Con Edqar Huver (ing. John Edgar Hoover, 1 yanvar 1895-ci il, Vaşınqton — 2 may 1972-ci il,Vaşınqton — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib (1924-ci ildən 1972-ci ildə vəfatına qədər).
Con Edqar Huver | |
---|---|
ing. John Edgar Hoover | |
1935 – 1972 | |
Şəxsi məlumatlar | |
Doğum adı | John Edgar Hoover |
Doğum tarixi | |
Doğum yeri | Vaşinqton, ABŞ |
Vəfat tarixi | 2 may 1972[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəfəs çatışmazlığı[d] |
Dəfn yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | zabit, siyasətçi, vəkil, kitabxanaçı, ssenarist |
Atası | Dikerson Neylor Huver |
Anası | Enni Mari Şeytlin Huver |
Dini | Presviterianlıq |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1924-cü ildə FTB-in sələfi olan ABŞ Tədqiqatlar Bürosunun direktoru təyin edilib. 1935-ci ildə ABŞ Federal Tədqiqat Bürosunun yaradılmasında böyük rol oynayıb və 1972-ci ildə, 77 yaşında vəfat edənə qədər onun direktoru olub. Quver cinayətkarlıqla mübarizə üzrə federal strukturun yaradılmasında , bir sıra yeni polis tüexnologiyalarının tətbiqində , əl izlərinin mərkəzləşmiş şəkildə toplanması üzrə iş aparılmasında böyük iş görüb.
Həyatının sonunda və sonra Quverin müəyyən gizli fəaliyyəti haqqında məlumatların açıqlanmsı onu ziddiyyətli bir fiqur kimi qiymətləndirməyə imkan verdi. Onu FTB-nin səlahiyyətlərinin aşmasında ittiham etməyə başladılar.[5] [6] Оnun FTB vasitəsilə siyasi liderlər haqqında və siyasi fəallar haqqında gizli və qeyri-qanuni metodlarla məlumatlar topladığı məlum oldu. Quver öz əlində çox böyük hakmiyyət və səalhiyyət toplamışdı, hətta prezidentləri qorxuzmaq gücündə idi.
ABŞ prezidenti Harri Trumenin sözlərinə görə " Quver FTB-ni şəxsi gizli polisə çevirmişdi… biz gestapo və ya gizli polis istəmirik, ancaq FTB belə meyllik var idi. Onlar insanların intim həyatına qarışır və hətta… şantaj da edirdilər ".