Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd.[1] Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir.
Cil | |
---|---|
38°51′00″ şm. e. 48°45′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin]
Əhalisi 2454 nəfərdir.[2]
Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır.[3] Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür.
Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur. Torpaq islahatına uyun olaraq aqrarislahat komissiyası yaradılmış (1997), sahələr əhaliyə paylanmışdır.[4]
Kənddə "Hüseyniyyə" məscidi dini icması fəaliyyət göstərir.[5]
Kənddə eyniadlı çay və göl vardır. Kənd ərazisindən axan Cil çayı mənbəyini Talış dağlarından götürür və Gamışovan mərdosuna tökülür. Hidronim "bataqlıq" mənasındadır. Gamışovan mərdosuna bitişik olan Cil gölü isə hazırda qurudulmuş və çay əkin sahəsinə çevrilmişdir.[3]