Ceyms Bruks (ing. James Brooks) — ABŞ muralisti, abstrakt rəssamı və Loqan İncəsənət Medalı qalibi.
Ceyms Bruks | |
---|---|
James Brooks | |
| |
Doğum tarixi | |
Doğum yeri | Sent-Luis, Missuri, ABŞ |
Vəfat tarixi | (85 yaşında) |
Vəfat yeri | Brukheyven, , ABŞ |
Dəfn yeri | |
Milliyyəti | amerikalı |
Vətəndaşlığı | ABŞ |
Fəaliyyəti | rəssam, litoqraf, müəllim |
Təhsili | |
Stil | Muralizm |
Üzvlüyü |
|
Bruks Lonq-Aylenddə Cekson Pollok və Krasner Linin dostu olmuşdur. 1947-ci ildə Bruks rəssam Şarlotta Park ilə evlənmişdir. Abstrakt ekspressionizm cərəyanının ilk nəslinə mənsub olan Ceyms Bruks "ləkələmə"dən əhəmiyyətli texnika kimi istifadə etmişdir. İncəsənət tənqidçisi Karter Ratklifə görə "Onun sənətinə yanaşması həmişə füsunkar "təsadüf"lər yaratmaqdan ibarət idi.[2] 1940-cı illərin axırlarından etibarən o əsərlərində yağlı boyaya daha az üstünlük verməyə başlamışdır, çünki kətan üzərində işləmək istəmişdir. Bu əsərləri kalliqrafiya ilə abstraktın birləşmiş ümumi şəklidir.
Bruksun abstrakt ekspressionizm cərəyanına aid əsərləri ilk dəfə 1941-ci ildə Nyu Yorkdakı Peridot qalereyasında sərgilənmişdir. Kurto İncəsənət İnstitutunda (London), Dallas İncəsənət Muzeyində (Dallas, Texas), Müasir İncəsənət Muzeyində (Nyu York), Harvard İncəsənət Muzeylərində, Vitni Amerikan İncəsənəti Muzeyində (Nyu York), Honolulu İncəsənət Muzeyində, İndiapolis İncəsənət Muzeyində (İndiapolis, İndiana), Şeldon İncəsənət Qalereyasında (Vaşinqton), Teyt Qalereyasında (London), Ualker İncəsənət Mərkəzində (Minneapolis, Minnesota) əsərləri hələ də sərgilənir. Bundan əlavə əsərləri Anita Şapolski Qalereyasında, Peridot Qalereyasında, Uaşbern Qalereyasında (hamısı Nyu York şəhərində yerləşir) nümayiş etdirilir.[3][4][5]
Bruks vizual rəssam kimi də fəaliyyət göstərmişdir.
1936-1942-ci illərdə Ceyms Bruks Federal İncəsənət Layihəsində iştirak etmiş və bu strukturlar üçün divar əsərləri hazırlamışdır: Kvins İctimai Kitabxanası (uçurulduqdan sonra, Nyu York), Terminal A, La Quardiya Hava Limanı, Flight (1980-ci ildə bərpa olunub, Nyu York) və poçt ofisi (Litl-Folls, Nyu York).