Ceyms Beluşi (ing. James Adam Belushi; 15.6.1954) — ABŞ aktyoru.
Ceyms Beluşi | |
---|---|
James Adam Belushi | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ, Çikaqo |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, televiziya aktyoru, kino aktyoru, müğənni, bəstəkar, komediyaçı, səsləndirmə aktyoru[d], ssenarist, film prodüseri |
Fəaliyyət illəri | 1977-ci ildən |
Təhsili |
|
IMDb | ID0000902 |
Vikianbarda əlaqəli mediafayllar |
Hollivudun məşhur aktyoru Ceyms Beluşi reklam çəkilişi üçün ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərinə gəlib.
Aktyor jurnalistlərə verdiyi müsahibədə ona ən çox xoş təsir bağışlayan şeylərin “Sultan Əhməd” (məscidi) və şəhərin taksi sürücüləri olduğunu deyib. “8 yaşlı oğlum bizi müşayiət edən rəhbərdən dəstəmaz almağı və namaz qılmağı öyrəndi. Sonra isə məscidin içində yerə yıxılaraq namaz qılmağa çalışdı”.
Aktyor “Yerəbatan Sarnıcı”na getdiklərini, oğlunun bu yeraltı məkanda qorxduğunu və “yaxşı ki, namaz qıldım və Allaha dua etdim” dediyini bildirib. “Ayasofiya”ya da getdiklərini bildirən aktyor bu tarixi məkanın bağlı olduğunu dedi.
Beluşi azan səsinin də böyük təsir qüvvəsinə malik olduğunu bildirib: “Azan səsini eşitmək insanın tüklərini biz-biz edən müdhiş bir təcrübədir. Çox böyük təsiredici gücü var”.
Özünün pravoslav olduğunu deyən aktyor İstanbulu Pravoslav kilsəsinin mərkəzi hesab etdiyi üçün bu şəhəri ziyarəti özü üçün vacib hesab etdiyini bildirib.
Bundan başqa Ceyms Beluşi şəhər sakinlərinin əlaçıq, xoşməramlı olduqlarını, hamının da onu tanıyaraq birlikdə şəkil çəkdirmək istədiyini, bunun üçün çox xoşbəxt olduğunu vurğulayıb.
Beluşi İstanbulda olan taksi sürücülərinin də avtomobildən istifadə etməsinə heyran qaldığını deyib: “Buna inanmaq çox çətindir. Onlar dar küçələrdə avtomobili elə sürürlər ki, heç səs siqnalından da istifadə etmirlər. Mən Nyu-Yorkda siqnal səsinə ancaq 15 dəqiqə dözə bilirəm”.