Ceyhun Mollazadə

Ceyhun Mollazadə (18 may 1960, Bakı) — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş müvəqqəti işlər vəkili (1992–1993).

Ceyhun Mollazadə
Doğum tarixi 18 may 1960(1960-05-18) (64 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti diplomat

Ceyhun Mollazadə 1960-cı il mayın 18-də Bakıda anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1992–1993-cü illərdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri olub.

1994-cü ildə - Beynəlxalq Enerji Konsaltinq qrupuna daxil olan Kembric Enerji Araşdırmaları Mərkəzininin baş elmi işçisi olduğu dönəmdə özünün JNM konsalting şirkətini yaradıb. 1997–2003-cü ilər ərzində isə Star Kapital Qrupun Türkiyə, Yaxın Şərq, Orta AsiyaQafqaz üzrə baş direktoru vəzifəsini icra edib.

2004-cü ildə transmilli "Qtel" şirkəti ilə tərəfdaşlıq etməyə başlayıb və Latın Amerikası, Afrika, Azərbaycan və Gürcüstanda simsiz genişzolaqlı şəbəkənin inkişafı və bu sahəyə maliyyə resurlarının cəlbini təşkil edib.

2005-ci ildə isə Azərbaycanda "AzQtel" MMC-ni yaradıb. 2010-cu ilin noyabr ayından etibarən şirkət Sazz 4 G brend adı altında WiMAX 4G texnologiyası əsasında qurulmuş simsiz, limitsiz, genişzolaqlı İnternet xidmətini paytaxt Bakı, habelə SumqayıtAbşeron yarımadasının sahilyanı qəsəbələrinə müvəffəqiyyətlə tətbiq etməyə başlayıb. 2009-cu ildən "AzQtel"şirkətinin rəhbəridir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Millətvəkili Asim Mollazadənin qardaşıdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]