Canet Li (ing. Janet Leigh, doğ. Cinett Helen Morrison (ing. Jeanette Helen Morrison); 6 iyul 1927[1][2][…], Mersed, Kaliforniya – 3 oktyabr 2004[3][1][…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktrisası, müğənni, "Oskar" mükafatı namizədi və Qızıl qlobus mükafatı laureatı. Daha çox Alfred Hiçkokun "Psixo" və Orson Uellsin "Şərin möhürü" filmlərindən tanınır.
Canet Li | |
---|---|
ing. Janet Leigh | |
Doğum adı | Jeanette Helen Morrison |
Doğum tarixi | 6 iyul 1927[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 2004[3][1][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Fəaliyyəti | xarakter aktrisası[d], teatr aktrisası, televiziya aktrisası, kino aktrisası, aktrisa, yazıçı |
Fəaliyyət illəri | 1947-ci ildən |
Boyu | 166 sm |
Mükafatları | |
IMDb | ID0001463 |
Vikianbarda əlaqəli mediafayllar |
Canet Li 6 iyul 1927-ci ildə anadan olmuşdur. Onun kino fəaliyyəti Norma Şirerin sayəsində uğurla başlamışdır. Yeni başlayan aktrisada böyük istedadın olduğunu görən Şirer 1940-cı illərin axırında onun "Metro-Goldwyn-Mayer" kino şirkəti ilə müqavilə bağlamasına səbəb olur. Sonrakı onilliklərdə o, bir çox məşhur filmlərdə görünməyə başladı. Onların bəzilərində Li öz həyat yoldaşı aktyor Toni Körtislə birlikdə çəkilmişdi. Toni Körtis və Canet Linin nikahından 2 qız — Kelli və Ceymi bacıları dünyaya gəlmiş[7] və sonrakı talelərini onlar da aktyorluq sənəti ilə bağlamışdılar.
1950-ci illərin axırlarında o, "Şərin möhürü" (1958) və "Vikinqlər" (1959) filmlərində çəkilmişdir, lakin ona dünya şöhrətini Alfred Hiçkokun "Psixo" (1960) filmində ifa etdiyi Merion Kreyn rolu gətirmişdir. Bu roluna görə Li "Qızıl qlobus" mükafatını qazanmış və "Oskar"a namizəd olmuşdur. Merion Kreyn roluna görə Canet Liyə öz vətənində "Xanım qışqırıq" ləqəbini vermişdilər. Maraqlıdır ki, həmin səhnənin çəkilişindən sonra aktrisa yaşadığı əsəb sarsıntısına görə, uzun illər duşdan uzaq qalmağa çalışıb.[8]
Canet Li 1960-cı illərin ortalarından, demək olar ki, ekranlarda görünmədi. Yalnız "Duman" (1980) və "Hellovin: 20 ildən sonra" (1998) filmlərində öz qızı Ceymi Li Körtislə birlikdə çəkilmişdir.
Canet Li 3 oktyabr 2004-cü ildə ürək tutmasından 77 yaşında dünyasını dəyişmişdir.
Canet Li 8 fevral 1960-cı ildən etibarən Hollivud "Şöhrət Xiyabanı"nda ulduza malikdir.[9]
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1947 | Rozi Ricin romansı | ing. The Romance of Rosy Ridge | Lissi Enn Makbin |
1947 | Qış gəlsə | ing. If Winter Comes | Effi Brayt |
1948 | Doğma təpələr | ing. Hills of Home | Margit Mitçell |
1948 | Sözlər və musiqi | ing. Words and Music | Doroti Feyner Rocers |
1949 | Qaçaqmalçı necə sərhədi keçdi? | ing. How to Smuggle a Hernia Across the Border | |
1949 | Zorakılıq aktı | ing. Act of Violence | Edit İnli |
1949 | Kiçik qadınlar | ing. Little Women | Meq |
1949 | Qırmızı Dunay | ing. The Red Danube | Mariya Bulen |
1949 | Həkim və qız | ing. The Doctor and the Girl | Evelin Heldon |
1949 | Forsayt adlı qadın | ing. That Forsyte Woman | Cun Forsayt |
1949 | Bayram məsələsi | ing. Holiday Affair | Konni Ennis |
1951 | Ciddi eyib | ing. Strictly Dishonorable | İzabel Perri |
1951 | Naməlum mələklər | ing. Angels in the Outfield | Cennifer Peyc |
1951 | Brodveyə iki bilet | ing. Two Tickets to Broadway | Nensi Peterson |
1951 | Bu böyük ölkədir | ing. It's a Big Country | Roza |
1952 | Məhz bu dəfə | ing. Just This Once | Lüsi Dunkan |
1952 | Skaramuş | ing. Scaramouche | Alin de Qavrillak de Burbon |
1952 | Qorxmaz Fəqan | ing. Fearless Fagan | Ebbi Eymes |
1953 | Çılpaq mahmız | ing. The Naked Spur | Lina Petç |
1953 | İnanılmış Konni | ing. Confidentially Connie | Konni Bedlo |
1953 | Hudini | ing. Houdini | Bess Hudini |
1953 | Uşağımı evə apararkən | ing. Walking My Baby Back Home | Kris Holl |
1954 | Şahzadə Veliant | ing. Prince Valiant | şahzadə Aleta |
1954 | Həyatı puç edərək | ing. Living It Up | Uolli Kuk |
1954 | Foluortun qara qalxanı | ing. The Black Shield of Falworth | xanım Anna |
1954 | Fırıldaqçı polis | ing. Rogue Cop | Karen Stefenson |
1955 | Pit Kellinin blüzü | ing. Pete Kelly's Blues | İvi Konrad |
1955 | Bacım Eylin | ing. My Sister Eileen | Eylin Şervud |
1956 | Safari | ing. Safari | Linda Letem |
1957 | Təyyarəçi | ing. Jet Pilot | Anna Marladovna Şennon |
1958 | Şərin möhürü | ing. Touch of Evil | Süzan Varqas |
1958 | Vikinqlər | ing. The Vikings | Morqana |
1958 | Əla ötürmə | ing. The Perfect Furlough | Viki Loren |
1960 | O qadın kim idi? | ing. Who Was That Lady? | Enn Vilson |
1960 | Psixo | ing. Psycho | Merion Kreyn |
1960 | Pepe | ing. Pepe | özü |
1962 | Mancur namizəd | ing. The Manchurian Candidate | Yuceni Rouz Çeyni |
1963 | Hələlik, quşcığaz | ing. Bye Bye Birdie | Rozi Deleon |
1963 | Arvadlar və sevgililər | ing. Wives and Lovers | Berti Ostin |
1966 | Kid Rodelo | ing. Kid Rodelo | Nora |
1966 | Harper | ing. Harper | Süzan Harper |
1966 | Üç nəfər divanda | ing. Three on a Couch | Elizabet Ekord |
1966 | Amerika arzusu | ing. An American Dream | Çerri Makmahon |
1967 | Yaşıl şlyapa üzərindəki casus | ing. The Spy in the Green Hat | miss Dayketon |
1967 | Qrand Slem | ing. Grand Slam | Meri Enn |
1969 | Hey, siz aşağıdasınız! | ing. Hello Down There | Vivien Miller |
1972 | Bir tənha rəqəmdir | ing. One Is a Lonely Number | Gert Meredit |
1972 | Dovşan bürcünün gecəsi | ing. Night of the Lepus | Cerri Bennett |
1979 | Piyada yolu | ing. Boardwalk | Florens Koen |
1980 | Duman | ing. The Fog | Keti Vilyams |
1985 | Corc Palın kino təxəyyülü dünyası | ing. The Fantasy Film Worlds of George Pal | |
1998 | Hellovin: 20 ildən sonra | ing. Halloween H20: 20 Years Later | Norma Uotson |
2005 | Velle Hayın pis qızları | ing. Bad Girls from Valley High | miss Uitt |