Con Ueyn Geysi (ing. John Wayne Gacy; 17 mart 1942[1][2][…], Çikaqo, Çikaqo – 10 may 1994[1][3][…]) Demokrat Partiyasının seçim bölgəsindəki bir məsləhətçi, iş adamı və qonşuların şənliklərində klounluğla məşğul olan Amerikanın ən təhlükəli seriyalı qatillərindən biridir. 17 mart 1942-ci ildə Çikaqoda işçi sinfinə mənsub bir ailədə dünyaya gəldi. Xəstəxanada yatan uşağları əyləndirmək üçün kloun qılığına girən hörmətli bir Amerikalı görünüşünün arxasında zoraki bir qatil olduğu öyrənildi. 1978-ci ildə bir cinayətdən yaxalandı və davamı gəldi. Evinin altında 27 qurbanın çürümüş cəsədi tapıldı. 2 cəsədi həyətə basdırmış, 4 cəsədi isə çaya atmışdı. Həbsxanaya girdiyində divarlara kloun rəsimləri çəkmişdi.
Con Ueyn Geysi | |
---|---|
ing. John Wayne Gacy | |
Ləqəbi | Pogo the Clown, The Killer Clown |
Doğum tarixi | 17 mart 1942[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 10 may 1994[1][3][…] (52 yaşında) |
Vətəndaşlığı | |
Qətllər | |
Qurbanların sayı | 33 |
Qətllərin dövrü | 1972–1978 |
Həbs tarixi | 21 dekabr 1978 və 10 may 1994 |
Cəzası | İnyeksiya (Öldürücü iynə) |
Vikianbarda əlaqəli mediafayllar |
Geysi doğulduğu ailənin ortancıl övladı olub, özündən biri 2 yaş böyük, biri 2 yaş kiçik olmaq üzrə 2 bacısı vardı. Terry Sullivan və Peter Maikenin kitabı "Qatil Kloun"a görə Geysi atası ilə bəzi mübahisələri saymasaq normal bir uşağlıq həyatı keçirtmişdir. Yazıçılar atanı dadsiz, övladını fiziki və sözlə təcavüz edən, hədsiz dərəcədə spirtli içkiyə meyilli olaran biri kimi təsvir edirlər. Yazıçılar Geysini atasını çox sevən və ümidsizcə onun razılığını və marağını istəyən ancaq bunu bacara bilməyən biri olaraq təsvir edirlər. Clifford L. Lindeckerin kitabı olan "Oğlan Uşağlarını Öldürən Adam"a görə isə Geysi 11 yaşında oyun bağçasında ikən başına yelləncək dəymişdi. 16 yaşına qədər həkim beynində qan laxtası diaqnozu qoyana və vəziyyəti dərmanla müalicə olunana qədər qısa davam edən şüur itkiləri yaşamışdır. Geysi liseydəki son illərində 4 məktəb dəyişdirdi və məzun ola bilmədi. Geysi məktəbdən qovuldu və Çikaqonu Las-Veqas üçün tərk etdi. Orda ikən Palm morgunda xidmətçi olaraq yarım günlük bir işdə işlədi. Veqasda xoşbəxt deyildi və bir neçə ay sonra Çikaqoya geri qayıtdı.
1960-cı illərin əvvəlində Geysi Ticarət Universitetinə yazıldı və satıcılıq üzrə istedadını inkişaf etdirdi. Anadangəlmə istedadlı bir satıcı olaraq hər vəziyyətdə danışığı yönləndirə bilirdi. Məzuniyyətindən sonra Çikaqoda Nunn Bush Shoe Ltd.də rəhbərlik heyətində praktikant olaraq işə başladı. İşində addımladı və həftələr içərisində Springfield firmasının kişi geyim mağazasını idarə etmək üçün transfer edildi və burada bir ilə yaxın çalışdı.
1964-cü ildə işçisi Merilin Mayer ilə evləndi. Toydan qisa müddət sonra qadının doğulduğu yer olan Waterloo, Iowaya yerləşdilər. Bu yerləşmənin səbəbi isə Merilinin atasının Geysiyə ailənin sahibi olduğu toyuq restoranında bir mövqe təklif etməsi idi. Bir il sonra Geysinin atası Çikaqoda öldü. 1966-cı ildə qaynatasının istəyi ilə Geysi ailənin toyuq restoranının rəhbərliyini əlinə aldı. Geysi cəmiyyətdə tanınan və sevilən bir üzv halına gəldi, amma Geysi üçün heç bir şey yolunda getmirdi. Gələcəyin cinayətkarı 1968-ci ildə ilk dəfə tutulacaqdı. Geysinin ilk qurbanı 15 yaşlı oğlan (Donald Vuurhis) olmuşdu. Geysi Donalda pornoqrafik filmlər göstərmək adı ilə gənci öz evinə aparmışdı. Donaldı spirtli içki icməyə məcbur etdikdən sonra Geysi onu cinsi əlaqəyə zorlamışdı. Növbəti aylar boyunca bir neçə gənc oğlanlar da Geysi tərəfindən cinsi zorakılığa məruz qalmışdı. Gənc oğlanları tələyə salan Geysi onları öz həyat yoldaşı ilə cinsi əlaqədə olacaqları bəhanəsi ilə müxtəlif yerlərə aparır və hədəqorxu gələrək onları özü ilə (Geysi ilə) cinsi əlaqəyə zorlayırdı, lakin hər şey Geysinin planlaşdırdığı kimi asan getmir və 1968-ci ilin mart ayında Geysinin ilk qurbanı olan Donald öz atasına Geysinin ona etdiklərini danışır. Bunun ardınca Donaldın atası dərhal polisə bununla bağlı şikayət etdi. Bu günahlandırma hər kəs tərəfindən sevilən və nümunə biri olaraq göstərilən, 2 övlad sahibi Geysini tanıyan 4 illik həyat yoldaşı başda olmaqla bir çox insanı şok etdi. Geysi özündən cinsi zorakılıqda günahlandırıldı və Anamosadakı lowa əyalətindəki kişi həbsxanasında 10 il müddətinə məhkum olundu. Həyat yoldaşı qərarın ardından boşanma davası açdı. Hirsli bir şəkildə Geysi həyat yoldaşına bundan sonra iki övladını da görmək istəmədiyini və bundan sonra həyat yoldaşı və iki övladını onun üçün ölmüş qəbul etdiyini söylədi.
18 ay yatdıqdan sonra Geysi 18 iyun 1970-ci ildə şərtli azad olundu və Çikaqoya döndü. 1971-ci il 12 fevral tarixində Geysi gənc bir oğlana təcavüz etməkdə ittiham edildi. Həmin gəncin bildirdiyinə görə Geysi onu Çikaqodakı Greyhound stansiyasından alıb onun evinə getdiklərini və onu cinsi əlaqəyə zorlamağa cəhd etmişdir. Ancaq ittiham gəncin dinlənməsi üçün məhkəməyə gələ bilməməsi səbəbindən qüvvədən düşdü. Çikaqoya təkrar qayıtdıqdan qısa bir vaxt sonra inşaat müqaviləsi bağlayan mövqeyində işləməyə başladı. 3 il sonra 1975-ci ildə özünün inşaat firması olan PDM şirkətini açdı. O iyul ayında yeni boşanmış bir qadınla təkrar evlənir və anasının maliyə dəstəyi ilə orta təbəqəli Çikaqo məhəlləsində bir evə daşınır. Geysinin ticarət bacarığı vardı. Des plaines qəzetinə görə o yerli tacirlər arasında ağıllı bir iş adamı olaraq tanınırdı. Geysi ümumiyyətlə ticari rəqiblərinin təklif etdiyi qiymətdən daha da aşağı qiymət verərək sazişlər əldə edirdi. Bir neçə gənci kirayə götürərək xərcləri azalda bilirdi. (irəlidə bu gənclərdən ən az 5-i onun qurbani oldu) İşi getdikcə böyüməyə başladı. Geysi boş zamanının bir qismini dostları və qonşuları üçün əyləncəli küçə partilərinə ev sahibliyi edərək keçirirdi. Bu partilərdə çox vaxtı kloun geyimini geyinər və bu geyimlə yerli xəstəxanalardakı uşaqları əyləndirərdi. Ayrıca yerli Demokratik partiya təşkilatlarına qatıldı. Hətda bir dəfə Demokratik Partiyada məsul şəxs olaraq Birinci xanım Rosalyn Carter ilə şəkil belə çəkdirdi. 1976-cı ilin martında Geysinin ikinci həyat yoldaşı ondan boşandı. Harlan Mendenhall'ın kitabı Geysinin evinin dağilmasına görə həyat yoldaşı onun təxmin edilə bilməyən xoşagəlməz halları, rəftarı və homoseksual magazinlərə olan marağı səbəbiylə başa çıxa bilməyəcəyini hiss elədi.
1978-ci il 12 dekabr tarixində polis yenidən diqqətini Con Ueyn Geysinin üzərinə cəlb etdi. Des Plainesdə yerləşən Nisson əczaxanasında işləyən gənc Robert Piest itkin düşdü. İtkin düşmədən əvvəl həmin gənclə görülən son adam Geysi idi. Dedektivlər Geysinin keçmişini araşdırarkən başqa bir gənci cinsi zorakılıqda günahlandırılaraq həbsxanada yatdığını öyrənmələri sürpriz oldu. Bu günahlandırıcı məlumatla birlikdə dedektivlər Geysinin evində axtarış səlahiyyəti əldə etdilər. Ev araşdırılarkən dedektivlər evin altında sürünərək girilə bilən bir yer tapdılar. Köhnəlmiş, kifli bir qoxu dərhal hiss olundu. Bu qoxunun səbəbi çürük borular olduğu düşünüldüyü üçün göz ardı edildi. Diqqətə dəyər hər hansı bir günahlandırıcı sübut tapa bilməyən dedektivlər mərkəzə dönərək tapdıqları dəlilləri araşdırmağa qərar verdilər. Geysinin evindən yığılan parçaların təkrar nəzərdən keçirilməsi əsnasında, dedektivlər bilmədən bir neçə vacib dəlil tapdıqlarını anladılar. Geysinin evində tapılan üzüklərdən birinin 1 il əvvəl itkin düşən bir gəncə aid olduğu görüldü. Ayrıca əczaxanada işləyən Robert Piestin itdiyi gün Geysiyə özünə məxsus bir film etiketi verdiyi və bu etiketin Geysinin evində tapıldığı görüldü. Bu yeni məlumatlarla dedektivlər cinayətin böyüklüyünü başa düşdülər. Yeni məlumatların kəşfindən sonra dedektivlərin təzə bir axtarış icazəsi almaları çox uzun çəkmədi. 1978-ci il 22 dekabr tarixində Geysi qaranlıq sirlərinin aydınlığa çıxacağını fərq etdiyi vaxt polisə getti və günahını etiraf etdi. Geysi dedektivlərə 4 Conun olduğunu demişdi. Bu dörd fərqli adam Geysinin öz beynində yaratdığı varlı Con, kloun Con və siyasətçi Condu. Dördüncü adam isə Cek Henli idi. Qatil olan Cekdi və bütün pis şeyləri o etmişdi.
Qatil klounda deyildiyinə görə Geysi dedektivlərə ilk cinayətini 1972-ci ilin yanvarında gerçəkləşdirdiyi məlumatını verdi və ikincisi 2 il sonra 1974-cü ilin yanvarında idi. Daha sonra izah etdiklərinə görə qurbanlarını qandallanmaları mövzusunda aldadırdı. Geysi ilk əvvəl qurbanına bir neçə nömrə göstərmək istəyini bildirir və qurbanlarına klounluq edərkən istifadə etdiyi hiyləli qandallar olduğunu deyib həqiqi qandallar taxır və bundan azad olmanın xüsusi bir yolu olduğunu deyir və gənclərin qandaldan özlərini azad etmələrini istəyirdi. Gənclər etibarlı bir şəkildə qandallandıqdan sonra boğazlarına ip keçirərək və ya taxta parçasını qırtlağlarına basdıraraq təcavüz edir və öldürürdü. Geysi bəzi vaxtlarda cəsədləri evin altına basdırmadan əvvəl ölü bədənləri yatağının altında ya da tavan arasında bir neçə saat tutduğunu da etiraf etmişdi. Geysi iyirmidən çox insan öldürdüyünü qəbul etmişdi. Polis tərəfindən verilən bütün sualları cavablandırmamasına baxmayaraq ümumi olaraq belə demişdir:
"Bunu Cekdən soruşmanız lazımdı". |
Həmçinin polisə evinin altındakı və qarajındakı 28 qəbrin geniş bir xəritəsini çəkmişdi. İrəliləyən müddətdə digər 5 qurbanını da Des Plaines çayına atdığını etiraf etmişdi. 1 saatdan qısa bir müddətdə evin altındakı ilk cəsəd tapılmışdı. Günlər və həftələr keçdikcə cəsədin miqdarı artmışdı. Des Plainesdə tapılan Geysinin təvazökar evindəki qorxunc qazıntı yerləri milli xəbərlərdə gecədən gecəyə yerini aldı. Beləki evin özü həm amerikalılara həm də xaricilərə Ağ Ev qədər taniş gəlir oldu. Qazıntının nüansları ovsunlayıcı idi. Bəzi qurbanlar bir-birilərinə o qədər yaxın basdırılmışdır ki, polis onların çox gümanki eyni vaxtda öldürüldüyünə və ya basdırıldığına inandı. Yanvarın sonuna qədər 27 cəsəd çıxarıldı. Araşdırma qışın soyuğu və donmuş yer üzündən gözləniləndən uzun çəkdi. Bu vaxt ərzində Des Plaines çayında tapılan 4 cəsəd də Geysinin evində tapılan sürücü sənədləri və digər şəxsi əşyalar səbəbiylə Geysiyə bağlandı. 32 qurbanın şəxsiyyətləri üzə çıxarkən dedektivlər bütün qurbanların gənc oğlanlar olduğunu kəşf etdi. Əksəriyyəti Çikaqo küçələrində müştəri axtaran oğlan faişələrdir. Bəziləri isə bilinən heç bir səbəb olmadan yox olan gənclərdi və ən az 5-i PDM-də mütəahhitlikdə müəyyən vaxtlarda işləyən işçilərdi. Təəccübləndirici şəkildə qazıntılarda və çayda Robert Piestin cəsədinə rast gəlinmədi. Cəsəd axtarışların sonuna gəldikdə xilas olan Robert Donnelli və Ceff Riqnall dedektivlərə açıqlama verdilər. İki gəncdə xilas olduqları üçün özlərini çox xoşbəxt hiss edirdilər. Hekayələrinin nüansları eyni idi, amma Geysi ilə qarşılaşmaları fərqli günlərdə olmuşdu. İkisidə 1977-ci ilin dekabr ayında silah gücü ilə qaçırıldıqlarını, kloroformla yatırıldıqlarını, işgəncə gördüklərini və təcavüzə məruz qaldıqlarını izah etdilər. Sonuncu olaraq 1979-cu ilin aprelində Robert Piestin cəsədini İllinois çayında tapıldı. Yarılma zamanı boğularaq öldüyü bilindi. Geysi bu ölümdən də günahkar tutuldu.
Geysinin cinayət araşdırması 1980-ci il 6 fevral tarixində başladı. 5 həftəlik araşdırma sonunda müdafiə və iddia məqamı 100-dən çox insanı şahidlik etmək üçün çağırdı. Müdafiənin strategiyası Geysinin cinayərləri işləyərkən ağil xəstəsi və özünü idarə edə bilməyən şəxsiyyət olduğunu sübut etmək idi. Bu iddianı gücləndirmək üçün müdafiə tərəfi məhkəmədən əvvəl Geysi ilə görüşən psixiatrları səhnəyə qoydu. Digər tərəfdə Geysinin psixi xəstə olduğuna qarşı çıxdı. Geysinin çox şəxsiyyətli olduğunu iddia etməsinin tək səbəbini ölüm cəzasından qurtulmaq olduğunu irəli sürdü. Münsiflər açıqca iddia tərəfinin yanında yer aldı. 33 insanı öldürmək günahından Geysiyi günahkar tutmaq sadəcə 2 saat çəkdi. 1980-ci il 13 martda Geysi ölümlə məhkum edildi. İllinoisdakı Menard İslah Mərkəzinə göndərildi. Statesvillidəki həbsxanaya edam edilmək üçün yollanana qədər 14 il bu mərkəzsdə qalacaqdı.
1994-cü il 9 may tarixində Geysi axırıncı yeməyinə oturdu, qızarmış toyuq, qızarmış kartof, kola və çiyələkli keks. Həbsxana işçiləri onun davranışlarını, "çox danışan və hirsli" olaraq açıqladılar. Edamından əvvəl qısa telefon görüşməsində Knight-Tribune müxbirinə, "Mənim adima 11 cildli, 31 cildsiz kitab, 2 ssenari, 1 film, 1 oyun, 5 mahnı və 5000-dən çox məqalə var. Bunun haqqında başqa nə deyə bilərəm?" dedi və davam elədi. "Bu zibilxanaların heç birinə qarşı simpatiyam yoxdur". 1994-cü il 10 may tarixində gecə yarısından sonra Geysi öldürücü iynə ilə edam edildi. Son sözləri isə "Arxamı öpün" oldu.