Ceyms Darmsteter (28 mart 1849[1][2][…] – 19 oktyabr 1894[1][2][…], Mezon-Laffit[d][3]) — fransız şərqşünası, filoloq.
Ceyms Darmesteter | |
---|---|
fr. James Darmesteter | |
Doğum tarixi | 28 mart 1849[1][2][…] |
Vəfat tarixi | 19 oktyabr 1894[1][2][…] (45 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | dilçi, professor, tarixçi, yazıçı, universitet müəllimi[d], şərqşünas, filosof |
Əsərlərinin dili | fransız dili |
Vikianbarda əlaqəli mediafayllar |
Kondorse liseyini, 1874-cü ildə isə Ali araşdırmalar məktəbini bitirmişdir. 1877-ci ildən Ali araşdırmalar məktəbində işləmiş, 1892-ci ildə bu məktəbin direktoru olmuşdur. "Ahura Mazda və Əhrimən: mənşəyi və tarixi" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Avesta haqqında "İran etüdləri" (1883) əsəri var. Avesta və Zəndin tam tərcüməsini tarixi və filoloji şərh ilə birlikdə çap etdirmişdir. 1885-ci ildən Fransa kollecində fars dili və ədəbiyyatı kafedrasında professor işləyib. 1886-cı ildə Hindistana ezam olunmuş, səfər təəssüratları əsasında "Hindistan haqqında məktublar" (1888) əsərini yazmışdır. 1890-cı ildə əfqan xalq mahnılarının tərcüməsini, əfqan dili və ədəbiyyatı haqqında esseni nəşr etdirmişdir.