Corc Konstant Luis Vaşinqton[1] (ing. George Constant Louis Washington) — Anqlo - Belçika əsilli ABŞ ixtiraçısı və iş adamı. Corc Vaşinqton inkişaf etdirdiyi hazır qəhvə hazırlama üsulu və bunun kütləvi istehsalını həyata keçirmək məqsədilə qurduğu " G. Washington Coffee Company" adlı şirkətlə tanınımışdır.
Corc Vaşinqton | |
---|---|
ing. George Constant Louis Washington | |
Doğum tarixi | |
Doğum yeri | Kortreyk, Belçika |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | ABŞ |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı | Ancelina Selin Vircinya Van Noyvenhoyze |
Uşaqları | Luiza, İren, Corc |
Təhsili | |
Fəaliyyəti | ixtiraçı, yazıçı-dokumentalist[d], iş adamı |
Vikianbarda əlaqəli mediafayllar |
Belçikada anadan olan Vaşinqton 1897-ci ildə ABŞ-nin Nyu-York ştatında məskunlaşmış, texniki sahələrdə bir sıra uğursuz təşəbbüsdən sonra o, hazır qəhvə istehsalına başlamışdır. Mərkəzi Amerikada olduğu 1906–1907-ci illərdə qazandığı təcrübə ilə 1909-cu ildə özünün istehsal etdiyi qəhvəni satmağa başlayan Vaşinqton, istehsalı sürətləndirmək məqsədilə 1910-cu ildə bir şirkət qurmuşdur. Nyu-York və Nyu-Cersi ştatlarında yerləşən şirkət qısa müddətdə inkişaf etmiş, ABŞ ordusunun Birinci Dünya müharibəsi zamanı qəhvə ehtiyacının böyük bir qismini qarşılamışdır. Reklamları Nyu-York qəzet və radiolarında yayımlanan şirkətin əldə etdiyi uğur Vaşinqtonu zəngin etmiş, nəticədə ixtiraçı Bruklində qaldığı evdən sonra 1927-ci ildə Nyu-Cersidə bir malikanəyə köçmüşdür. Həmin il vergi auditorları ilə problem yaşayan Vaşinqton daha sonra evlənmiş və üç övladı olmuşdur.
Vaşinqton ölümündən bir müddət əvvəl şirkətini "American Home Products"a satmaq məcburiyyətində qalmışdır. Qəhvə markasının 1961-ci ildə fəaliyyətinin dayandırılmasına baxmayaraq, Vaşinqtonun adı hələ də "G. Washington’s Seasoning & Broth" adlı məhsuldan istifadə olunur.
Corc Vaşinqton 1871-ci ilin[2] may ayında Belçika,[3] Kortreykdə atası ingilis, anası belçikalı olan bir ailədə dünyaya gəlmişdir.[2][4] O, 1918-ci ilin may ayında ABŞ vətəndaşlığına keçmişdir.[5] Vaşinqtonun ailəsindən ən azı altı nəfərin ABŞ və Mərkəzi Amerikanın müxtəlif bölgələrində yaşadığı məlumdur.[3] İxtiraçının Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Vaşinqtonun yaxını olduğu ilə bağlı fərziyyələr olsa da, lakin bu versiya sübut olunmamışdır.[6]
Brüsseldə məskunlaşan Vaşinqton daha sonra Almaniyanın Bonn Universitetində kimya təhsili almışdır.[4] O, 1895-ci ildə Ancelina Selin Vircinya (ABŞ -da yalnız "Lina" adını istifadə etmişdir) Van Noyvenhoyze(d. 1876) ilə evlənmişdir.[1][2][7] 1900-cü il ABŞ əhalisinin siyahıyaalınma qeydləri göstərir ki, Linanın atası belçikalı, anası isə ingilisdir.[2] Vaşinqtonun 1896-cı il oktyabrın 6-da Antverpendən ayrılan gəmi ilə ABŞ-yə köçdüyü Ellis adasındakı qeydlərdə qeyd olunmasına baxmayaraq, lakin ABŞ əhalisnin siyahıyaalınma qeydləri göstərir ki, C.Vaşinqton və həyat yoldaşı 1897-ci ildə ABŞ-yə daxil olmuşlar.[2] Nyu-Yorkda məskunlaşan Vaşinqton ailəsinin Luiza (1897)[2], İren (1898)[2] və Corc (1899)[2][8] adında üç övladı olmuşdur.[2][9]
Vaşinqton ailəsi ilə birgə Nyu-Braytna köçərək Cersey-Sitidə qaz mantiyası istehsal edən şirkət qurmuşdur.[3] Lakin elektrik lampası texnologiyasının inkişafı bu işin sonunu gətirir.[4] Corc Vaşinqton foto avadanlıq istehsalı üzrə biznes qurdu. 1910 ABŞ əhalisinin siyahıyaalınmasına əsasən, Corc Vaşinqton 29 yaşında ixtiraçı idi. O, Bruklində kirayə götürdüyü evdə 23 yaşlı həyat yoldaşı, 3 uşağı, 25 yaşlı bacısı, 3 qulluqçusu və onlardan ikisinin bir uşağı ilə birlikdə yaşamışdır.[2]
Vaşinqton 1906[10][11] və ya 1907-ci ildə[4] Qvatemalada kənd təsərrüfatı ilə məşğul olmuşdur. Eyni zamanda hazır qəhvə ilə bağlı məlumat əldə edən Vaşinqton, təxminən bir ildən[3] sonra Nyu-Yorka qayıtmışdır.
1910-cu ildən qəhvə istehsalına başlayan Vaşinqtonun biri 47 Prospect Park West, Brooklyn[5], digəri isə 287 South Country Road, Bellport, Suffolk County-də yerləşən iki evi var idi.[12] Vaşinqton 1926-27-ci illərdə bu evləri ictimai bir klub halına gətirmək istəyən bir qrup zəngin Bruklinliyə satdı.[13][14] Bu satışdan təxminən bir milyon dollar əldə edən Vaşinqton Nyu-Cersidə torpaq sahəsi alaraq şirkətini ora köçürdür, özü isə Mendhamda "Franklin Farms" adında keçmiş qubernator Franklin Mörfiyə məxsus evi almışdır.[15]
Qeyri-adi heyvanlara və bağçılığa maraq göstərən Vaşinqton[12] Bellport və Mendhamdakı evlərini kiçik bir zooparka çevirir. Lonq-Aylenddə çiynində quş və meymunla dolaşan[12] ixtiraçı öz zooparkında nadir quş növləri yetişdirmişdir.[4][13] Vaşinqtonun Bellportda maral, qoyun, keçi və antilop bəslədiyi də məlumdur.[13] Mendhamdakı yüzlərlə heyvan arasında lama və zebr da var idi.[3] Vaşinqton eyni zamanda, Nyu-York şəhərinin aparıcı sosial klublarından biri olan – "Lotos" klubun aktiv üzvlərindən biri kimi tanınmışdır.[3]
Vaşinqton 1920-ci ildə ABŞ prezident seçkilərində Amerika Partiyasından prezidentliyə namizəd göstərilmiş, lakin sənədlər vaxtında tamamlanmadığına görə namizədliyi etibarsız sayılmışdır.[5] Həmçinin bu namizədliyin ciddi olub-olmadığıda mübahisə mövzusudur. Bunun səbəbi isə Corc Vaşinqtonun ABŞ-də doğulmamasıdır. Namizədliyin həmin günlərdə sayı artmaqda olan Amerikan partiyalarını və oxşar təşəbbüsləri tənqid etməyə yönəldilmiş bir hərəkət olub-olmadığı aydın deyildi.
Corc Vaşinqton elektrik lampası, kamera və ərzaq emalı sahələrində ikidən çox patent sahibi olmuşdur. Satori Katonun hazır qəhvə texnologiyası bu sahədə ilk təşəbbüs olsa da, Vaşinqtonun ixtirası qəhvənin kommersiya istehsal sahəsinə daşınmasını təmin etmişdir. Vaşinqtonun gümüş qəhvə qabının ucunda gördüyü pudradan ilham aldığı düşünülür.[16] Alman əsilli qvatemalalı Federiko Lenhoff Vild hazır qəhvə texnologiyasını inkişaf etdirmiş[11] və bu məhsulu Avropa bazarına çıxarmışdır. Lakin Vildin Vaşinqtonun şəxsi həkimi olmağı bu ixtiranın tamamilə müstəqil reallaşmadığı şübhəsini doğurur.[10]
Vaşinqtonun məhsulu 1909-cu ildə Red E Coffee adı ilə satışa çıxarılmış, bir il sonra isə "G. Washington Coffee Refining Company" adlı şirkət qurulmuşdur.[10] İxtiraçının ilk istehsal yeri Bruklindəki Buş Terminal sənaye kompleksi olmasına baxmayaraq, şirkəti 1927-ci ildə Nyu-Cersiyə köçürmüş və işi Morris-Pleynsdə davam etdirmişdir.[15]
Məhsulun reklamları hazır qəhvənin faydalılığını, təzəliyini və təmizliyni vurğulayır. Həzm sisteminə kömək olduğu bildirilən qəhvənin, həm də yuxusuzluğa təsirinin (qəhvənin tərkibində olan kofeinin yaratdığı təsir) ənənəvi kofeyə nisbətən daha aşağı olduğu irəli sürülmüşdür. Birinci Dünya müharibəsində Amerika ordusunun bu məhsulu istifadə etməsi satışları artırdı. Şirkətin NBC kanalında yayımlanan "Sherlock Holmes" adlı radio serialı ilə 1930-35-ci illər arasında Blue Network-ə sponsor olması məhsulu tanıtmaq məqsədi daşıyırdı.[17] Bütün bunlara baxmayaraq, ilk hazır qəhvə məhsullarının zaman-zaman keyfiyyətsiz olduğu da müşahidə edilmişdir.[18]
Vaşinqton bəzi maliyyə məsələləri ilə bağlı vergi problemi yaşayırdı. İxtiraçı 1918-ci il noyabr ayında qəhvə istehsalına dair kommersiya sirlərinin istifadə hüququnu şirkətə vermiş, lakin öz payının 4/5-ni bir ay sonra yaxın ailəsinə təhvil vermişdir. Vaşinqtonlar bu vəziyyətdə ailə üzvlərinin gəlirlərinin vergiyə cəlb edilməməsi lazım olduğunu müdafiə etmiş və iş Vergi Apelyasiya Məhkəməsinə göndərilmişdir. Nəhayət, Federal Apelyasiya Məhkəməsinə göndərilən iş 1927-ci ildə Vaşinqtonların əleyhinə nəticələnmişdir. İddianın Ali Məhkəməyə verilməsi üçün müraciət isə qəbul edilməmişdir.[19]
Vaşinqtonun Corc Vaşinqton Jr. adlı oğlu atasının şirkətində bir müddət mühasib müdiri olaraq çalışmış, fotoqravyüra texnikasının patentini almışdır. Gündəlik qəzetlər tərəfindən tez-tez istifadə olunan bu texnika 1948-ci ildə Fairchild Camera and Instrument adlı kompaniya tərəfindən həyata keçirilmişdir.[20]
1943-cü ildə American Home Products G. Washington Coffee Refining Company-ni satın aldı və C. Vaşington biznesdən çəkildi.[21][22] Vaşinqton son illərində "Franklin Farms" adlı mülkünü satmış və Menhamda New Vernon Road adlı yerdə yaşamışdır.[4] Şirkətinin satılmasından üç il sonra sağlamlığında problem yaranan ixtiraçı 1946-cı il martın 29-da vəfat etmişdir.[23] Vaşinqtonun dəfn mərasimi üç gün sonra keçirilmişdir.