Düşün məni (mahnı)

Düşün məni — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Sevinc Şirinə, musiqisi isə Sevinc Tağıyevaya məxsusdur. Çəkilişləri Bakının Xəzəryanı çimərliklərində çəkilib. Türkiyədə oranjeman olunan “Düşün məni” klipini Türkiyədən gələn 22 nəfərlik peşəkar heyət lentə alıb. Avqustun sonlarında Bakıya gələn türkiyəli heyətin bütün avadanlıqları Türkiyədən gətirilib. Klipi türkiyəli rejissor Murat Küçük lentə almışdır. Klipdə 2008-ci ildə "The Best Model of Azerbaijan 2008" yarışmasının qalibi Azər Atakişiyevdə rol almışdır. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusundadır.[1] 2016-cı ildə türkiyəli müğənni Damla Koç mahnını yenidən oranjeman edərək "Düşün beni" adı ilə yenidən ifa edib, klip çəkmişdir.

sinql
Düşün məni
İfaçı Aygün Kazımova
Yayımlanıb 2011
Janr pop
Dil azərbaycanca
Müddət 04:32
Bəstəkar Sevinc Tağıyeva
Sözlərin müəllifi Sevinc Şirin
Prodüser Aygün Kazımova

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Siyahıda əksiklik var, tamamlamağa kömək edin.

Qrand Müstəqil Milli-İctimai Mükafatı[redaktə | mənbəni redaktə et]

Tarix Namizəd göstərilən iş Mükafat Nəticə
2011 Düşün məni İlin klipi[2] Qazandı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-23.
  2. ""Qrand" mükafatı qalibləri". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]