Cervus elaphus

Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür.

Nəcib maral
Elmi təsnifat
Beynəlxalq elmi adı

Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur.

Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq ŞərqdəŞimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir.[3]

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir. Bunlardan başqa nəcib maral populyasiyalarında cinsiyyət və yaş üzrə mövsümi qruplaşmalar da mövcuddur. Yaşlı erkəklər cütləşmə dövrünə qədər tək həyat tərzi keçirir. İl ərzində iki dəfə tüləmə (yaz və payızda) baş verir. Dişi fərdlər 2, erkəklər isə 4–5 yaşlarında cinsi yetişkənliyə çatırlar. Cütləşmə dövrü sentyabrda başlayaraq, noyabr ayının sonuna qədər başa çatır. Boğazlıq müddəti 7–8.5–9 ay çəkir və 1, çox nadir hallarda 2 bala doğur (may-iyun). Hər il köhnə buynuzlar düşərək (dekabr-fevral ayları) yeni buynuzlar inkişaf edir. Yalnız erkək fərdlərdə buynuz olur. Qida rasionuna təxminən 85–90 növ bitki daxildir. Onlardan 70–72% ot bitkiləridir.[4]

Hazırda Azərbaycanda nəcib maralların təbiətdə sayı orta hesabla 750–800 başdır (əsasən Böyük Qafqazın cənub ətəklərində).

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Bunlar iki qrupa bölünür: 1) Təbii amillər – iri yırtıcı məməlilər, quraqlıq, sellər, yanğınlar, qida rəqibləri, parazit və xəstəliklər, qısırlıq və s.; 2) Antropogen amillərdən – brakonyerlik, yaşayış yerlərində ot biçmə, mal-qara sürülərinin otlaması və digər təsərrüfat fəaliyyətlərini göstərmək olar.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın cənub ətəklərindəki Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək. Hirkan meşələrinə reintroduksiya etmək. Kiçik Qafqazda mühafizəsinə ciddi nəzarət etmək.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Nəcib maral bir-birindən ölçü və kütləsinə, bəzəyinə və digər xüsusiyətlərinəı görə fərqlənən alt növləri özündə birləşdirir. Aşağıda göstərilənlər Nəcib maral növünün alt növləri hesab olunur.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Quliyev S. M. Azərbaycanın cütdırnaqlılar faunası. Bakı: Elm və Təhsil, 2008, s. 224 (55–83).
  4. Алекперов Х.М. Млекопитащие Юго-западного Азербайджана. Баку, АН Азерб. ССР, 1966;