Cahanbəxt Tofiq (az.-əski. جهانبخت توفیق ing. Jahanbakht Tofigh d. 9.2.1931, Sərab), ö. 28.4.1970 — azərbaycanlı məşhur sərbəst güləşçi. İranın dünya üzrə güləş çempionatlarında ilk qızıl medalını qazanmışdır.[1]
Cahanbəxt Tofiq | ||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
az.-əski. جهانبخت توفیق | ||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||
Vətəndaşlığı | İran | |||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||
Doğum yeri | Sərab Şərqi Azərbaycan ostanı | |||||||||||||||||||
Vəfat tarixi | (39 yaşında) | |||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||
Çəkisi | 67 kq. | |||||||||||||||||||
İdman növü | Sərbəst güləş | |||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1931-ci ilin fevral ayının 9-da Şərqi Azərbaycan ostanının Sərab şəhərində anadan olmuşdur.
Cahanbəxt Tofiqin qaraciyərində irsi xəstəlik olmuşdur. Bu xəstəlikdən anasını və qardaşını itirən Cahanbəxtin özü də 1970-ci ildə, cəmi 39 yaşında müalicə aldığı London şəhərində vəfat etmişdir.
Zahirəddövlə məzarlığında dəfn edilmişdir.
1954-cü ildə Tokio şəhərində keçirilən Dünya Güləş Çempionatında qızıl medal qazanmışdır. Bu qızıl medal İranın güləş üzrə dünya çempionatlarından qazandığı ilk qızıl medaldır. Cahanbəxt Tofiq həmçinin, 1952-ci ildə Helsinki şəhərində keçirilən Olimpiya oyunlarında bürünc medal qazanmışdır.[2] 1958-ci ildə Tokio şəhərində keçirilən Asiya oyunlarında gümüş medal qazanmışdır.
Cahanbəxt dəfələrlə güləş üzrə İran çempionu olmuşdur.