Cozef Leydi (ing. Joseph Leidy; 9 sentyabr 1823[1][2], Filadelfiya, Pensilvaniya[5] – 30 aprel 1891 və ya 29 aprel 1891[3], Filadelfiya, Pensilvaniya[5]) — Amerikalı paleontoloq, bioloq
Cozef Leydi | |
---|---|
ing. Joseph Leidy | |
Doğum tarixi | 9 sentyabr 1823[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 1891 (68 yaşında) və ya 29 aprel 1891[3] (68 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | paleontologiya, parazitologiya, zoologiya |
İş yerləri | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
1853-cü ildən Cozef Leydi Pensilvaniya universitetində anatomiya elmləri üzrə professor, daha sonralar isə Suartmor kollecdə təbiət elmləri üzrə professor olmuşdur. O, 1869-cu ildə dərc olunan "Extinct Fauna of Dakota and Nebraska" adlı əsərində Şimali Amerikada həmin vaxtadək naməlum olan çoxlu nəsli kəsilmiş heyvan növləri haqqında məlumat vermişdir.
Leydi həmçinin tanınmış parazitoloq olmuşdur. 1846-cı ildə o müəyyən etmişdir ki, pendirdə və ya pis qızardılmış ətdə olan Trichinella spiralis paraziti zooloji mənşəli infeksion xarakterli trişinoz xəstəliyinin törədicisidir.
Hələ Çarlz Darvinə qədər ətraf mühitin orqanizmə təsirindən bəhs etmişdir. Çarlz Darvin öz nəzəriyyəsini nəşr etdirəndə Leydi böyük sevinc hissi ilə onun yanına gəlmişdi. Buna görə də bəzən onu ateizə meyl etməkdə günahlandırırdılar.
1879-cu ildə o, "Freshwater Rhizopods of North America" əsərini nəşr etdirmişdir.
1884-cü ildə Cozef Leydi Layell medalı ilə təltif edilmişdir.