Con Börk Krasinski (ing. John Burke Krasinski; 20 oktyabr 1979[1][2], Nyuton[d], Massaçusets)[4][5] — amerikalı aktyor və kinorejissor. Con "Ofis" serialında Cim Halpert rolu ilə məşhurlaşıb. O, serialın doqquz mövsüm boyu prodüseri və ara-sıra rejissoru olub.
Con Krasinski | |
---|---|
ing. John Krasinski | |
Doğum adı | John Burke Krasinski[3] |
Doğum tarixi | 20 oktyabr 1979[1][2] (45 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Fəaliyyəti | ssenarist, aktyor, film prodüseri, kinorejissor, televiziya aktyoru, teatr aktyoru, kino aktyoru, səsləndirmə aktyoru[d], televiziya prodüseri[d] |
Fəaliyyət illəri | 2000-ci ildən |
Təhsili |
|
IMDb | ID1024677 |
Vikianbarda əlaqəli mediafayllar |
Con Krasinski Braun Universitetində və Milli Teatr İnstitutunda teatr sənəti üzrə təhsil alıb. O, çoxsaylı mükafatlara layiq görülüb, dörd "Emmi" mükafatına namizəd olub və iki "Ekran Aktyorları Gildiyası" mükafatı qazanıb. O, 2018-ci ildə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 insanlarından biri seçilib.
Krasinskinin 2018-ci ildə yazıb, rejissorluq edib və rol aldığı "Sakit yer" filmi tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. O, həmin il Amazon Prime Video-nun "Jack Ryan" adlı triller serialında baş rolu oynamış, həm də layihənin prodüserliyi ilə də məşğul olmuşdur.
Con 2018-ci ildə Sunday Night Productions kino şirkətinin əsasın qoymuşdur. Krasinski ingilis aktrisa Emili Blant ilə həyatı qurmuşdur, onların iki qızı var.
Con Börk Krasinski 20 oktyabr 1979-cu ildə Bostonda anadan olub.[6] Onun iki böyük qardaşı var.[7][8] Onun anası irland, atası isə polyak mənşəlidir. Valideynləri onu Massaçusetsin Nyuton şəhərində katolik olaraq böyüdüblər.
Krasinski aktyorluq karyerasına 6-cı sinifdə oxuyarkən məktəb tamaşasında çıxış edərək başlamışdır. O, məktəbdə "Ofis" serialının rol yoldaşı B. J. Novak ilə məzəli bir tamaşada rol almışdı. Onların hər ikisi məktəbi 1997-ci ildə başa vurmuşdur.[9][10] Con Krasinski kollecə daxil olmazdan öncə altı ay Kosta-Rikada ingilis dili müəllimi işləyib. Burada çimərlikdə olarkən o, bir qadını suda boğulmaqdan xilas edib.[11] Kosta-Rikanı tərk etdikdən sonra o, Braun Universitetinə daxil olmuş və orada ingilis dili və dramaturqluq üzrə təhsil almağa başlamışdır. O, universiteti 2001-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
İl | Ad | Rol | Qeydlər | Ref. |
---|---|---|---|---|
2000 | State and Main | Judge's Assistant | ||
2002 | Fighting Still Life | Tyler | Qısametrajlı film | |
Alma Mater | Flea Club Candidate 1 | |||
2004 | Kinsey | Ben | ||
Taxi | Messenger No. 3 | |||
2005 | Duane Hopwood | Bob Flynn | ||
Jarhead | Corporal Harrigan | |||
2006 | Doogal | Additional Voices | ABŞ versiyası | |
A New Wave | Gideon | |||
For Your Consideration | Paper Badge Officer | |||
The Holiday | Ben | |||
Dreamgirls | Sam Walsh | |||
2007 | Smiley Face | Brevin | ||
Üçüncü Şrek | Sir Lancelot (səsləndirmə) | |||
License to Wed | Ben Murphy | |||
2008 | Leatherheads | Carter Rutherford | ||
2009 | Brief Interviews with Hideous Men | Ryan / Subject No. 20 | Rejissor, ssenarist və prodüser | |
Monsters vs. Aliens | Cuthbert (voice) | |||
Away We Go | Burt Farlander | |||
It's Complicated | Harley | |||
2011 | Something Borrowed | Ethan | ||
The Muppets | Himself | |||
2012 | Nobody Walks | Peter | ||
Big Miracle | Adam Carlson | |||
Promised Land | Dustin Noble | Ssenarist və prodüser | ||
2013 | Monsters University | "Frightening" Frank McCay (səsləndirmə) | ||
The Wind Rises | Honjo (səsləndirmə) | İngiliscə dublyaj | ||
2014 | The Prophet | Halim (səsləndirmə) | ||
2015 | Aloha | John "Woody" Woodside | ||
2016 | 13 Hours: The Secret Soldiers of Benghazi | Jack Silva | ||
The Hollars | John Hollar | Rejissor və prodüser | ||
Past Forward | Man No. 1 | Qısametrajlı film | ||
2017 | Born in China | Narrator (səsləndirmə) | Sənədli film | [12] |
Animal Crackers | Owen Huntington (səsləndirmə) | |||
Detroit | Norman Lippitt | |||
2018 | Sakit yer | Lee Abbott | Rejissor, ssenarist və prodüser | |
Next Gen | 7723 (səsləndirmə) | |||
2020 | Sakit yer 2 | Lee Abbott | Rejissor, ssenarist və prodüser | |
2021 | Free Guy | Silhouetted Gamer (voice) | Kameo | |
2022 | Doktor Strenc: Dəliliklərin multikainatında | Reed Richards / Mister Fantastic | [13] | |
DC League of Super-Pets | Kal-El / Clark Kent / Superman (səsləndirmə) |
İl | Ad | Rol | Qeydlər | Ref. |
---|---|---|---|---|
2003 | Ed | Process server | Epizod: "Good Advice" | |
2004 | Law & Order: Criminal Intent | Jace Gleesing | Epizod: "Mad Hops" | |
2005–2013 | Ofis | Jim Halpert | Əsas rol | |
2005 | Without a Trace | Curtis Horne | Epizod: "The Bogie Man" | |
CSI: Crime Scene Investigation | Lyle Davis | Epizod: "Who Shot Sherlock" | ||
2006 | Amerikan ata! | Gilbert (voice) | Epizod: "Irregarding Steve" | |
2012 | 30 Rock | Himself | Epizod: "The Ballad of Kenneth Parcell" | |
Head Games | Narrator | 3 epizod | ||
2013 | Arrested Development | Spyder Foode | Epizod: "The B. Team" | |
2014–2015 | BoJack Horseman | Secretariat (voice) | Epizod "Later" and "The Shot" | |
2015 | Lip Sync Battle | Himself | Epizod: "John Krasinski vs. Anna Kendrick" | |
2016 | Robot Chicken | Commercial Director / Mike Brady (voices) | Epizod: "Secret of the Flushed Footlong" | |
2018–2023 | Jack Ryan | Jack Ryan | Əsas rol; 30 epizod | |
2021 | Saturday Night Live | Özü (qonaq) | Epizod: "John Krasinski/Machine Gun Kelly" |