COPUOS

  Hal-hazırkı komitə üzvləri (2017)
  üzvlük üçün müraciət edənlər (2017)

Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsi (ing. United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)), 1959-cu ildə (Sputnikin buraxılmasından qısa müddət sonra) Birləşmiş Millətlər Təşkilatının 1472 (XIV) saylı qətnaməsi ilə Ad hoc komitə kimi yaradılmış və 1962-ci ildə daimi komitəyə çevrilmiş katibliyini Birləşmiş Millətlər Təşkilatının Kosmik İşlər Bürosunun etdiyi komitədir. Komitə, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatları kimi beynəlxalq bir müqavilə ilə müstəqil bir beynəlxalq təşkilat olaraq deyil, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin bir institutu olaraq yaradılmışdır.[1] Komitənin 2016-cı il tarixində 83 üzvü olmuşdur.[2]

COPUOS-un missiyası “kosmosun dinc istifadəsində beynəlxalq əməkdaşlığın əhatə dairəsini öyrənmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında bu sahədəki proqramları planlaşdırmaq, kosmos haqqında davamlı tədqiqatları və məlumatların yayılmasını təşviq etmək və kosmosun kəşfindən yaranan hüquqi problemləri öyrənmək” kimi müəyyənləşdirilmişdir.

Komitənin üzv ölkələri (fevral 2021)

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin kosmosa dair 18 dekabr 1958-ci il tarixli və 1348 (XIII) saylı ilk qətnaməsində kosmosun dinc məqsədlər üçün istifadəsinin vacibliyi vurğulanmış və bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının Kosmik Məkanın Sülh Məqsədlərilə İstifadəsi Komitəsinin yaradılmasına qərar verilmişdir. Bu komitə 1959-cu ildə fəaliyyətə başlamışdır. 1962-ci ildə “hüquq alt komitəsi”“elm və texnologiya alt komitəsi” adlı iki alt komitəyə ayrılmışdır. Komitə, kosmosla əlaqəli hüquqi və texniki məsələlərin Birləşmiş Millətlər Təşkilatı qarşısında müzakirə edilərək qərar veriləcəyi ilk platforma olaraq yaradılmışdır.

Müqavilələr və konvensiyalar

[redaktə | mənbəni redaktə et]

COPUOS, BMT-nin beş müqaviləkonvensiyasına nəzarət etməkdən məsuldur:

  • Xarici Kosmik Müqavilə, Ay və digər göy cisimləri daxil olmaqla, kosmosun tədqiqi və istifadəsində dövlətlərin fəaliyyətini tənzimləyən prinsiplər haqqında müqavilə
  • Xilasetmə Sazişi, astronavtların xilas edilməsi və kosmosa buraxılmış astronavtların və nəqliyyat vasitələrinin qaytarılması müqaviləsi
  • Kosmik Məsuliyyət Konvensiyası, Kosmik obyektlərin vurduğu ziyana görə beynəlxalq məsuliyyət haqqında Konvensiya
  • Razılaşma Müqaviləsi, Atmosfer xarici kosmosa göndərilən obyektlərin qeydiyyatı üçün müqavilə
  • Ay razılaşması, dövlətlərin Aydakı və digər göy cisimlərindəki fəaliyyətlərini tənzimləyən müqavilə
  1. Sergio Marchisio, "The Evolutionary Stages ofthe Legal Subcommittee of the United Nations Committee on Peaceful Uses of Outer Space", Journal of Space Law, Vol.31, 2005, sf.220-221
  2. "Arxivlənmiş surət". 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.