Oyan Nəzəriani (az.-əski. اویان نظریانی ing. Oyan Nazariani; 5 avqust 1994, Urmiya) — Urmiyada doğulmuş azərbaycanlı çimərlik güləşi və yunan-roma güləşçisi. 2014-cü ildən etibarən güləş üzrə Azərbaycan yığma komandasında çıxış edir. 2016-cı ildə Bakıda keçirilən beynəlxalq "Qızıl Qran-Pri" turnirində qızıl, 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb[1]. Beşqat respublika çempionudur. 2019-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş Çimərlik güləşi üzrə Dünya Çempionatında qızıl medala layiq görülüb. 2020-ci ildən etibarən Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisidir.[2]
Oyan Nəzəriani | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Oyan Əbdülhəmid oğlu Nəzəriani | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 avqust 1994 (30 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 185 sm. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 130 kq. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü |
Sərbəst güləş Yunan-Roma güləşi Çimərlik güləşi |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
Oyan Nəzəriani 1994-cü ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. Orta məktəbi Urmiyada bitirdikdən sonra Mahabad Azad Universitetinin hüquq fakültəsində təhsil alıb.
2003-cü ildən etibarən güləşlə məşğul olmağa başlayıb. 2011-ci ildə gənclər arasında keçirilən İran çempionatında üçüncü yeri tutub. Bundan sonra İran güləş yığmasına dəvət olunub. 2013-cü ildə İran yığmasının tərkibində Türkiyənin Kahramanmaraş şəhərində keçirilən Qurtuluş turnirində bürünc medal qazanıb. 2014-cü ildə Azərbaycana köçərək turnirlərdə Azərbaycanı təmsil etməyə başlayır[3]. 2014-cü ildə Azərbaycanda gənclər arasında keçirilən respublika çempionatında qızıl medal, "AGF Kuboku" uğrunda beynəlxalq turnirdə gümüş medal[4], "Naxçıvan Kuboku" uğrunda beynəlxalq turnirdə qızıl medal[5], Dağıstanda keçirilən beynəlxalq turnirdə isə gümüş medal qazanıb. Sonradan elə həmin ildə Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatında[6] və Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə Dünya çempionatında çıxış edib[7]. 2015-ci ildə Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatında iştirak etmiş[8], Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə Avropa Millətlər Kuboku turnirində gümüş medal[9], Azərbaycan çempionatında isə qızıl medal almışdır[10]. 2016-cı ildə Avropa Millətlər Kubokunda üçüncü[11], "Qızıl Qran Pri" beynəlxalq turnirində isə birinci yerə çıxıb[12][13]. 2017-ci ildə İranın Abadan şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kubokunda gümüş medal qazanıb[1]. 2015[10], 2016, 2017 və 2018-ci illərdə 130 kq çəkidə Azərbaycan çempionu olub. 2019-cu ilin fevral ayında Türkiyənin İstanbul şəhərində keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində ikinci yerə çıxaraq gümüş medal alıb[14][15]. 2019-cu ilin sentyabr ayında Oyan Nəzəriani Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində çempion olaraq dünya çempionluğu kubokuna sahib çıxıb.[16][17]
21 sentyabr 2020-ci il tarixində Çimərlik güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin edilib.[2] 11 sentyabr 2021-ci ildə Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər[18]. Onlar ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar[19]. Azərbaycan yığması bu yarışda yeniyetmələr arasında komanda hesabında üçüncü yerə yüksəlib.
2021-ci il sentyabrın 26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə yeniyetmələrin və gənclərin dünya çempionatı keçirilib. Çempionatda Oyan Nəzərianinin rəhbərliyi ilə Azərbaycanı təmsil edən 4 idmançının hər biri müxtəlif medallarla təltif ediliblər. Onlar ümumilikdə 2 qızıl, 2 gümüş medal qazanıblar[20]. Yeniyetmələr arasında komanda hesabında isə üçüncü yerə layiq görülüblər[21].
2021-ci il sentyabrın 25–26-da Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə böyüklər arasında dünya çempionatında Oyan Nəzəriani və İbrahim Yusubov hər biri gümüş medal qazanıblar[22].
Yarış | AZE | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2014 | 2015 | 2016 | 2017 | 2018 | 2019 | 2021 | ||||||
Dünya Kuboku | 6 | 2[1] | ||||||||||
Avropa Millətlər Kuboku | 2[9] | 3[11] | ||||||||||
"Qızıl Qran-Pri" turniri | 1[13] | |||||||||||
Çimərlik güləşi üzrə dünya çempionatı | 1 | 2 | ||||||||||
U-23 Dünya çempionatı | 8[23] | |||||||||||
U-23 Avropa çempionatı | 7[24] | 10[25] | 12[26] | |||||||||
Gənclərin Dünya Çempionatı | 8[7] | |||||||||||
Gənclərin Avropa Çempionatı | 5[6] | |||||||||||
Vehbi Əmrə və Hamit Kaplan xatirə turniri | 2 | |||||||||||
Azərbaycan çempionatı | 3 | 1[10] | 1 | 1 | 1 | 1 | ||||||
AGF Kuboku | 2[4] | |||||||||||
Naxçıvan Kuboku | 1[5] |