Cahangir Məmməd oğlu Qurbanov (23 sentyabr 1994, Borsunlu, Goranboy rayonu – 27 sentyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.
Cahangir Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1994 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 2020 (26 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | subay |
Atası | Məmməd Qurbanov |
Anası | Elminaz Qurbanov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Talış döyüşləri |
Təltifləri |
Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy Rayonunun Borsunlu kəndində anadan olub.
Cahangir Qurbanov 2001-ci ildə Goranboy Rayon Borsunlu kənd T.Əliquluoğlu adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur.
2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
Subay idi.
Atası – Məmməd Qurbanov.
Anası – Elminaz Qurbanova.
Qardaşları – Yunis Qurbanov, Samir Qurbanov.
Əmiləri – Raqif Qurbanov və Ələkbər Qurbanov I Qarabağ müharibəsində döyüşmüşlər.
2012-ci ildə müddətli hərbi xidmətə yollanıb.Gədəbəy rayonunun N saylı hərbi hissəsində xidmət etmişdir.2016-ci ildən yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır. Xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Cahangir Qurbanov 2020-ci il Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xidmətləri olmuşdur. Cahangir Qurbanov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub.
Sentyabrın 29-da Goranboy Rayon Borsunlu kənd Qəbiristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.