Cavanşir Hümmət oğlu Paşazadə (12 aprel 1953, Cil, Lənkəran rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[1], IV çağırış, V çağırış və VI çağırışların deputatı.
Cavanşir Paşazadə | |
---|---|
Vəzifədədir | |
2005-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 aprel 1953 (71 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
1953-cü il aprelin 12-də Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Fəlsəfə doktorudur. Rus, tacik və özbək dillərini bilir.
1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1976-cı illərdə Özbəkistanın Buxara şəhərində texnikumda təhsil almışdır. 1977-ci ildən Lənkəran Su Tikinti İdarəsində texnik, mühəndis, suvarma istehsalatında sahə ustası, sahə rəisi, tikinti trestində əmtəəşünas, usta işləmişdir. 1986-cı ildən Lənkəran Texniki Materiallar Bazasında mühəndis, neft məhsulları bazasında operator, paylayıcı briqadir, direktor müavini olmuşdur. 1992-ci ildən Lənkəran 3 saylı çay fabrikinin direktoru, 1998–2005-ci illərdə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvüdür. III–VI çağırış Milli Məclisin deputatı olmuşdur. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]