Konçita Vurst

Tomas Noyvirt (alm. Thomas Neuwirth‎, 6 noyabr 1988[1][2][…]) — və ya səhnə adı Konçita Vurst kimi tanınan Avstriyalı dreq kvin müğənni. Konçita Vurst Avstriyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində "Rise Like a Phoenix" mahnısı ilə təmsil etmiş və 290 xalla müsabiqədə ölkəsinə qələbə qazandırmışdır.[4] Müsabiqə sayəsində beynəlxalq səviyyədə şöhrət qazanan müğənni müxtəlif LGBT paradlarına, Avropa ParlamentinəBirləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisinə dəvət olunmuşdur.

Konçita Vurst
alm. Conchita Wurst
Konçita Vurst 2014-cü ildə
Konçita Vurst 2014-cü ildə
Ümumi məlumatlar
Doğum adı Tomas Noyvirt
alm. Thomas Neuwirth
Ləqəbləri Tom Noyvirt
Konçita
Doğum tarixi 6 noyabr 1988(1988-11-06)[1][2][…] (36 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, model[d], Dreq-kvin, kinematoqraf, televiziya aparıcısı, pop müğənnisi, musiqiçi
Fəaliyyət illəri 2006-cı ildən
Janr pop musiqisi[3]
Musiqi alətləri klarnet
Albom şirkəti Sony Music
Əlaqəsi Jetzt Anders!
conchitawurst.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avstriyanın Qmunden şəhərində anadan olan Tom daha sonra modelyerliyi əsas hədəf götürərək yetkinlik imtahanına hazırlaşmaq üçün ölkənin Qrats şəhərinə köçmüşdür. Təhsilini bitirdikdən sonra 2007-ci ildə musiqi karyerasına başlamaq üçün Avstriyanın Starmania musiqi yarışmasında iştirak etmişdir. O qısa müddətlik fəaliyyətdə olan Jetzt Anders! qrupunun üzvü olmuşdur. O 2011-ci ildən etibarən Konçita Vurst adlandırdığı saqqalı qadın xarakteri kimi səhnə almağa başlamışdır. Konçita Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində öz ölkəsini təmsil etmək üçün "That's What I Am" mahnısı ilə Avstriyanın milli seçim turunda iştirak etmiş, lakin 2-ci yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur.

Tomas Noyvirt 6 noyabr 1988-ci ildə Avstriyanın Qmunden şəhərində anadan olmuş və ölkənin Ştiriya əyalətində yerləşən kiçik bir şəhərdə böyümüşdür. Müsahibələrindən birində Tom dağlıq ərazidə yaşamağın çox gözəl olduğunu vurğulasa da, fərqli kimliyinə görə yaşadığı şəhərcikdə dəfələrlə mühakimə olunduğunu söyləmişdir. 14 yaşında Tom modelyerliyi əsas hədəf götürərək yetkinlik imtahanına hazırlaşmaq üçün ölkənin Qrats şəhərinə köçmüşdür.

Tom The Observer jurnalına verdiyi müsahibədə özünü qadın kimi təsəvvür etmədiyini və transseksual olmadığını etiraf etmişdir. Müğənninin söylədiyinə görə Tom və Konçita tamamilə fərqli xarakterlərdir və Konçita Vurst sadəcə Tomun səhnə aldığı personajdır.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2006–2013: Karyeranın başlanğıcı

[redaktə | mənbəni redaktə et]

2006-cı ildə Tom Noyvirt Avstriyanın Starmania musiqi yarışmasında iştirak etmişdir. Gənc müğənni yarışmada ikinci yerdə qərarlaşmışdır. Bir il sonra Tom Jetzt Anders! qrupuna üzv seçilmişdir, lakin qrup qısa müddət sonra parçalanmışdır[5].

2011-ci ildə Tom "Konçita Vurst" adlandırdığı saqqalı qadın xarakterini yaratmışdır. Müğənni Konçitaya saqqal əlavə etməkdə məqsədi digər insanlara necə göründüyümüzdən asılı olmayaraq həyatda uğur qazana biləcəyimizi nümayiş etmək olduğunu bildirmişdir. Konçita Vurst ilk dəfə 2011-ci ildə Avstriyanın Die große Chance yarışmasında səhnə almışdır. O həmin yarışmada 6-cı yerdə qərarlaşmışdır. Daha sonra Konçita Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı təmsil etmək üçün "That's What I Am" mahnısı ilə ORF telekanalının təşkil etdiyi milli seçim turunda iştirak etmiş, lakin 2-ci yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur.

2014: Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]
Konçita Vurst Avroviziyada qalib gəldikdən sonra mətbuat konfransında

10 sentyabr 2013-cü il tarixdə Avstriyanın ORF telekanalı ölkəni Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində məhz Konçita Vurstun təmsil edəcəyini açıqlamışdır. 2014-cü ilin mart ayında müğənninin Avroviziya mahnısı olan "Rise Like a Phoenix" dinləyicilərə ilk dəfə təqdim edilmişdir. Mahnının təqdimatından sonra bukmeykerlər Avstriyanı müsabiqənin 10 favorit ölkəsindən biri kimi göstərmişdir. İlk dəfə 8 may tarixində baş tutan ikinci yarımfinal mərhələsində səhnə alan Konçita öz mahnısını səhnədə heç bir dəstək vokalçı olmadan ifa etmiş və möhtəşəm ifadan sonra müsabiqənin əsas favoritinə çevrilmişdir. Müsabiqənin finalına vəsiqə qazanan ölkələr sırasında Avstriyanın adı sonuncu çıxmışdır. 10 mayda baş tutan final gecəsində Konçita ümumilikdə 290 xal toplayaraq, finalda iştirak edən digər 25 təmsilçiləri geridə qoymuş və müsabiqənin qalibi olmuşdur[6]. Bu Avstriyanın Avroviziyada 1966-cı ildən sonra ikinci qələbəsi idi. Müğənni Avstriyaya geri dönərkən hava limanında mindən artıq fanat ordusu Konçitanı qarşılamışdır. Avstriya prezidenti Haynz Fişer Konçitanın müsabiqədəki qələbəsindən sonra bunun sadəcə Avstriyanın qələbəsi deyil, ümumilikdə Avropanın dünyaya fərqlilik və tolerantlıq ismarıcı olduğunu bəyan etmişdir.

İl Mahnı
2011 "Unbreakable"
2012 "That's What I Am"
2014 "Rise Like a Phoenix"
2014 "Heroes"
2015 "You Are Unstoppable"
2015 "Firestorm"
2015 "Colours of Your Love"
  1. 1 2 Munzinger Pop (alm.).
  2. 1 2 Neuwirth, Tom (eig. Thomas) // Österreichisches Musiklexikon Online (alm.). doi:10.1553/0X00308F55
  3. https://tv.yahoo.com/news/wursts-eurovision-win-shows-pop-still-political-164920261.html.
  4. "Conchita Wurst soll Österreich beim Song Contest vertreten". nachrichten.at (alman). 10 sentyabr 2013.[ölü keçid]
  5. "Conchita Wurst beim Song Contest". ORF. 10 sentyabr 2013. 2015-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-27.
  6. "Austria wins Eurovision Song Contest". BBC. 11 may 2014. 19 May 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2017.
Əvvəlki:
Nataliya Kelli
Avstriya Avroviziya Mahnı Müsabiqəsində

2014
Sonrakı:
The Makemakes

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]