Cavid Osmanov (6 fevral 1975, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.
Cavid Osmanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Cavid Həmid oğlu Osmanov |
Doğum tarixi | 6 fevral 1975 (49 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Osmanov Cavid Həmid oğlu 6 fevral 1975-ci ildə Ağdaş şəhərində anadan olub. 1982-ci ildə Ağdaş şəhəri M. Qorki adına orta məktəbin birinci sinfinə daxil olub, 1992-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub, 2000-ci ildə həmin Akademiyanı bitirərək dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnmişdir. Evlidir. İki övladı var.
2001-ci ilin aprel ayından 2002-ci ilin iyul ayınadək Ağdaş rayon Gənclər, İdman və Turizm idarəsində baş inspektor, 2002-ci ilin iyul ayından 2005-ci ilin iyul ayınadək həmin idarənin rəisi vəzifəsində çalışmışdır.
2005-ci ilin dekabr ayından 2006-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi, 2006-cı ilin iyul ayından 2016-cı ilin iyul ayına kimi Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir.
18 iyun 2016-cı il tarixdə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən təkrar seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və deputat seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi təsdiqlənmişdir. Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin, Gürcüstan, Ukrayna, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya Parlamentlərarası dostluq qruplarının üzvüdür.[1] Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-ci ilin mart ayından 2022-ci ilin yanvar ayının 28-dək Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri olmuşdur. 7 iyul 2013-cü ildə keçirilən Yeni Azərbaycan Partiyasının V Qurultayında Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[2]