Centum və satem dilləri

Kentum (mavi) ve satem (qırmızı) dillərinin tarixi yayılması. Von Bradkenin fərziyyəsinə görə satemizasyanın mənşəyi daha tünd qırmızı rənglə göstərilmişdir (Sintaşta /Abaşevo/Srubna arxeoloji mədəniyyətləri), ancaq bu fərziyyə bir çox linqvistiklər tərəfindən qəbul edilmir.

Hind-Avropa ailəsinin dilləri yenidən qurulmuş proto-Hind-Avropa dilinin dilüstü samitlərinin (“K” və “G” tipli səslər) necə olduğuna görə ya sentum dillərinə (bəzən centum adlanır) və ya satem dillərinə bölünür. Bu fərqə misal olaraq proto-Hind-Avropa dillərindəki “100” sözünü göstərmək olar. Kentum dillərində adətən /k/ səsi ilə başlayan 100 (latınca centum /k/ ilə tələffüz olunur), satem dillərində adətən /s/ ilə başlayır (satem Avesta dilindən gəlir).

Centum-satem bölgüsü Hind-Avropa dillərinin sinxron təsvirində izoqloss təşkil edir. Bu gün proto-Hind-Avropa dilinin növbə ilə Kentum və satem dillərinə bölünməsi və bütün Kentum və Satem dillərinin bu iki dildən ayrılaraq şərq və qərb qollarına bölünməsi yerinə bu xüsusiyyətlərin bir-birindən müstəqil şəkildə formalaşmış ola biləcəyi düşünülür. Bu arqument xüsusilə də ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dilinin bir Kentum dili olmasının kəşfi ilə daha da çox dəstəklənmişdir.

Kentum dilləri

[redaktə | mənbəni redaktə et]

Hind-Avropa ailəsinin Kentum dillərinə adətən qərbdə rast gəlinir. Yunan, Kelt, İtalik və German dilləri bu qrupun üzvləridir.

Kentum-satem fərqi dillərin erkən formaları ilə əlaqəli olduğundan, bəzi müasir dillər Kentum qrupunun üzvləri olsalar da, müəyyən fərqlərə məruz qalmışdırlar. Rumın-kentum dili olan fransız dilində 100 mənasını verən cent sözünün /s/ səsi ilə oxunması buna misal ola bilər.

Satem dillərinə ümumiyyətlə şərqdə yerləşən Hind-İran və Baltik-slavyan dilləri kimi dil qrupları daxildir, lakin ən şərqə yayılmış Hind-Avropa dili olan Toxar dili bu qrupa aid deyildir.

Dilüstü samitlərin dəyişməsi ilə kentum dillərinin satem dillərinə çevrilməsinə satemizasiya deyilir.