəvzə) dörd simlidir.

Rəbab ifa edən bir bədəvi (İkinci Dünya müharibəsi dövrü)

Rəbabdan yayıldığı mühitdən asılı olaraq müxtəlif musiqi ansambllarında və janrlarında istifadə edilir. Həmçinin, alət müxtəlif regionlarda müxtəlif şəkildə hazırlanır və ifa olunur. İranda hazırlanan rəbab viola da qamba kimi nəhəng olur. Qərbə getdikcə rəbab daha kiçik və yüksək tembrli olur. Alətin bədəni Yavada olduğu kimi mürəkkəb və ya Misirdə olduğu kimi sadə ola bilər.

Rəbab bədəvi musiqisinin və ənənəvi İraq musiqisinin ayrılmaz bir parçasıdır. İranAzərbaycan musiqi aləti olan kamança da struktur və formasına görə rəbaba çox oxşayır. Regionun tanınmış rəbabçalanları arasında Həsən Əğzar Çənani, Əziz Həravi, Məhəmməd Ömər, Hümayun SaxiDavudxan Sədozay var.

Mərkəzi, Şimali və Şərqi Asiya

[redaktə | mənbəni redaktə et]
Kancen Paneran Haryo Notoporoco — məşhur İndoneziya rəbabçalanı.

Rəbabın iti çıxıntısı olan variasiyaları çoxlu Asiya xalqları tərəfindən istifadə olunur. Bunlara Çinin huçin, Monqolustanın xuçirmorinxur, Koreyanın hegum, Qazaxıstanın qobız, Qırğızıstanın qılqıyaq, Tuvanın bızançı, Yaponiyanın kokyu və digərləri aiddir. Bu musiqi alətləri ilə adətən ənənəvi xalq melodiyaları ifa olunur, fəqət son illərdə klassik, cazrok musiqilərində də ifa olunur.[5]

Cənub-şərqi Asiya

[redaktə | mənbəni redaktə et]

Rəbab İndoneziyanın qamelan ənənəvi musiqi ansamblında mühüm rol oynayır. Hər ansamblda iki fərqli alət olur – peloqslendro. Onlardan heç vaxt bir yerdə istifadə olunmur.[6] Ansamblda rəbabdan istifadədə məhdudiyyət yoxdur və istənilən zaman ifa oluna bilər. Rəbab ansamblın parçası olanda adətən buka hissəsində istifadə olunur.[7]

  1. [1] Arxiv surəti 1 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib dekabr 1, 2008, at the Wayback Machine
  2. "Arxivlənmiş surət". 2013-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  3. "rabab (musical instrument) - Encyclopædia Britannica". Britannica.com. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2018.
  4. Sachs, Curt. The History of Musical Instruments. New York: W. W. Norton & Company. 1940. 151-153.
  5. "Erhu - Chinese violin / fiddle with two strings - and Erhu music (audio & video demo)". Philmultic.com. 2014-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.
  6. Lindzi, Cennefer. Javanese Gamelan. 1992. 30–31. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01. ISBN 0-19-588582-1
  7. Sorrell, Nil. A Guide to the Gamelan. London: Faber and Faber. 1990. 97–98.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]