Con Stal

Con Malkolm Stal (ing. John Malcolm Stahl; 21 yanvar 1886[1][2], Bakı12 yanvar 1950[1][2], Hollivud, Kaliforniya[3]) — amerikalı kinorejissor və prodüser. O, daha çox "Onu cənnətə buraxın (1945)", "Həyatın imitasiyası" (1934), "Krallığın açarları" (1945) və "Arxa küçə" (1932) kimi filmləri ilə tanınır.

Con Stal
Doğum tarixi 21 yanvar 1886(1886-01-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 12 yanvar 1950(1950-01-12)[1][2] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist
IMDb ID0821472
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

Yakob Morris Strelitski Bakıda rus-yəhudi ailəsində anadan olub.[4][5] O, uşaq olanda ailəsi Rusiya imperiyasını tərk edərək Nyu-Yorka köçüb. Gənc yaşda Con Malkolm Stal adını götürüb və əvvəlcə teatrda, sonra isə şəhərin böyüyən kino sənayesində işləməyə başlayıb. İlk qısametrajlı səssiz filmini 1913-cü ildə çəkib.

1919-cu ildə Hollivudda Louis B. Mayer Pictures ilə müqavilə bağlayıb. 1924-cü ildə MGM Studios-u quran Mayer komandasının üzvlərindən biri idi. 1927-ci ildə Stal Kino Sənəti və Elmləri Akademiyasının otuz altı qurucu üzvündən biri olmuşdur. 1927-ci ildən 1929-cu ilə qədər qısa müddətli müstəqil Tiffany Pictures studiyasında icraçı olub və şirkətin adını "Tiffany-Stahl Productions" olaraq dəyişdirib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 John M. Stahl // filmportal.de. 2005.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #136444415 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Actualité de la cinephilie. Le mélodrame strict de John M. Stahl. Saint-Sébastien rend hommage à un maître oublié". Libération. 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  5. Erens, Patricia. The Jew in American Cinema. Indiana University Press. August 1988. səh. 392. ISBN 978-0-253-20493-6.