Udo Yürgens

Udo Yürgen Bokelmann (alm. Udo Jürgen Bockelmann‎; 30 sentyabr 1934[1][2][…], Klaqenfurt, Avstriya[7]21 dekabr 2014[1][2][…], Münsterlingen[d], Turgau[d], İsveçrə[7]) — və ya sadəcə Udo Yürgens kimi tanınan yarı avstriyalı və yarı isveçrəli müğənni və bəstəkar. İfa etdiyi "Merci, Chérie" mahnısı ilə Avstriyanı 1966 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. Yürgens 50 illik musiqi karyerası boyunca 1000-ə yaxın mahnı bəstələmişdir.

Udo Yürgens
alm. Udo Jürgens
Ümumi məlumatlar
Doğum adı Jürgen Udo Bockelmann[4]
Ləqəbləri Udo Bolán[5][6], Udo Jürgens
Doğum tarixi 30 sentyabr 1934(1934-09-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 dekabr 2014(2014-12-21)[1][2][…] (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Vyana mərkəzi qəbiristanlığı[d][8]
Vətəndaşlığı
Uşaqları 4
Musiqiçi məlumatları
Fəaliyyəti aktyor, müğənni, bəstəkar, pianoçu, səsyazma sənətçisi[d]
Fəaliyyət illəri 1957–2014
Janrlar pop musiqisi, şanson
Musiqi alətləri piano
Mükafatları Grand Decoration of Honour for Services to the Republic of Austria Officer's Cross of the Order of Merit of the Federal Republic of Germany
İmzanın şəkli
udojuergens.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Udo Yürgen Bokelmann 30 sentyabr 1934-cü ildə Avstriyanın Klaqеnfurt şəhərində anadan olmuşdur. Yürgensin qardaşı Manfred Bokelmann rəssam, oğlu Con Yürgens müğənni, aktyor və DJ, qızı Cenni Yürgens isə aktrisadır. Udo Yürgens 21 dekabr 2014-cü ildə 80 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]
Udo Yürgens 1987-ci ildə

1950-ci ildə Udo Yürgens Avstriyanın ORF telekanalı tərəfindən təşkil olunan ən yaxşı bəstəkarlar müsabiqəsində "Je t'aime" mahnısı ilə qalib gəlmişdir. Yürgens eyni zamanda 1961-ci ildə hitə çevrilən və Şirli Bessi tərəfindən ifa olunan "Reach for the Stars" mahnısının bəstəkarı olmuşdur.

Udo Yürgens "Warum nur, warum?" adlı mahnı ilə Avstriyanı Kopenhagendə keçirilən 1964 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 16 təmsilçi arasında 6-cı yerdə qərarlaşmışdır. Mahnı Böyük Britaniyada çox bəyənilmiş və hətta britaniyalı müğənni Mett Monro mahnının ingilis dilinə tərcümə olunmuş versiyasını ifa etmişdir. 1965-ci ildə Udo Yürgens ikinci dəfə Avstriyanı Avroviziyada təmsil etmək fürsəti əldə etmişdir. Neapolda keçirilən müsabiqədə ifa etdiyi "Sag ihr, ich lass sie grüßen" mahnısı ilə müğənni 18 iştirakçı arasında 4-cü yerə yüksəlməyə nail olmuşdur. Bu uğurlu nəticənin ardınca Avstriya telekanalı Yürgensi növbəti dəfə Avroviziyaya göndərmək qərarına gəlmişdir. Lüksemburqda keçirilən müsabiqədə ifa etdiyi "Merci, Chérie" mahnısı ilə Udo Yürgens 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmışdır. Avropada həmin illərdə hitə çevrilən mahnının eyni zamanda ingilis dilində olan müxtəlif versiyaları da dinləyicilərə təqdim olunmuşdur.

1966-cı ildə Avstriyaya Avroviziyada ilk qələbəsini yaşadan Udo Yürgensin uğurunu növbəti dəfə 48 ildən sonra 2014-cü ildə Konçita Vurst təkrarlamışdır. 2015-ci ildə müsabiqəyə ev sahibliyi edən Avstriya interval akt olaraq Udo Yürgensin ifasını planlaşdırsa da, müğənninin qəfil ölümü bunun baş verməsinə imkan yaratmadı, lakin müsabiqənin təşkilat komitəsinin istəyi ilə Avroviziya 2015-in açılışı zamanı məhz Udo Yürgensə həsr olunmuş akt izləyicilərə təqdim olundu[9].

Diskoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • Portrait in Musik (1965)
  • Merci, Chérie (1966, Eurovision)
  • Chansons (1967)
  • Portrait in Musik 2. Folge (1967)
  • Was ich Dir sagen will (1967)
  • Mein Lied für Dich (1968)
  • Udo (1968)
  • Wünsche zur Weihnachtszeit (1968)
  • Udo Live (1969)
  • Portrait International (1969)
  • Udo '70 (1969)
  • Udo '71 (1970)
  • Zeig mir den Platz an der Sonne (1971)
  • Helden, Helden (1972)
  • Ich bin wieder da (1972)
  • Udo in Concert – Europatournee '72/'73 (1973)
  • International 2 (1973)
  • Live in Japan (1973)
  • Udo heute (1974)
  • Meine Lieder (1974)
  • Udo '75 (1975)
  • Meine Lieder 2 (1976)
  • Udo Live '77 (1977)
  • Meine Lieder '77 (1977)
  • Lieder, die auf Reisen gehen (1978)
  • Buenos Días Argentina (Football World-Championship) (1978)
  • Ein Mann und seine Lieder (1978)
  • Nur ein Lächeln (1979)
  • Udo '80 (1979)
  • Meine Lieder sind wie Hände (1980)
  • Leave a Little Love (1981)
  • Willkommen in meinem Leben (1981)
  • Silberstreifen (1982)
  • Udo Live – Lust am Leben (1982)
  • Traumtänzer (1983)
  • Hautnah (1984)
  • Udo Live und hautnah (1985)
  • Treibjagd (1985)
  • Deinetwegen (1986)
  • Udo Live '87 (1987)
  • Das blaue Album (1988)
  • Sogar Engel brauchen Gluck (1989)
  • Ohne Maske (1989)
  • Live ohne Maske (1990)
  • Sempre Roma (Football World-Championship) (1990)
  • Das Traumschiff (Instrumental Soundtrack) (1990)
  • Geradeaus (1991)
  • Open Air Symphony (1992)
  • Cafe Größenwahn (1993)
  • Aber bitte mit Sahne (1994)
  • 140 Tage Cafe Größenwahn Tour 94/95 (1995)
  • Zärtlicher Chaot (1995)
  • Gestern-Heute-Morgen (1996)
  • Ich werde da sein (1999)
  • Mit 66 Jahren (Was wichtig ist) (2000)
  • Es lebe das Laster (2002)
  • Es werde Licht (2003)
  • Jetzt oder nie (2005)
  • Der Solo-Abend (2005)
  • Jetzt Oder Nie (2006)
  • Einfach Ich (2008)
  • Der ganz normale Wahnsinn (2011)
  • Der Mann mit dem Fagott (Soundtrack to his own movie) (2011)
  • Der ganz normale Wahnsinn (2012)
  • Mitten im Leben (2014)
  • Udo Jürgens Live – Das letzte Konzert Zürich 2014 mit dem Orchester Pepe Lienhard (2015)
  • Merci, Udo! (2016)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Udo Jürgens // filmportal.de. 2005.
  3. https://www.srf.ch/sendungen/unterhaltungssendungen/events-shows/udo-juergens-das-letzte-konzert-2.
  4. Jürgens U., Moritz M. Der Mann mit dem Fagott (alm.). 1 M: Limes Verlag, 2004. 702 s. ISBN 978-3-8090-2482-8
  5. Sahner P. Merci, Udo!. Verlag Herder, 2015. ISBN 978-3-451-34256-1
  6. Lorenzo G. d. Das Glück ist ein flüchtiger Vogel. Blick, 2014. S. m20.
  7. 1 2 3 4 https://www.spiegel.de/kultur/musik/udo-juergens-ist-tot-a-1009835.html.
  8. http://www.friedhoefewien.at.
  9. "Finale: Tribute für Udo Jürgens". Eurovision Song Contest Vienna 2015. ORF. 26 March 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]