Ceyms Stirlinq (iqtisadiyyatçı)

Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri.

Ceyms Stirlinq
ing. James Hutchison Stirling
Doğum tarixi 22 iyun 1820(1820-06-22)[1][2]
Doğum yeri
Vəfat tarixi 19 mart 1909(1909-03-19)[2][3] (89 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb[4].

Edinburqdakı evi

1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı[5]. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır[6]. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart[7] və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı. Lakin hegel metodu sosial elmləri həmişəlik tərk etmədi, çünki Frensis Fukuyamanı müasir ingilisdilli neo-Hegelçi adlandırmaq olar.

Stirlinqin digər əsərlərindən aşağıdakılar daha çox tanınır: "Sir William Hamilton, or the philosophy of perception" (1865); "Jerold Tennyson and Macaulay", (1868); "As regards protoplasm"; "Lectures on the philosophy of law" (1873); "Textbook of Kant" ("Saf zəkanın tənqidi"nin şərhi və tərcümeyi-halı ilə tərcüməsi, 1881).

D. H. Stirling darvinizmin[8] qatı əleyhdarı idi və Hegel solçuluğunun[8] şiddətli tənqidçisi idi.

Ceyms Stirlinq 19 mart 1909-cu ildə Edinburqda vəfat edib.

  1. 1 2 3 Стирлинг Джеймс Хатчисон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 James Hutchison Stirling // Brockhauz Ensiklopediyası (alm.).
  3. James Hutchison Stirling // Internet Philosophy Ontology project (ing.).
  4. Стирлинг, Джемс-Гутчинсон  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  5. s:en:A Short Biographical Dictionary of English Literature/Stirling, James Hutchison
  6. "Гегельянство в Англии". 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.
  7. "Гегельянство в Англии". 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.
  8. Философия: Энциклопедический словарь. — М.: Гардарики. Под редакцией А.А. Ивина. 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]